Kərbəlayı Abdulla Canızadə Haqqinda Melumat - Vikipedia

Kərbəlayı Abdulla Canızadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Abdulla Paşa Canızadə

(Kərbəlayı Abdulla Canızadə səhifəsindən istiqamətləndirilmişdir)

Kərbəlayı Abdulla Canı oğlu (1782, Şuşa1840, Şuşa) — şair, kimyagər.

Abdulla Paşa Canızadə
Kərbəlayı Abdulla Canı oğlu Canızadə
Təxəllüsü Ганбар
Doğum tarixi
Doğum yeri Şuşa, Qarabağ xanlığı
Vəfat tarixi
Vəfat yeri Şuşa, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyası
Vətəndaşlığı Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Fəaliyyəti şair
Vikimənbənin loqosu Abdulla Paşa Canızadə Vikimənbədə

Həyatı redaktə

Kərbəlayı Abdulla Canı oğlu 1782-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mədrəsə yoldaşlarından Mirzə Əzizin adı bəllidir. Şair idi. Öz adıyla rəvan təbli şeirlər yazırdı. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar.

Təzkirəçi Mir Möhsün Nəvvab yazır: "Kərbəlayı Abdulla Canı oğludur və Qarabağın Şuşa qalasında sakin idi. Kəsbkarlıq da edərdi. Ağıllı bir adam idi və dövrünün ariflərindən hesab olunurdu. 1255-ci ildə (miladi 1839) sağ idi və təxminən 50 yaşı vardı. Bəzi qəribə elmlərlə maraqlanırdı. Eşitdiyimə görə, kimyanı məşq edirdi. O vaxtlar artıq səriştəsi də var idi".

Kərbəlayı Abdulla Canızadə Aşıq Səfi Valehlə yazışırdı. Kərbəlayı Abdulla 1840-cı ildə vəfat edib.

Kərbəlayı Abdulla Səfiyyə ilə ailə qurmuşdu. Əbdürrəhim, Əbdüləzim və Mehrəli adlı oğulları vardı.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu. Canızadələr. "Soy" dərgisi, 9 (17) Bakı, 2008.

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024