Kamil Eynullayev Haqqinda Melumat - Vikipedia

Kamil Eynullayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kamil Müzəffər oğlu Eynullayev (12 dekabr 1932, Bakı1 may 1988, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu.

Kamil Eynullayev
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (55 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
SSRİ Neftyanik
Klub karyerası[* 1]
1956—1957 SSRİ Neftyanik 24 (4)
1958 SSRİ Lokomotiv Moskva 6 (0)
1959—1962 SSRİ Neftyanik 90 (9)
1963—1964 SSRİ Dauqava RVZ 37 (2)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Həyatı redaktə

Kamil Eynullayev 12 dekabr 1932-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olmuşdur. Onu "Neftyanik"də köməkçi məşqçi işləyən İsay Abramaşvili kəşf edib.[1]

Yüksək sürətə və yaxşı zərbələrə sahib olan Kamil, 1957-ci ildə "Neftyanik"in əsas heyətinə götürülüb. Həmin mövsüm çempionatın B qrupunda 24 oyun keçirib, 4 qol vurub. Növbəti mövsümü Moskvanın "Lokomotiv" komandasında keçirən futbolçu, A qrupunda 6 oyun, SSRi Kubokunda isə 2 oyun keçirib. 1959-cu ildə, bir illik aradan sonra yenidən "Neftyanik"ə qayıdıb. 1959-1962-ci illər aralığında Bakı təmsilçisinin heyətində 90 oyun keçirib, 9 qol vurub.

Kamil futbolçu karyerasını 1964-cü ildə Riqanın "Dauqava RVZ" komandasında başa vurub.

Şəkər xəstəliyindən əziyyət çəkən Kamil Eynullayev, 1 may 1988-ci ildə Bakı şəhərində dünyasını dəyişib. Futbolçu köhnə Çəmbərəkənd qəbiristanlığında dəfn olunub.[1]

Şəxsi həyatı redaktə

Kamil Eynullayev azərbaycanlı aktrisa Sürəyya Qasımova ilə ailəli olub. Cütlüyün bir övladı olub.[2]

Kamil Eynullayev futbolçu Nadir Eynullayevin qardaşı, şahmatçı Tatyana Zatulovskayanın isə bibisi oğludur.[3]

İstinadlar redaktə

  1. 1 2 ""Qalatasaray"a üç qol vurmuş azərbaycanlının acı taleyi: "Dabanını qaşıyıb qan çıxartdığı üçün öldü" // Oxu.az//". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-16.
  2. "Anasından gizli filmə çəkildi, məşhur futbolçu ilə ailə qurdu, səssiz-küysüz dünyasını dəyişdi – Kinomuzun Gülpərisindən maraqlı faktlar". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  3. "«Бакинский „Нефтяник" все любили за необыкновенно красивую игру»". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.

Xarici keçidlər redaktə


Saytda 145 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024