Kamran Şahsuvarlı Haqqinda Melumat - Vikipedia

Kamran Şahsuvarlı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kamran Şahsuvarlı

Azərbaycan boksçusu

Kamran Namiq oğlu Şahsuvarlı (6 dekabr 1992, Qazaxıstan) — Azərbaycanı təmsil edən boksçu. 2014-cü ildən Azərbaycan yığmasının heyətində çıxış edir.

Kamran Şahsuvarlı
Kamran Şahsuvarlı 2016-cı ildə
Kamran Şahsuvarlı 2016-cı ildə
Şəxsi məlumatlar
Tam adı Kamran Namiq oğlu Şahsuvarlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (31 yaş)
Doğum yeri Qazaxıstan
Boyu 180 sm. (5 ft 7 in)
İdman növü Boks
Karyera illəri 2014—2021
Məşqçisi Natiq Asnalı
Komandası Qəbələ İdman Klubu

Kamran Şahsuvarlı 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. 2017-ci ildə baş tutan Avropa Çempionatının gümüş, Dünya Çempionatının isə bürünc medallarına sahib olan Kamran Şahsuvarlı həmdə 2014 və 2017-ci illərdə Azərbaycan Çempionatlarının qalibi olub.

Kamran Şahsuvarlı Azərbaycan idmanında xidmətlərinə görə 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.

Həyatı redaktə

Kamran Şahsuvarlı 1992-ci il dekabrın 2-də Qazaxıstanda anadan olub. Milliyyətcə azərbaycanlıdır. Təhsilini Qazaxıstanda alıb. İdmanla da burada məşğul olmağa başlayıb. Şəxsi məqşçisi Natiq Aslanlıdır.[1]

Karyerası redaktə

2014-cü il: Azərbaycan Çempionatında qələbə redaktə

Kamran Şahsuvarlı birinci ciddi uğuruna 2014-cü ilin yanvarında imza atdı. Kamran Şahsuvarlı Azərbaycan Çempionatının final görüşündə Xaybula Musalova qalib gəldi və turnirin qalibi oldu.[2] Həmin ilin martında isə Kamran Şahsuvarlı beynəlxalq turnirlərdə birinci uğuruna imza atdı.[3] Şağan qəsəbəsində baş tutan beynəlxalq turnirin final görüşündə Kamran Şahsuvarlı Litva nümayəndəsi Tomas Pirovun üzərində qələbə qazandı və turnirin qızıl medalına sahib oldu.[4] Daha sonra Kamran Şahsuvarlı ABF Azerbaijan Cup beynəlxalq turnirində mübarizə apardı. Həmin turnirin final görüşündə Nixolay Veselova 1:2 hesabı ilə məğlul olan Kamran Şahsuvalı turnirin gümüş medalına sahib oldu.[5] Kamran Şahsuvarlı 2014-cü ildə son uğuruna isə Rusiyada imza atdı. Fərman Salmanovun xatirəsinə həsr olunan beynəlxalq turnirin final görüşündə rəqibinə məğlu olan Kamran Şahsuvarlı turniri gümüş medalla başa vurdu.[6]

2015-ci il: Xaybula Musalovla rəqabət redaktə

2015-ci ildə Kamran Şahsuvarlının birinci turniri Azərbaycan Çempionatı oldu. Yanvarda baş tutan Azərbaycan Çempionatının final görüşündə Kamran Şahsuvarlı bir il əvvəl həmin turnirin final görüşündə qalib gəldiyi Xaybula Musalov ilə üz-üzə gəldi. Bu səfər final görüşündə Kamran Şahsuvarlı rəqibinə məğlub oldu və Azərbaycan Çempionatının gümüş medalına sahib oldu.[7] Kamran Şahsuvarlı martda Azərbaycan yığmasının əsas heyətinə cəlb edildi və İtaliyada baş tutan təlim-məşq toplanışlarına aparıldı.[8] 2015-ci ilin əsas turnirlərindən biri iyunda Azərbaycanda baş tutacaq I Avropa Oyunları oldu. Bu turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyətinin formalaşdırılması üçün apreldə beynəlxalq turnir baş tutdu.[9] Həmin turnirdə mübarizə aparan Kamran Şahsuvarlı yarım-final mərhələsində məğlub oldu və turniri bürünc medalla başa vurdu. Turnirin qalibi olan Xaybula Musalovun isə Avropa Oyunlarında mübarizə aparmasına qərar verildi. Nəticədə Xaybula Musalov Avropa Oyunlarının gümüş medalına sahib oldu. Olimpiadaya lisenziya verən Dünya Çempionatında isə Xaybula Musalov zədə səbəbilə mübarizə apara bilmədi. Həmin ilin sonlarında Rabat şəhərində baş tutan təlim-məşq toplanışlarına Kamran Şahsuvarlı çağırıldı.[10]

2016-cı il: Rio-de-Janeyro Olimpiadası redaktə

Kamran Şahsuvarlının 2016-cı ildə birinci turniri fevralda Macarıstanın Debretsen şəhərində baş tutan beynəlxalq turnir oldu.[11][12] Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Kamran Şahsuvarlı turnirin həlledici görüşündə məğlub oldu və turniri gümüş medalla.[13] Buu turnirdən sonra Kamran Şahsuvarlı Birləşmiş Ştatların Kolorado ştatında təlim-məşq toplanışlarında oldu.[14] Kamran Şahsuvarlının növbəti turniri martda Azərbaycanda baş tutan beynəlxalq turnir oldu.[15] Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Kamran Şahsuvarlı qızıl medalın sahibi oldu.[16] Apreldə isə Kamran Şahsuvarlının birinci ciddi sınaq gözləyirdi. 8-18 apreldə Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin əsas məqsədi avqustda baş tutacaq Olimpiya Oyunlarına lisenziyaya sahib olmaq idi.[17] Turnirin təsnifat mərhələsində Kamran Şahsuvarlının rəqibi Fransa nümayəndəsi Kristian M'billi oldu. Həmin görüşdə Kamran Şahsuvarlı rəqibinə 0:3 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[18] İyunda isə Azərbaycanda Dünya Olimpiya Təsnifat Turniri baş tutdu.[19] Kamran Şahsuvarlının olimpiya lisenziyasına sahib olması üçün bu sonuncu şans idi. Turnirin təsnifat mərhələsindən azad olan Kamran Şahsuvarlının 1/16 final mərhələsində rəqibi Albaniya nümayəndəsi Arjon Kajoşi oldu.[20] Həmin görüşdə Kamran Şahsuvarlı rəqibinə 3:0 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[21] Bu mərhələdə onun rəqibi Venesuela nümayəndəsi Yohan Qonzalez oldu. Bu görüşdə də Kamran Şahsuvarlı rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[22] Bu mərhələdə isə onun rəqibi İrlandiya nüayəndəsi Mixael O'Reilli oldu. Həmin görüşdə Kamran Şahsuvarlı rəqibinə 0:3 hesabı ilə məğlub oldu və mübarizəsini dayandırdı.[23] Turnirin reqlamentinə əsasən turnirin yarım-finalçıları, həmçinin turnirin qalibi olan idmançının 1/4 final mərhələsində qalib gəldiyi idmançı olimpiya lisenziyasına sahib olmalı idi. Nəticədə Mixael O'Reilli turnirin qalibi oldu və beşinci pillənin sahibi olan Kamran Şahsuvarlı olimpiya lisenziyasına sahib oldu.[24][25]

Kamran Şahsuvarlının olimpiadaya hazırlıq mərhələsi iyunda Birləşmiş Ştatların Kolorado ştatında baş tutan təlim-məşq toplanışlarında oldu.[26] XXXI Yay Olimpiya Oyunları 2016-cı ilin 5-22 avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutdu.[27][28] Kamran Şahsuvarlının birinci görüşü avqustun 8-də oldu. 1/16 final mərhələsində onun rəqibi Çin nümayəndəsi Jao Minqqanq oldu.[29] Həmin görüşdə Kamran Şahsuvarlı rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı.[30][31][32] Bu mərhələdə onun rəqibi 2010-cu il Avropa Çempionatının qalibi olan Rusiya nümayəndəsi Artyom Çebotarev oldu. Avqustun 12-də baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibinə 2:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[33] Bu mərhələdə isə onun rəqibi Qazaxıstan nümayəndəsi Yanibəy Alimxanulu oldu.[34] Yanibəy Alimxanulu Asiya Çempionatının, Asiya Oyunlarının və Dünya Çempionatının qalibi olan təcrübəli idmançı idi. Kamran Şahsuvarlı görüşdən əvvəl müsahibəsində bunları bildirdi: Mən Qazaxıstanda çıxış edən Yanibəy Alimxanuluya məğlub olmuşdum. İndi isə ona qalib gəlməyi qarşıma məqsəd qoymuşam.[35] Avqustun 15-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazandı və olimpiadanın yarım-final mərhələsinə adladı. Bununla da Kamran Şahsuvarlı olimpiadanın bürünc medalını təmin elədi.[36][37] Görüşdən sonra Kamran Şahsuvarlı müsahibəsində bunları bildirdi: Mən turnirin favoriti deyildim. Məndən medal gözləyən yox idi. Üstümdə heç bir təyziq yox idi. Məhz bu amillər medala sahib olmaqda yardım elədi.[38] Finala gedən yolda onun rəqibi 2015-ci il Dünya Çempionatının qalibi olan Kuba nümayəndəsi Arlen Lopez oldu.[39] Avqustun 18-də baş tutan görüşdə təcrübəli rəqəbinə 0:3 hesabı ilə məğlub olan Kamran Şahsuvarlı XXXI Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurdu.[40][41][42][43] Görüşdən sonra Kamran Şahsuvarlı müsahibəsində məğlubiyyətini şərh elədi: Rəqibim həddən artıq güclü və təcrübəli idi. Ona yaxınlaşa bilmədim, nəticədə də özüm zərbələr buraxdım.[44]

Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli 2292 nömrəli Sərəncamına əsasən XXXI Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Kamran Namiq oğlu Şahsuvarlı "Tərəqqi" medalı ilə təltif edildi.[45]

2017-ci il: Avropa və Dünya Çempionatlarında medallar redaktə

 
Azərbaycan Prezidenti İlham Əliyev Kamran Şahsuvarlıya yeni mənzilin orderini təqdim edən zaman (24.12.2016)

Olimpiadadan sonra Kamran Şahsuvarlının birinci turniri 2017-ci ilin yanvarında baş tutan Azərbaycan Çempionatı oldu. Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Kamran Şahsuvarlı çempionatın qalibi oldu.[46]

Mövsümün birinci nüfuzlu turniri 12-22 mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunları oldu.[47][48] Kamran Şahsuvarlının 1/8 final mərhələsində rəqibi Qayana nümayəndəsi Desmond Amsterdam oldu. Mayın 12-də baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibinə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[49][50] Bu mərhələdə onun rəqibi Türkiyə nümayəndəsi İhsan Ərdoğan oldu. Mayın 16-da baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibi üzərində qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı.[51] Finala gedən yolda onun rəqibi Misir nümayəndəsi Yones Harrum oldu. Bu görüşdə də Kamran Şahsuvarlı rəqibinə qalib gəldi və İslamiadanın final görüşünə vəsiqə qazandı.[52] Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Tursınbəy Qulamxet oldu. Mayın 18-də Kristal Zalında baş tutan final görüşündə Kamran Şahsuvarlı rəqibinə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.[53]

Kamran Şahsuvarlının növbəti turniri bir ay sonra, 16-24 iyunda Xarkov şəhərində baş tutan Avropa Çempionatı oldu.[54][55][56] Avropa Çempionatlarında debüt edən Kamran Şahsuvarlı təsnifat mərhələsindən azad idi.[57][58] 1/8 final mərhələsində onun rəqibi İrlandiya nümayəndəsi Emmett Brennan oldu. İyunun 20-də baş tuta görüşdə Kamran Şahsuvarlı rəqibinə 5:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[59][60] Bu mərhələdə onun rəqibi Almaniya nümayəndəsi Silvio Şierle oldu. Həmin görüşdə də Kamran Şahsuvarlı rəqibi üzərində qələbə qazandı (4:1) və Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[61] Finala gedən yolda onun rəqibi Macarıstan nümayəndəsi Zoltan Harçsa oldu.[62] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibinə 4:1 hesabı ilə qalib gəldi və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[63] Həlledici görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Olexandr Xijnyax oldu. İyunun 24-də baş tutan final görüşündə Kamran Şahsuvarlı rəqibinə 0:5 hesabı ilə məğlub oldu. Bununla da Kamran Şahsuvarlı Avropa Çempionatını gümüş medalla başa vurdu.[64][65]

İlin əsas turniri 25 avqust-2 sentyabrda Almaniyanın Hamburq şəhərində baş tutan Dünya Çempionatı oldu.[66][67] Mövsümün əvvəlində Azərbaycan Çempionatının qalibi, sonra isə İslam Həmrəyliyi Oyunları və Avropa Çempionatında finallarda mübarizə apran Kamran Şahsuvarlı bu səfər mundialın medalına iddialı idi.[68] Təsnifat mərhələsindən azad olan Kamran Şahsuvarlı 1/8 final mərhələsində Niderland nümayəndəsi Max van der Pas ilə üz-üzə gəldi.[69][70] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibinə 3:2 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[71] Bu mərhələdə onun rəqibi Kolumbiya nümayəndəsi Yorge Vivas oldu.[72] Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Kamran Şahsuvarlı rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı.[73] Bununla da Kamran Şahsuvarlı Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Qazaxıstan nümayəndəsi Əbilxan Amanqul oldu. Bu görüşdə Kamran Şahsuvarlı rəqibinə 1:4 hesabı ilə məğlub oldu və Dünya Çempionatını bürünc medalla başa vurdu.[74][75]

2018-ci il: Təlim-məşq toplanışları redaktə

2018-ci il ərzində Dünya və Avropa Çempionatları baş tutmadı. İdmançılar bu il də əsasən beynəlxalq turnirlərdə mübarizə apardı və təlim-məşq toplanışlarında oldu. Kamran Şahsuvarlı da Qəbələ İdman Klubunun heyətində Krivoy Roq şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı.[76][77][78]

2019-cu il: Uğursuz mövsüm redaktə

2019-cu ildə Kamran Şahsuvarlının birinci turniri apreldə Azərbaycanda baş tutan beynəlxalq turnir oldu.[79] Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Kamran Şahsuvarlı qızıl medalın sahibi oldu.[80]

Daha sonra Kamran Şahsuvarlı Rusiyanın St. Peterburq şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı.[81] Kamran Şahsuvarlı həmin turnirin 1/4 final mərhələsində məğlub oldu və turniri beşinci pillədə başa vurdu.[82]

2019-cu ilin birinci nüfuzlu turniri 20-30 iyunda Belarusda baş tutan II Avropa Oyunları oldu.[83][84] Avropa Oyunlarında debüt edən Kamran Şahsuvarlı təsnifat mərhələsindən azad idi.[85] Kamran Şahsuvarlının 1/16 final mərhələsində rəqibi Gürcüstan nümayəndəsi Giorgi Xarabadze idi. İyunun 22-də baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[86] Bu mərhələdə onun rəqibi İrlandiya nümayəndəsi Mixael Nevin oldu. Həmin görüşdə Kamran Şahsuvarlı rəqibinə 0:5 hesabı ilə məğlub oldu və gözlənilmədən turnirdə mübarizəsini başa vurdu.[87][88][89]

İlin əsas turniri sentyabrda Rusiyada baş tutan Dünya Çempionatı idi. Azərbaycan yığmasının liderlərindən Cavid Çələbiyev və Kamran Şahsuvarlı zədə səbəbindən həmin turnirdə mübarizə aparmadı.[90][91][92]

2020-ci il: Avropa Olimpiya Təsnifat Turnirində uğursuzluq redaktə

2020-ci ildə Yaponiyada baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa Olimpiya Təsnifat Turniri 14-22 martda Birləşmiş Krallığın London şəhərində baş tutdu. Turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə Kamran Şahsuvarlı da cəlb edildi.[93] Həmin günlərdə COVID-19 (Koronavirus) pandemiyası bütün dünyanı cənginə alsa da, IBA tərəfindən həmin turnirin təxirə salınmayacağı bildirildi.[94] Kamran Şahsuvarlının təsnifat mərhələsində rəqibi Avstriya nümayəndəsi Edin Avdiç oldu.[95] Həmin görüşdə Kamran Şahsuvarlı rəqibinə 4:1 hesabı ilə qalib gəldi və turnirin 1/16 final mərhələsinə adladı.[96] Bu mərhələdə onun rəqibi Ukrayna nümayəndəsi Olexandr Xijniax oldu. Bu görüşdə Kamran Şahsuvarlı rəqibinə məğlub oldu və turnirdə mübarizəsini başa vurdu.[97] Turnirin 4-cü günündə IBA tərəfindən COVID-19 pandemiyası səbəbilə Avropa Olimpiya Təsnifat Turnirinin qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul elədi.[98] Martın 24-də isə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən XXXII Yay Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul elədi.[99] Ümumi olaraq 2020-ci il ərzində beynəlxalq turnirlər baş tutmadı.

2021-ci il: Olimpiya Oyunlarına vəsiqə qazana bilməmədi redaktə

COVID-19 pandemiyasından sonra Kamran Şahsuvarlının birinci turniri 2021-ci ilin martında oldu. Kamran Şahsuvarlı İstanbul şəhərində baş tutan Bosfor beynəlxalq turnirində mübarizə apardı və turniri gümüş medalla başa vurdu.[100]

IBA və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən alınan qərara əsasən Dünya Olimpiya Təsnifat Turniri ləğv edildi və olimpiya lisenziyaları idmançıların reytinq cədvəllərinə əsasən verildi. Belə olan halda isə Kamran Şahsuvarlı olimpiada da mübarizə apara bilmədi.[101]

2022-ci il: Karyeranın enişi redaktə

Kamran Şahsuvarlı 2022-ci ilin yanvarında Azərbaycan Çempionatında mübarizə apardı.[102] Turnirin final görüşündə Kamran Şahsuvarlı Murad Allahverdiyevə məğlub oldu turniri gümüş medalla başa vurdu.[103]

Nəticələri redaktə

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2016
Avropa Olimpiya Təsnifat Turniri Azərbaycan  Azərbaycan
5.
2
Olimpiya Oyunları Braziliya  Braziliya
3.
3
2017
İslam Həmrəyliyi Oyunları Azərbaycan  Azərbaycan
2.
4
Avropa Çempionatı Ukrayna  Ukrayna
2.
5
Dünya Çempionatı Almaniya  Almaniya
3.
6
2019
Avropa Oyunları Belarus  Belarus
PAT
7
2020
Avropa Olimpiya Təsnifat Turniri Böyük Britaniya  Birləşmiş Krallıq
PAT
  • Azərbaycan Çempionatı
    • 1  Qızıl — 2014, 2017
    • 2  Gümüş — 2015, 2022

Dövlət təltifləri redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Azerisport.com idman portalı. "Камран ШАХСУВАРЛЫ: Мы не слушали Владимира Золотарева, а он жаловался на нас в федерацию. А вот Педро Роке все делает как надо". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  2. Azerisport.com idman portalı. "Определены финалисты чемпионата Азербайджана". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. Azerisport.com idman portalı. "6 финалов для Азербайджана". www.azerisport.com (rus.)). 22.08.2022. 2014-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. Azerisport.com idman portalı. "Сборная Азербайджана завоевала 4 золотые медали в Шагане". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  5. Azerisport.com idman portalı. "Определились победители Кубка Азербайджана". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  6. Azerisport.com idman portalı. "Салман Ализаде победил на Мемориале Фармана Салманова". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  7. Azerisport.com idman portalı. "Финалисты чемпионата Азербайджана определены". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  8. Azerisport.com idman portalı. "Азербайджан определяет состав на Евроигры в Италии". www.azerisport.com (rus.)). 22.08.2022. 2015-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  9. Azerisport.com idman portalı. "Азербайджан заявил тестовый турнир Евроигры 29 боксеров". www.azerisport.com (rus.)). 22.08.2022. 2015-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  10. Azerisport.com idman portalı. "Азербайджан начал сбор с 11-ю боксерами и ждет в гости команду Марокко". www.azerisport.com (rus.)). 22.08.2022. 2016-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  11. Azerisport.com idman portalı. "Азербайджан заявил основной состав на венгерский мемориал". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  12. Azerisport.com idman portalı. "Альберт Селимов и Лоренцо Сотомайор победили на старте". www.azerisport.com (rus.)). 22.08.2022. 2016-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  13. Azerisport.com idman portalı. "Азербайджанский боксер стал победителем турнира в Венгрии". www.azerisport.com (rus.)). 22.08.2022. 2016-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  14. Azerisport.com idman portalı. "Сборная Азербайджана отправилась в США". www.azerisport.com (rus.)). 22.08.2022. 2016-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  15. Azerisport.com idman portalı. "Джавид Челябиев победил Тайфура Алиева на старте бакинского турнира". www.azerisport.com (rus.)). 22.08.2022. 2016-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  16. Azerisport.com idman portalı. "Четыре победы Азербайджана на бакинском ринге". www.azerisport.com (rus.)). 22.08.2022. 2016-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  17. Azerisport.com idman portalı. "Азербайджан заявил на лицензионный турнир 10 боксеров". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  18. Azerisport.com idman portalı. "Камран Шахсуварлы терпит неудачу в Самсуне". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  19. Azerisport.com idman portalı. "Азербайджан назвал имена боксеров на лицензионный турнир к Олимпиаде". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  20. Azerisport.com idman portalı. "Азербайджанские боксеры отдыхают на старте лицензионного турнира". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  21. Azerisport.com idman portalı. "Азербайджанские боксеры прошли первый этап лицензионного турнира". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  22. Azerisport.com idman portalı. "Теймур Мамедов и Камран Шахсуварлы в 1/4, Руфат Гусейнов в полуфинале". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  23. Azerisport.com idman portalı. "Теймур Мамедов завоевал олимпийскую лицензию". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  24. Azerisport.com idman portalı. "Камран Шахсуварлы завоевал олимпийскую лицензию, Руфат Гусейнов и Теймур Мамедов выиграли турнир". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  25. Azerisport.com idman portalı. "Три лицензии домашнего ринга". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  26. Azerisport.com idman portalı. "Сборная Азербайджана отправляется в США". www.azerisport.com (rus.)). 22.08.2022. 2016-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  27. Azerisport.com idman portalı. "11 друзей Педро Роке". www.azerisport.com (rus.)). 22.08.2022. 2016-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  28. Azerisport.com idman portalı. "56 спортсменов Азербайджана, которые едут в Рио". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  29. Azerisport.com idman portalı. "Боксеры Азербайджана узнали первых соперников в Рио". www.azerisport.com (rus.)). 22.08.2022. 2028-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  30. Azerisport.com idman portalı. "Магомедрасул Меджидов, Альберт Селимов и Камран Шахсуварлы победно начали Олимпиаду". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  31. Azerisport.com idman portalı. "Как Камран Шахсуварлы, Альберт Селимов и Магомедрасул Меджидов прошли первый этап Олимпиады". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  32. Azerisport.com idman portalı. "Камран Шахсуварлы: Даже не ожидал от себя". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  33. Azerisport.com idman portalı. "Камран Шахсуварлы выходит в четвертьфинал Олимпиады, Альберт Селимов упустил медаль". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  34. Azerisport.com idman portalı. "Камран Шахсуварлы попал на казаха". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  35. Azerisport.com idman portalı. "Камран ШАХСУВАРЛЫ: Я проиграл Жанибеку Алимханулу в Казахстане, сейчас хочу победить". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  36. Azerisport.com idman portalı. "Камран Шахсуварлы обеспечил Азербайджану третью награду". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  37. Azerisport.com idman portalı. "Кровавая победа Камрана Шахсуварлы". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  38. Azerisport.com idman portalı. "Камран ШАХСУВАРЛЫ: Мне помогло, что на меня никто не ставил". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  39. Azerisport.com idman portalı. "Камран Шахсуварлы встретится в полуфинале с кубинцем". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  40. Azerisport.com idman portalı. "Камран Шахсуварлы завоевал бронзу". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  41. Azerisport.com idman portalı. "Камран Шахсуварлы аплодирует победителю". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  42. Azerisport.com idman portalı. "Камран Шахсуварлы и Шариф Шарифов получили бронзу Олимпиады". www.azerisport.com (rus.)). 22.08.2022. 2016-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  43. Azerisport.com idman portalı. "Азербайджан в Рио: 1 герой, 17 медалистов и другие спортсмены". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  44. Azerisport.com idman portalı. "Камран Шахсуварлы: Если я занял третье место, то Лоренцо должен победить". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  45. Azerisport.com idman portalı. "Ильхам Алиев наградил Радика Исаева и ряд олимпийцев". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  46. Azerisport.com idman portalı. "Определились новые лидеры азербайджанского бокса". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  47. Azerisport.com idman portalı. "190 спортсменов Азербайджана, которые примут участие в Исламиаде". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  48. Azerisport.com idman portalı. "Исламиада: Состав сборной Азербайджана по боксу". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  49. Azerisport.com idman portalı. "Первыми на ринг Исламиады выйдут Тамерлан Абдуллаев, Камран Шахсуварлы и Магомедрасул Меджидов". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  50. Azerisport.com idman portalı. "Боксеры Азербайджана победно стартовали на Исламиаде". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  51. Azerisport.com idman portalı. "Рауф Рагимов и Камран Шахсуварлы в полуфинале Исламиады". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  52. Azerisport.com idman portalı. "Шестеро боксеров Азербайджана в финале Исламиады". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  53. Azerisport.com idman portalı. "Боксеры Азербайджана завоевали три золота на Исламиаде". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  54. Azerisport.com idman portalı. "Состав сборной Азербайджана на ЕВРО". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  55. Azerisport.com idman portalı. "«Цель Азербайджана на ЕВРО – завоевать 10 лицензий на чемпионат мира»". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  56. Azerisport.com idman portalı. "Одного из конкурентов азербайджанских боксеров не пустили на ЕВРО". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  57. Azerisport.com idman portalı. "Азербайджанские боксеры узнали первых соперников на ЕВРО". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  58. Azerisport.com idman portalı. "Чемпионский состав для ЕВРО". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  59. Azerisport.com idman portalı. "Камран Шахсуварлы завоевал лицензию на Чемпионат Мира, Джавид Челябиев - нет". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  60. Azerisport.com idman portalı. "Джавид Челябиев удачно стартовал на ЕВРО, а Эльдар Гулиев проиграл". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  61. Azerisport.com idman portalı. "Камран Шахсуварлы вышел в полуфинал ЕВРО, Магомедрасул Меджидов потерпел поражение". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  62. Azerisport.com idman portalı. "Соперником Камран Шахсуварлы на ЕВРО стал венгерский боксер". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  63. Azerisport.com idman portalı. "Камран Шахсуварлы вышел в финал ЕВРО". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  64. Azerisport.com idman portalı. "Камран Шахсуварлы взял серебро ЕВРО". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  65. Amateur-boxing.strefa.pl idman portalı. "2017 European Boxing Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  66. Azerisport.com idman portalı. "Сборная Азербайджана начала готовиться к Чемпионат Мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  67. Azerisport.com idman portalı. "Сборная Азербайджана продолжает готовиться к Чемпионат Мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  68. Azerisport.com idman portalı. "Немецкий счет открывается". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  69. Azerisport.com idman portalı. "Магомедрасул Меджидов начнет Чемпионат Мира боем против Сатиша Кумара". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  70. Azerisport.com idman portalı. "Лоренцо Сотомайор и Камран Шахсуварлы узнали стартовых соперников на Чемпионат Мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  71. Azerisport.com idman portalı. "Камран Шахсуварлы вышел в четвертьфинал Чемпионата Мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  72. Azerisport.com idman portalı. "Камран Шахсуварлы и Магомедрасул Меджидов в полуфинале Чемпионата Мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  73. Azerisport.com idman portalı. "Как Камран Шахсуварлы вышел в полуфинал Чемпионата Мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  74. Azerisport.com idman portalı. "Камран Шахсуварлы взял бронзу Чемпионата Мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  75. Azerisport.com idman portalı. "Как Шахсуварлы завоевал бронзу Чемпионата Мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  76. Azerisport.com idman portalı. "Габала примет участие на международном турнире в Украине". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  77. Azerisport.com idman portalı. "Габала встретится в полуфинале украинского турнира с клубом из Узбекистана". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  78. Azerisport.com idman portalı. "Скандал в Украине. Габала отказалась завершить матч с клубом Узбекистана". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  79. Azerisport.com idman portalı. "Лоренцо Сотомайор проиграл в четвертьфинале бакинского турнира". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  80. Azerisport.com idman portalı. "Четверо боксеров Азербайджана стали чемпионами". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  81. Azerisport.com idman portalı. "Азербайджанский боксер вышел в полуфинал Кубка губернатора Санкт-Петербурга". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  82. Azerisport.com idman portalı. "Трое боксеров Азербайджана в полуфинале Кубка губернатора Санкт-Петербурга". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  83. Azerisport.com idman portalı. "Азербайджан на Евроиграх-2019: календарь, составы". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  84. Azerisport.com idman portalı. "Медальные надежды Евроигр: На кого ставит Азербайджан?". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  85. Azerisport.com idman portalı. "Лоренцо Сотомайор встретится с Гургеном Мадояном, Камран Шахсуварлы ждет соперника". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  86. Azerisport.com idman portalı. "Лоренцо Сотомайор, Камран Шахсуварлы, Джавид Челебиев и Лорен Альфонсо Домингес победно стартовали на Евроиграх". www.azerisport.com (rus.)). 22.08.2022. 2020-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  87. Azerisport.com idman portalı. "Руфат Гусейнов вышел в четвертьфинал, Бахтияр Газибеков и Камран Шахсуварлы проиграли". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  88. Azerisport.com idman portalı. "Азербайджанский бокс, побитый на Евроиграх". www.azerisport.com (rus.)). 22.08.2022. 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  89. Azerisport.com idman portalı. "Евроигры-2019: Азербайджанский результат". www.azerisport.com (rus.)). 22.08.2022. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  90. Azerisport.com idman portalı. "Азербайджанские боксеры выступят на Чемпионате Мира без трех лидеров". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  91. Azerisport.com idman portalı. "Азербайджанские боксеры отправляются на Чемпионат Мира в Россию". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  92. Azerisport.com idman portalı. "Снова ставим на легионеров". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  93. Azerisport.com idman portalı. "Сборные Азербайджана определились с составами на лицензионный турнир в Лондоне". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  94. Azerisport.com idman portalı. "Сборная Азербайджана отправилась на лицензионный турнир. Его не перенесут". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  95. Azerisport.com idman portalı. "Боксеры Азербайджана узнали первых соперников на лицензионном турнире в Лондоне". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  96. Azerisport.com idman portalı. "Тайфур Алиев и Камран Шахсуварлы выиграли на старте лицензионного турнира". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  97. Azerisport.com idman portalı. "Азербайджанский боксер завоевал олимпийскую лицензию". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  98. Azerisport.com idman portalı. "Спорт под карантином". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  99. Ангелина Никитина. "Олимпийские игры перенесли из-за коронавируса". www.lenta.ru (rus.)). 22.08.2022. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  100. Azerisport.com idman portalı. "Азербайджанские боксеры проиграли в финале Босфора". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  101. Azerisport.com idman portalı. "Оставшиеся за бортом Олимпиады…". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  102. Azerisport.com idman portalı. "Финалисты чемпионата известны". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  103. Azerisport.com idman portalı. "Нариман АБДУЛЛАЕВ: Невыход в финал Челябиева стал сенсацией". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  104. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Olimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli 2292 nömrəli Sərəncamı". www.azertag.az (az.)). 22.08.2022. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2022.

Saytda 49 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024