Kaliumlu - natriumlu çöl şpatları Haqqinda Melumat - Vikipedia

Kaliumlu - natriumlu çöl şpatları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kaliumlu-natriumlu çöl şpatları

(Kaliumlu - natriumlu çöl şpatları səhifəsindən istiqamətləndirilmişdir)

Kaliumlu-natriumlu çöl şpatları — triklinik sinqoniya (mikroklin, anortoklaz), monoklinik sinqoniya (sanidin, ortoklaz). Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

'mikroklin – K [AlSi3O8]; ortoklaz –K [AlSi3O8];

sanidin – (K, Na) [AlSi3O8]; anortoklaz – (Na, K) [AlSi3O8]

Növ müxtəliflikləri redaktə

Adulyar – rəngsiz, şəffaf ortoklaz, bəzən opalestsentsiya edir; amazonit – yaşıl mikroklin; qialofan – bariumlu ortoklaz, bariumlu (5%-dək BaO) və natriumlu (4,92% Na) sanidinlər və b. Göstərilən minerallar (Na, K) [AlSi3O8] tərkibli, yalnız yüksək temperaturda dayanıqlı olan homogen bərk məhlulun parçalanma məhsuludur. Temperatur aşağı düşdükdə bu bərk məhlul K [AlSi3O8] – (ortoklaz və ya mikroklinə) və Na [AlSi3O8] (albitə) parçalanır və qanunauyğun pertit (albit ortoklazda) və antipertit (ortoklaz albitdə) bitişikləri əmələ gəlir.

Xassələri redaktə

Rəng – açıq-çəhrayı, boz, sarımtıl, yaşılımtıl, bəzən tünd-yaşıl, qəhvəyi, qara, rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində – sədəfi; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 2,6; Sərtlik – 6; Kövrəkdir; Ayrılma – {001} və {010} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, bəzən qabıqlı; Başqa xassələr – opalestsenstiya (adulyar); Morfologiya – kristallar: qısaprizmatik, lövhəvari; peqmatitlərin mikroklini üçün ölçüləri bir neçə metrə çatan olduqca iri kristallar səciyyəvidir; İkiləşmə: tez-tez rast gəlir; sadə və polisintetik; karlsbad, manebax, baven və periklin qanunları üzrə; eyni zamanda iki qanun üzrə təzahür edən mürəkkəb ikiləşmələr mikroklin üçün səciyyəvi olub, mikroklin qəfəsinin yaranmasına səbəb olur; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar, mikroklinin kvarsla özünəməxsus qrafik bitişikləri («yəhudi daşı» və ya «yazılı qranit»).

Mənşəyi və yayılması redaktə

Ortoklaz və mikroklin turş və qələvi intruziv, sanidin və anortoklaz isə effuziv süxurların süxurəmələgətirən minerallarıdır. Mikroklin qranit peqmatitlərinin tipik mineralıdır. Qələvi çöl şpatlarının hidrotermal əmələgəlmələri damarətrafı dəyişilmiş silikat süxurları ilə əlaqədardır. Ortoklaz və mikroklin çox vaxt metamorfik proseslər nəticəsində əmələ gəlir və kristallik şistlərdə və qneyslərdə qeyd edilir. Plagioklazlara alp tipli damarlarda və autigen mineral kimi çökmə süxurlarda da rast gəlinir. Ay süxurlarında və meteoritlərdə qələvi çöl şpatlarının nadir tapıntıları aşkar edilmişdir. Birlikdə rast gəldiyi minerallar: kvars, muskovit, biotit, xlorit, oliqoklaz, albit, andezin, nefelin, turmalin, hornblend. Mineralın tapıldığı yerlər: çoxsaylıdır.

Tətbiqi redaktə

Keramika və şüşə sənayesində, təbabətdə (süni çini dişlərin hazırlanmasında) istifadə edilir. Amazonit yarımqiymətli daş kimi zərgərlikdə, anortoklaz üzlük material kimi tikintidə işlədilir.

İstinadlar redaktə

Mənbə redaktə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər redaktə


Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023