Karl Benz Haqqinda Melumat - Vikipedia

Karl Benz Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Karl Fridrix Mixael Benz (alm. Carl[3][4][5][6][7] (Karl) Friedrich Michael Benz‎; 25 noyabr 1844[1][2][…]4 aprel 1929[1][2][…]) — alman mühəndisi, dünyada ilk daxili yanma mühərrikli avtomobilin ixtiraçısı, avtomobil sənayesinin pioneri. Onun şirkəti əsasında sonradan Daimler-Benz AG konserni (indiki Daimler AG) yaranmışdır.

Karl Benz
alm. Carl Benz
Doğum tarixi 25 noyabr 1844(1844-11-25)[1][2][…]
Vəfat tarixi 4 aprel 1929(1929-04-04)[1][2][…] (84 yaşında)
Vəfat səbəbi beyin qansızması[d]
Milliyyəti alman
Fəaliyyəti mühəndis, ixtiraçı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Karl Fridrix Benz 25 noyabr 1844-cü ildə Almaniyanın Mülburq şəhərində anadan olub. Karlın maşinist işləmiş atası oğlunun yalnız iki yaşı olanda açıq qatar kabinəsindəki soyuqdan vəfat etmişdi. Valideynləri övladlarına layiqli təhsil vermək istəyirdilər. Karlsruedə ibtidai məktəbi bitirdikdən sonra 1850-ci ildə Karl texniki liseydə (indiki Bismark Gimnaziyası), sonra isə 1860-cı ildə Politexnik Universitetində təhsil almışdır.

Karyerası redaktə

Karl Benz öz emalatxanasında yeni daxili yanma mühərrikləri yaratmağa başladı. 31 dekabr 1878-ci ildə ikitaktlı benzin mühərriki üçün patent aldı. Tezliklə, Karl Benz gələcək avtomobilin bütün vacib komponentlərini və sistemlərini patentləşdirdi: sürətləndirici, batareya ilə işləyən yanma sistemi və alışdırma şamları, karbüratör, debriyaj, ötürücü qutu və su soyutma radiatoru.

İstinadlar redaktə


Saytda 214 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024