Kəsəyən dağ siçancığı
Kəsəyən dağ siçancığı (lat. Calomyscus urartensis) — gəmiricilər dəstəsinin Kəsəyən dağ siçancıqları fəsiləsinə (lat. Calomyscidae) aid növdür.
Kəsəyən dağ siçancığı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Klad: Klad: Dəstə: ???: Kəsəyən dağ siçancığı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Xarici görünüşü redaktə
Ölçüləri xırda, quyruğu bədənindən uzundur (uyğun olaraq 101 və 85 mm-ə qədər). Xarici görünüşü siçanşəkilli, qulaqları uzun olub seyrək, zərif tüklərlə örtülmüşdür. Bığları uzundur. Başqa siçancıqlardan fərqli olaraq arxa ətrafları ön ətraflardan xeyli uzundur.
Yayılması redaktə
Azərbaycanda və şimal-qərbi İranda yayılmışdır.
Həyat tərzi redaktə
Yaşayış yerləri Naxçıvançayın sol sahili boyunca dağlıq çöllər 1660–1700 m hündürlüyə qədər bağlıdır. Dəyişkənliyi öyrənilməmişdir. Tək-tək və ya kiçik qruplar halında məskunlaşır. Gizli həyat tərzi keçirir. Yay vaxtı ancaq gecə, yazda və payızda isə həm də gündüz fəal olur. İqtisadi əhəmiyyəti yoxdur. Epidemoloji rolu aşkar edilməmişdir.
Çoxalması redaktə
Mart ayının sonundan iyunun əvvəlinə qədər çoxalır. Nəslində 3-5 bala olur. Bəzi fərdlərdə yayın əvvəlində ikinci nəsil olur.
Qidalanması redaktə
Başlıca olaraq toxumlar və meyvələr, az miqdarda yarpaqlar və pöhrələrlə qidalanır.
Ədəbiyyat redaktə
- Azərbaycan faunası. X cild. Məməlilər. Bakı, Elm nəşriyyatı, 1978
- Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar.Bakı, Elm nəşriyyatı, 2004.
Xarici keçidlər redaktə
- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0