Kərgədanlar Haqqinda Melumat - Vikipedia

Kərgədanlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kərgədanlar (lat. Rhinocerotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin təkdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə AfrikaAsiyada yayılmış 5 növ daxildir.

Kərgədanlar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bədəninin uzunluğu 2,5–4 m, süysününün hündürlüyü 1–2 m, kütləsi 3 t-dək olur. Hətta ağ kərgədanların kütləsi 5 t-a qədər ola bilir. Burnunun üstündə bir-birinin ardınca 1–2 buynuzu olur. Boynu gödək, beli əyilmiş, qarnı sallaqdır. Dərisi qalın və tüksüz, rəngi tünd-bozdur. Yaxşı eşidir və iy bilir, zəif görür. Bədəninin ağır olmasına baxmayaraq qısa məsafədə çox sürətlə — saatda 40–45 km sürətlə qaçır. Cənub-Şərqi AsiyadaAfrikada yayılmışdır. Tropik meşə, savannabataqlıqlarda, əsasən cüt, bəzən də kiçik qrup halında yaşayır. Noyabr—dekabrda cütləşir. Boğazlıq dövrü 17–18 aydır. Əti yeməlidir. Mühafizə olunur.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024