Kərbəlayı Yusif Qarabaği
Kərbəlayı Yusif Qarabaği (1779-1854) — soyuq silah ustası, xəncərsaz.
Kərbəlayı Yusif Qarabaği | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat tarixi |
Həyatı redaktə
Kərbəlayı Yusif Zikrəli oğlu 1779-cu ildə Şuşa şəhərində anadan оlmuşdu. Molla yanında oxumuşdu. Bir müddət atasının şagirdi olmuş, onun vəfatından sonra qılınc dəbdən düşdüyü üçün xəncərsaz kimi məşhurlaşmışdı. O, müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Yusif 1854-cü ildə vəfat edib.
Ailəsi redaktə
Kərbəlayı Yusif Zeynəblə ailə qurmuşdu. Əli adlı oğlu, Banu adlı qızı vardı.
Mənbə redaktə
- Ənvər Çingizoğlu, Şuşa şəhəri: Təbrizli məhəlləsi, Bakı, "Şuşa", 2010, səh. 212
- Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.