Kargu Haqqinda Melumat - Vikipedia

Kargu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kargu

kamikadze dron

Kargu — Türkiyə istehsalı pilotsuz uçuş aparatı. Hazırlayan və istehsalçı - Türk Müdafiə Şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ).[1]

Kargu
Tipi hücum Pilotsuz uçuş aparatı
Hazırlayan Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ
İstehsalçı Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ
İlk uçuş 2016
İstismara verilmə tarixi 2017
Status kütləvi istehsal
İstismarçılar Türkiyə Hərbi Hava Qüvvələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat redaktə

Kargu hekikopter tipli kamikaze dronudur. 2017-ci ildən bəri Türk ordusunun arsenalına daxildir. 2019-cu ildən STM, təkmilləşdirilmiş Kargu-2 dronlarının istehsalına başlamışdır.[2]

2020-ci ilin əvvəlində Türkiyə hökuməti bu tip 356 PUA alınması üçün müqavilə imzalamışdır.[3]

Kargu-2-nin çəkisi 15 kq ağırlığındadır. Eyni zamanda, Kargu-2 havada 30 dəqiqəyə qədər qalma qabiliyyətinə malikdir. İdarəetmə operator tərəfindən yerdən həyata keçirilir. Bu səbəbdən dron hərəkətdə olan obyektlər də daxil olmaqla istənilən hədəfə tərəf yönəldilə bilər. Əgər dron hədəfi məhv etməyibsə, sonradan istifadə üçün operatorun yanına qayıda bilər.

Ayrıca Kargu-2 dronunda hədəfləri müstəqil olaraq aşkar edə və vura biləcəyi yarı-avtonom uçuş və axtarış rejimi mövcuddur. Bu halda operatora yalnız onu müəyyən bir istiqamətə yönəltmək qalır. Operator lazım gələrsə, pilotsuz təyyarənin hücumunu ləğv edə və ya başqa bir hədəfə yönləndirə bilər.[4]

Döyüş başlığı düşmən personalı və digər silahsız hədəfləri məhv etmək üçün parçalanan, yüngül zirehli nəqliyyat vasitələrinə hücum üçün məcmu və ya qapalı məkanda hədəfləri məhv etmək üçün isə termo bomba şəklində ola bilər.

STM bu hücum PUA-larının ixracını artırmaq üçün fəal şəkildə çalışır. Orta Şərq və türkdilli ölkələrdə bu dron kamikadzeyə xüsusi maraq göstərirlər.[5]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Турция выпустит модернизированный дрон-камикадзе". 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  2. "Arxivlənmiş surət". 2020-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  3. "Kargu: турецкий дрон-«камикадзе»". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  4. "Arxivlənmiş surət". 2020-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  5. "Турция вооружится сотнями «убийц» российских «Панцирей»". 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.

Xarici keçidlər redaktə


Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024