Kamil Nəsibov Haqqinda Melumat - Vikipedia

Kamil Nəsibov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kamil Nəsibov (8 oktyabr 1946, Bozlu, Laçın rayonu29 iyun 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Kamil Nəsibov
Kamil Balədə oğlu Nəsibov
Şəxsi məlumatlar
Doğum tarixi 8 oktyabr 1946(1946-10-08)
Doğum yeri
Vəfat tarixi 29 iyun 1992(1992-06-29) (45 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı redaktə

8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. Milliyətcə kürddür.[1] 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.

Döyüşlərdə iştirakı redaktə

1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir.

1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur.

Ailəsi redaktə

Kamil Nəsibov ailəli idi, dörd övladı var.

Milli Qəhrəman redaktə

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[2]

Ağcabədi rayonunda dəfn edilmişdir.

Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.

Ədəbiyyat redaktə

İstinadlar redaktə

  1. İsmayılov, Faiq. "İnsanın soy kökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir". Azpress.az (az.). 9 sentyabr 2019. Archived from the original on 2022-04-04. İstifadə tarixi: 2022-02-09.
  2. İctimai TV. "Milli Qəhrəman Kamil Nəsibovun anım günü qeyd olunub" (az.). Youtube.com. 07.10.2023. İstifadə tarixi: 2023-10-07.

Saytda 53 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024