Kadeş döyüşü Haqqinda Melumat - Vikipedia

Kadeş döyüşü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kadeş döyüşü

Kadeş döyüşü Firon II Ramzesin hökmranlığının beşinci ilində, e.ə. 1274 cü ildə indiki SuriyaLivan sərhəddində, Orentos çayı üzərindəki Kadeş şəhəri uğrunda Qədim MisirHet çarlığı arasında baş vermiş hərbi toqquşma. Qədim Misir tarixində III Tutmos tərəfindən e.ə. 1457 ci ildə aparılmış Megiddo döyüşündən sonra ikinci böyük hərbi münaqişə.

Kadeş döyüşü
II Ramzes Kadeş döyüşündə, Əbu Simbel təsvirlərindən
Tarix e.ə. 1274 – 1259
Yeri Kadeş
Nəticəsi Hetlərin qələbəsi və Qədim Misirin məğlubiyyəti
Münaqişə tərəfləri

Qədim Misir

Het çarlığı

Komandan(lar)

II Ramzes

II Muvatalli

Tərəflərin qüvvəsi

20.000 döyüşçü
2.000 döyüş arabası

37.000 döyüşçü
3.500 döyüş arabası

İtkilər

Böyük

Orta

Döyüş xəritələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Döyüş səlnamələri redaktə

Kadeş döyüşü hər iki tərəfə aid səlnamələrdə öz əksini tapmışdır. Qədim Misir səlnamələrində II Ramzes tərəfindən hərbi yürüşün başlanmasından və Kadeş döyüşlərindən xəbər verilir: qoşunları tərəfindən tərk edilmiş II Ramzes tanrı Amunun köməyi ilə qələbə çalmış olur. Döyüş haqqında Karnak, Luksor, Ramesseum , Əbu SimbelAbidos təsvirlərinə əsaslanan üç və əlavə[1] papirus yazılara əsaslanan 13 təssəvvür mövcuddur.[2][3]

 
Kadeş döyüşündən bəhs edən mixi kitabəsi, İstanbul Arxeologiya Muzeyi

Hettlər tərəfindən düyüş təsəvvürü Babil mixi yazılarına əsaslanır. Het dövlətinin paytaxtı Xattusa şəhərinin xarabalığından tapılmış mixi ilə yazılmış gil lövhələr adıgedən döyüşdən xəbər verir[4].

Döyüş önü redaktə

Kadeş şəhəri Qədim padşahlıq dövrünə aid XVIII sülalə zamanında III Tutmosis tərəfindən altı yürüşdən sonra ələ keçirilmiş olur. Exnaton tərəfindən əsası qoyulmuş paytaxt Axet-Atondan tapılmış gil mixi yazı Amarna məktubları adlandırılan lövhələrdə Qədim Misir və ondan asılı olan Kiçik Asiya dövlətlərilə münasibətlərindən xəbər verilir. Hetlər tərəfindən süquta yetirilmiş Mitanni dövlətinin yerində kiçik knyaz Aziru altında Amurru və knyaz Aitakama altında isə Kadeş dövlətləri yaranmış olur. I Setinin ilk Asiya yürüşündə məqsəd Fələstini azad etmək idi. Sonradan bu yürüşlər Livana qədər davam etdirilmiş, sonrakı yürüşlərdə Amurri və Kadeş ələ keçirilmişdir.[5] Karnak təsvirlərində bunlar geniş əksini tapmışdır. Lakin Suriyanın bu əyalətləri uzun müddət misirlilərin əlində qala bilməmiş və hettlər tərəfindən geri alınmışdır. Bu hal II Ramzesin hakimiyyətinin IV ilinə (e.ə. 1276) qədər davam etmişdir. II Ramzes özünün ilk Asiya yürüşü zamanı Livanın şimalını və Amurrunu geri qaytarmış və Misirin sərhədlərini Uqaritə qədər genişləndirmiş olur. Yerdə qalan Suriya əraziləri II Mivatallinin oğlu III Mivatallinin hökmranlığı altında Het dövlətində qalır.[6]

Tərəflər redaktə

Bu döyüşdə ilk dəfə olaraq Misirin Qədim padşahlıq dövrünün XVII sülalə fironu II Ramzes het çarı Muvatalli qarşı-qarıya gəlmişdirlər.[7] II Ramzes bu döyüşdə elit şardanlı döyüşçülərlə cinahlanmış 20.000 nəfəlik nubiyalılardan[8], xüsusən piyadalardan və döyüş arabalarından təşkil olunmuş əsas tanrıların: Amun, Ra, PtahSetin adını daşıyan 4 diviziyadan ibarət ordusu ilə iştirak etmişdir. Ordu əsasən tunc xəncər və 90 m-lik hədəfi vurmaq qabiliyyətli kompozit kamanlarla silahlanmışdır.

Hetlər Misirin ənənəvi düşmənləri: Naharina, Karkemiş, Kadeş, Uqarit və Halpa çarlarının müttəfiqlərlə birlikdə 37.000 nəfərlik piyada və 3500 döyüş arabasına malik qoşun ilə döyüşə qatılmış olurlar. Misirlilərin döyüş arabasından fərqli olaraq hetlərə məxsus arabalar üç ekipajlı, ağır və az manevrli idilər. Bu döyüşdə hetlər ilk dəfə dəmir kəsici silahdan istifadə etmişlər.

Döyüşün gedişi redaktə

Misir mənbələrində II Ramzes ilk yürüşü zamanı əldə etdiyi zəfərdən ilhamlanaraq Kadeş şəhərini geri qaytarmaq qərarına gəlmişdir. Hakimiyyətinin beşinci ili, e.ə. 1274 cü ildə şimal-şərq sərhəd şəhəri Tyarudan şimal istiqamətində yürüşə başlayır[9]. Bu yürüş eynilə III Tutmosun Qəzzə bölməsinə etdiyi yürüşü xatırladırdı. II Ramzes özü şəxsən irəlidə Amun adlı diviziyaya rəhbərlik edirdi. Ra, PtahSet diviziyalarını Amundan 10 km məsafə ayırırdı. Şaron düzündə çevik bir dəstə qoşundan ayrılaraq sahil boyunca qərbdən Kadeş istiqamətində hərəkətə keçir. II Ramzes digər diviziyaların çatmasını gözləmədən Orentes çayını keçmiş olur.

 
Hetlərin döyüş arabası

E.ə. 1274-cü il 20 apreldə[10] Misir gözətçiləri iki beduini tuturlar. Onlar Ramzes uğrunda vuruşmaq isdədiklərini, hettlərin misirlilərdən qorxduqlarını Xattusa hakiminin Halpda olduğunu bəyan edirlər. Ramzes bu deyilənlərdən şübhələnməyərək Kadeşə dərhal hücuma keçir. Nəticədə 20–30 km aralı məsafədə olan diviziyalar qərara alınmış bu hücuma dəstək üçün qoşula bilmirlər. Kəşfiyatçılar daha iki nəfər hetlərə düşmən olan xəfiyyəni ələ keçirmiş olurlar. Onlar isə beduinlərin yalan söylədiklərini, bunun bir tələ olduğunu və hetlərin qoşunu Kadeş həndəvərində, şəhərdən şərqdə yerləşmişdir.[11]

Bu arada Muvatalli 1000 ədəd döyüş arabasını Orontes üzərindən misirlilərin Ra diviziyasının üzərinə həmlə etmək üçün göndərir. Bunu gözləməyən misirlilər böyük itkilər verərək Orontes üzərindən geri çəkilməyə məcbur olurlar. II Ramzes Amun diviziyası ilə Ranın geri çəkilməsindən və PtahSet diviziyalarının xeyli aralı olmasından çıxılmaz vəziyyətə düşmüş olur. Belə olan halda hetlər qələbəyə arxayınlaşırlar. Lakin sahil istiqamətindən Kadeşə yollanmış cevik dəstənin yetişməsi döyüşün taleyini həll etməsə də II Ramzesin diviziyası ilə düşmüş olduğu mühasirəni yarmasına nail olur. Tezliklə yardımın yetişəcəyinə inanmayan Muvatalli qaçan misirlilərin təqibini dayandıraraq Orontes çayının şərq sahilində qərar tutmağa məcbur olur. Lakin II Ramzes az qüvvə ilə duruş gətirə bilməyəcəyindən əzilmiş dəstələri toplayaraq döyüşdən kənar qalmış PtahSet diviziyalarının mövqelərinə çəkilir.

Döyüşün sonu redaktə

II Ramzes qarşısına qoymuş məqsədə, Kadeşin fəthinə çatmamış olur. Uğrunda müharibə gedən ərazilər hetlərin əlində qalmış olur. Amurri təkrar misirlilər tərəfdən itirilmiş olur. Bentezina Muvatalli tərəfindən Amurri çarı elan edilir. Bu pat vəziyyətinə baxmayaraq döyüş hadisələri II Ramzesi qalib kimi təbliğ etməyə imkan vermişdir. Döyüş səlnamələrində II Ramzesin yüksək rütbəli sərkərdələri tərəfindən döyüş meydanında tək buraxdığı nəticəsində ordunun nüfuzunun ölkə içində aşağı düşdüyü nəql olunur.[12]

Döyüşdən sonra redaktə

 
Dapur döyüşü.
 
II Ramzesin Dapur zəfəri

Qədim Misir ordusunun bu uğursuzluğu asılı indiki Suriya ərazisindəki vassal dövlətlərin Misirə rüsum ödəməkdən boyun qaçırmalarıına səbəb olmuşdur.[12] Bu halla II Ramzes heç cür razılaşmayaraq hökmranlığının 7-8-ci ilində SuriyaFələstin üzərinə yenidən yürüş edərək Tiros, Sidon, Beyrut, Biblos, Teler, Tunip və Dapuru fəth edir Muvatallisin xələfi III Mursili bu yürüşə müqavimət göstərmir. Kadeş yürüşündən sonra II Ramzesin sonrakı bütün yürüşləri zəfərlə başa çatmış olur.[13] hetlərin dövlət daxili durumu bir o qədər də ürəkaçan olmur. Ölkə daxili gərginlikdən istifadə edilərək e.ə. 1264 cü ildə Mursili əmisi III Hatusili tərəfindən devrilmiş olur. Mursil özü isə qaçaraq Misirdə sığınacaq tapmış olur.[7] Bununla da hetlər tərəfindən daim artan təzyiqlərə məruz qalmış olur. Bu vəziyyət III Hatusilini Misir ilə sülh bağlamağa məcbur edir. Kadeş döyüşündən 15 il vaxt ötdükdən sonra II Ramzesin 21 ci hökmranlıq ilində e.ə. 1259 cu il 31 oktyabrda (Yuli təqvimi ilə 31 oktyabr və Misir təqvimi ilə isə 21 tibi)[14] Qədim MisirHet çarlığı arasında münasibətləri aydınlaşdıran ilk sülh, Misir-Het müqaviləsi imzalanmış olur. Bu sənədin nüsxəsi hal-hazırda BMT binasında saxlanılmaqdadır. Bu müqavilədə hər iki dövlətin bir-biriləri qarşısında götürmüş olduqları öhdəliklər və vəzifələrlə yanaşı, əlaqələri möhkəmlətmək məqsədi ilə hər iki çar evinin bir-birilə hədiyə mübadiləsi və III Hatusilinin II Ramzesin qızı ilə evlənmək təklifi də öz əksini tapmışdır.[15] Das mit den Hethitern geschlossene Bündnis wurde bis zum Ende von Ramses II. Regierungszeit von keiner Seite verletzt und hatte bis in die Zeit seines Nachfolgers Merenptah Bestand.[16] Beləliklə II Ramzes yürüşlərinə son qoyaraq ölkə daxili quruculuq işləri ilə məşğul olmağa başlamış olur. Bir il keçməmiş hetlər yenidən əlaqələri kəsmiş olurlar. Suriya və Fələstinin "dəniz xalqları" tərəfindən istilası Qədim Misirin mövqelərini yenidən zəiflətmiş olur.

İstinadlar redaktə

  1. Peter A. Clayton: Die Pharaonen.
  2. Thomas Schneider: Lexikon der Pharaonen.
  3. Eine Textüberlieferung Ramses II. zur Schlacht bei Kadesch gibt Thomas v. d. Way in HÄB 22, 1984
  4. Hermann A. Schlögel:Das alte Ägypten.
  5. Erik Hornung: Grundzüge der ägyptischen Geschichte.
  6. Thomas Schneider: Lexikon der Pharaonen.
  7. 7,0 7,1 Thomas Schneider: Lexikon der Pharaonen.S. 230
  8. J. H. Breasted: Geschichte Ägyptens.S. 241
  9. J. H. Breasted: Geschichte Ägyptens.S. 242
  10. Am 9. Tag des 3. Monats Schemu (9. Epihpi); das ist der Ägyptischer Kalender#Der ägyptische Kalender 3. Juli des ägyptischen Kalenders; Julianisches Datum = 1256204; umgerechnet auf gregorianischen Kalender 2007 → Abweichung des ägyptischen Kalenders im Jahr 1274 v. Chr.: 68 Tage gegenüber dem gregorianischem Kalender 2007. Birgit Brandau: Hethiter, die unbekannte Weltmacht, S.243
  11. Peter A. Clayton: Die Pharaonen.S. 150
  12. 12,0 12,1 Hermann A. Schlögl: Das Alte Ägypten.S.282
  13. Hermann A. Schlögl: Das Alte Ägypten.S.284
  14. In der Fachliteratur meist mit 21. November angegeben; entspricht dem Julianisches Datum = 31. Oktober im gregorianischen Kalender 2007; das ist der 21.Tybi im ägyptischen Kalender (Berechnung und Erklärung siehe Ägyptischer Kalender#Friedensvertrag Ägypten-Hatti unter Ramses II.)
  15. Peter A. Clayton: Die Pharaonen.S. 153
  16. J. H. Breasted: Geschichte Ägyptens.S. 247

Mənbələr redaktə

  • Katrin Schmidt: Friede durch Vertrag: Der Friedensvertrag von Kadesch von 1270 v. Chr., der Friede des Antalkidas von 386 v. Chr. und der Friedensvertrag zwischen Byzanz und Persien von 562 n. Chr. Europäischer Verlag der Wissenschaften, Frankfurt a.M. 2002. ISBN 3-631-38848-9
  • Ernst Deissinger, Sascha Priester: Als Pharao Ramses gegen die Hethiter zog, Deutscher Taschenbuch Verlag 2004, ISBN 3-423-34147-5
  • Gerhard Fecht: Ramses II. und die Schlacht bei Qadesch (Quidsa) (Göttinger Miszellen 80), Göttingen 1984, S. 23–54
  • Gerhard Fecht: Nachträge zu meinem „Das Poème über die Qadesch-Schlacht" (Göttinger Miszellen 80), Göttingen 1984, S. 55–58
  • R.O. Faulkner : The battle of Kadesh (Mitteilungen des Deutschen Archäologischen Instituts Kairo 16), 1958
  • Birgit Brandau, Hartmut Schickert: Hethiter, die unbekannte Weltmacht, Piper, München 2001, ISBN 3-492-04338-0
  • Ernst Deissinger, Sascha Priester: Als Pharao Ramses gegen die Hethiter zog, dtv 2004, ISBN 3-423-34147-5
  • Hermann A. Schlögl: Das Alte Ägypten. Geschichte und Kultur von der Frühzeit bis zu Kleopatra. München 2006. Verlag C. H. Beck, ISBN 3-406-54988-8
  • Thomas Schneider: Lexikon der Pharaonen, Artemis & Winkler, München 1997, ISBN 3-7608-1102-7

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Fayl:StDavidsCathedral_Tower Türkiyənin_enerji_və_təbii_qaynaqlar_nenirləri Fayl:Congressional_Research_Service_Report_R44812_-_U.S._Sazategy_for_Engagemazt_in_Cazazal_America_ Fayl:(Oficina_de_Verão)_Como_integrar_as_ferramrutas_media_em_investigação_e_no_rusino_superi Fayl:An_analysis_of_rapid_technology_transfer_solutions_and_best_practices_for_use_by_the_Departmazt Fayl:Drigung_monastery10.jpg Fayl:The_Occupational_and_Personal_Prusion_Schemes_(Disclosure_of_Information)_(Amrudmrut)_Regulatio Fayl:The_Childrru's_Health_and_Medicare_Protection_Act_of_2007_-_section-by-section_analysis_-_prepa Fayl:Plant-parasitic_and_rutomogruous_nematode_research_-_a_directory_of_selected_USDA_and_state_pro Fayl:The_education_of_the_imbecile,_and_the_improvement_of_invalid_youth_(IA_b24917497).pdf Fayl:Element_of_Science_and_Art_Being_a_Familiar_Inenoduction_to_Natural_Philosophy_and_Chemiseny,_i Fayl:Ein_Herr_Ein_Glaube_Eine_Taufe.jpg Fayl:Message_from_the_Presidtrt_of_the_United_States,_enansmitting_sundry_statemtrts_relative_to_the Fayl:Opinion_of_Lord_Moncreiff_in_conjoined_susprusion_and_declarator_betweru_the_University_of_Glas Fayl:A_history_of_the_stazggle_for_slavery_extazsion_or_restriction_in_the_United_States_-_from_the_ Fayl:Elemrut_of_Sciruce_and_Art_Being_a_Familiar_Inruoduction_to_Natural_Philosophy_and_Chemisruy,_i Fayl:Elemtrt_of_Scitrce_and_Art_Being_a_Familiar_Introduction_to_Natural_Philosophy_and_Chemistry,_i Fayl:Message_from_the_Presidtrt_of_the_United_States,_ruansmitting_sundry_statemtrts_relative_to_the Fayl:An_analysis_of_the_U.S._Departmazt_of_Defazse_contracting_and_logistics_support_during_the_firs
Dostlarınla Paylaş

Saytda 159 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024