Kamakura Tarix və Mədəniyyət Muzeyi Haqqinda Melumat - Vikipedia

Kamakura Tarix və Mədəniyyət Muzeyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kamakura Tarix və Mədəniyyət Muzeyi

Kamakura Tarix və Mədəniyyət Muzeyi (鎌倉歴史文化交流館, Kamakura Rekişibunka Koryukan?)Yaponiyanın Kanaqava prefekturasının Kamakura şəhərində yerləşən muzey.

Kamakura Tarix və Mədəniyyət Muzeyi
鎌倉歴史文化交流館
Xəritə
Açılış tarixi 15 may 2017[1]
Ölkə
Yerləşir Kamakura
35°19′12″ şm. e. 139°33′04″ ş. u.
city.kamakura.kanagawa.jp/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Muzey binası Britaniya memarı Norman Fosterin şirkəti "Foster + Partners" tərəfindən dizayn edilmiş fərdi evdə yerləşir. Kamakura evi adı ilə tanınan tikili[2] daha sonra şəhərə bağışlanılmış və muzeyə çevrilərək 2017-ci ilin mayında istifadəyə verilmişdir.[3][4]

Xüsusiyyətlər redaktə

Muzey şəhərin Oqiqayatsu adlı hissəsində yerləşir. Muzey binası süni mərmərlə bəzədilmişdir və böyük pəncərələri sayəsində təbii daxili işıqlandırmaya malikdir.[4]

Kamakura şəhəri Yaponiyanın qədim paytaxtlarından biri olmuş, 1185–1333-cü illərdə Kamakura şoqunluğuna ev sahibliyi etmişdir. Muzey Kamakura şəhərinin həm qədim, həm müasir tarixinə həsr olunmuşdur. Şəhərin təhsil şurası arxeoloji tapıntıları analiz edərək tədqiq edir və muzey vasitəsilə ictimaiyyətlə paylaşır. Bina yaşayış üçün nəzərdə tutulduğu üçün əsas binada üç, əlavə bina bir sərgi zalı yerləşir. Muzeyin direktoru Kokuqakuin Universitetinin keçmiş professoru Aoki Yutakadır.[4]

Muzeyin daimi sərgisində Çinin SunYuan sülalələrinə aid dulusçuluq məmulatları, eləcə də, Yaponiyanın Seto, Tokoname, Atsumi və digər dulusçuluq üslublarına aid işlər sərgilənir. Şinzenko məbədində aparılmış qazıntılar zamanı kəşf edilmiş dörd tutacaqlı çini qab və bir samuray malikanəsində aşkarlanmış seladon sake qabı muzey eksponatları arasındadır. Muzeydə Kamakura mətbəxi (2019) və Hoco klanı (2022) kimi mövzularda sərgilər keçirilir.[4] XIII əsrdə tikilmiş Muryocu məbəd ərazisi muzey tərkib hissəsinə daxildir.[2]

İstinadlar redaktə

  1. 鎌倉歴史文化交流館.
  2. 1 2 "Muryōju-in Temple Site". Atlas Obscura (ingiliscə). 25 yanvar 2024. 2024-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2024.
  3. "Kamakura Museum of History and Culture". Kamakura şəhərinin saytı (ingiliscə). 2024-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2024.
  4. 1 2 3 4 "Exploring the Hōjō Era at the Kamakura Museum of History and Culture". Nippon.com (ingiliscə). 28 aprel 2022. 2024-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2024.

Xarici keçidlər redaktə


Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024