Kartvel dilləri Haqqinda Melumat - Vikipedia

Kartvel dilləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kartvel dilləri (gür.: g.ə. ქართველური ენები, l.ə. kartveluri enebi) — Cənubi Qafqazın qərbində əsasən Gürcüstanda yayılmş dil ailəsi. Əvvəllər elmi ədəbiyyatda səhvən Qafqaz dil ailəsinin tərkibinə daxil edilmişdir, hazırda özlüyündə müstəqil dil ailəsi olduğu linqvistiklər tərəfindən təsdiqlənmişdir.[1] Bu dil ailəsinin tərkibinə gürcü (və ya kart dili), meqrel (laz və meqrel dilləri birlikdə zan və ya kolx dili adlanır), laz (və ya çan) və svan dilləri daxildir. Qrammatik yaxınlıqlarına və leksik fərqliliklərinə görə bu dillərin dördü də qohum hesab olunsa da üç əsas qrupa ayrılırlar: şimali kartvel qrupu-svan dili, zan qrupu-meqrellaz dilləri və cənubi kartvel qrupu-gürcü dili. Gürcü dili onlarla ləhcəyə və yüzlərlə şivəyə sahibdir. Zan qrupu bəzən bir dil, lazcameqrelcə isə onun ləhçələri hesab edilirlər. Şimali kartvel qrupunu təşkil edən svan dili özlüyündə dörd ləhcəni ehtiva edir: yuxarıbal, aşağıbal, laşx və lentex ləhcələri hazırkı Gürcüstan Respublikasının şimalında dağlıq bölgədə dar ərazidə İnqura və Tsxenis-Tsxali yüksəklikləri arasında yayılmışdır, bütün ləhcələri bir-birindən xeyli ölçüdə fərqlənir.[1] Yalnız gürcü dilinin yazısı vardır.[1] Kartvel dil ailəsinə aid dillərin ən qədim yazı nümunəsi V əsrdə Qüdsdə inşa edilmiş kilsənin üzərində tapılmışdır.[1] Bu yazı qədim gürcü dilində yazılmışdır. Bu dildə olan yazılara V–XI əsrlərdə inşa edilmiş abidələrin üzərində təsadüf edilir.[1] Fonoloji sistemində 6–7 sait və 28–30 samit fonemin olduğu göstərilir. SSRİ–də 1970-ci il siyahıyaalınması zamanı kartvel dillərində danışan bütün əhali "gürcü" adıyla siyahıya alınmışdı, qeydə alınmış 3.245.300 nəfər etnik "gürcü"dən 3.193.491 nəfəri öz millətinin dilini ana dili olaraq göstərmişdi.[2]

Kartvel dilləri
Takson
Areal
Təsnifat
Kateqoriya ???
Qafqaz dilləri[d]
Kartvel dilləri
Tərkib
Dil qrupunun kodları
ISO 639-2
ISO 639-5 ccs

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 1,4 Общая характеристика картвельских языков: введение Arxivləşdirilib 2022-01-25 at the Wayback Machine
  2. I. Introduction. — 3. Langues dans le Caucasie, de l'Asie centrale soviétique et de la Sibérie. — 3.1. Liste des langues, page 52 Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. // Composition linguistique des nations du monde. 5. L'Europe et l'URSS. Directeurs de l'edition: Heinz Kloss et Grant D. McConnell. Centre international de recherches sur le bilinguisme. Québec: Les Presses de l'Université Laval, 1984, 862 pages. ISBN 9782763770444

Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023