Karvan İK Haqqinda Melumat - Vikipedia

Karvan İK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Karvan İK

Azərbaycan region liqasında çıxış edən futbol klubu

Karvan İK (Karvan İdman Klubu) — 11 iyun 2004-cü ildə Yevlax şəhərində təsis edilmiş, UEFA Kubokunda ilk təsnifat mərhələsini keçən Azərbaycan klubudur.

Karvan İK
Loqonun şəkli
Klubun tam adı Karvan İdman Klubu
Ölkə
Ləqəb(lər) Qara-Ağlar
Rəng(lər) Qara-
Yaranma tarixi 11 iyun 2004
Bağlama tarixi 18 sentyabr 2014 (2021-ci ildə yenidən təhsis edildi)
Stadionu Yevlax şəhər stadionu
Tutumu 5.000
Prezidenti Ruslan Səmədov[1]
Baş məşqçisi Kənan Kərimov
Liqa Azərbaycan Region Liqası
2021–22 2. (I Pley-off-da məğlub oldu)
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

"Karvan" İdman Klubu 11 iyun 2004-cü ildə Yevlax şəhəridə təsis edilmişdir. Yevlax şəhər stadionunda əsaslı yenidənqurma işləri aparılmış, 6000 yerlik müasir standartlara cavab verən stadion, həmçinin meydança qurulmuş, futbolçular üçün düşərgə inşa edilmiş və bütün lazımi infastrukturlarla təchiz olunmuşdur.

İlklər redaktə

"Karvan"ın Avropa miqyaslı yarışlarında ilk qoluna Yuri Muzıka imza atdıb. Klub futbol ictimaiyyətinin yaddaşında "ilk"ləri ilə də yadda qaldı. Azərbaycanda ilk dəfə olaraq klubun rəsmi internet səhifəsindən milli çempionatın oyunları canlı yayımlanmışdır. UEFA Kubokunda ilk dəfə tur keçən Azərbaycan klubunun daha bir ilki isə komandaya dəvət olunan yeni oyunçuların imza mərasimləridir. XIII Azərbaycan çempionatı ərzində komandamını tanıtmağa yardım edən klub broşürləri, oyun bukletləri, oyunçuların şəkilləri ilə olan illik təqvimlər də ilklərindəndir.

UEFA macərası redaktə

 
Klubun forması Avropa Liqası Muzeyində

Klub XIII Milli Çempionatda üçüncü yeri tutaraq UEFA İntetoto kuboku uğrunda yarışa qatılmış, Polşanın "Lex" klubu ilə qarşılaşmışdır. İntetoto kuboku komandanın hazırlıq planına mane olduğu üçün və eyni zamanda ölkəmizin fubol reytinqinə heç bir təsir göstərmədiyinə görə komanda bu yarışda ikinci heyətlə təmsil olunmuşdur. Komandanın avrokuboklarda ilk qoluna Yuri Muzıka imza atmışdır.

Yenidən quruluş redaktə

Klub, 26 sentyabr 2021-ci ildə təkrar bərpa olunub.[2] 2 noyabr 2021-ci ildə isə Azərbaycan Region Liqasında təkrar mübarizə aparacağı elan edilib.[3] 2021–22 mövsümündə Şimal-Qərb regionunda mübarizə apardı və ikinci pilləni tutaraq, final mərhələsində mübarizə aparmaq üçün haqq qazandı.[4] I pley-off mərhələsində Ağsu Siti klubuna ilk matçda 2–0 məğlub olub, ikinci matçda 1–0 qalib gəlsə də mübarizəni ilk mərhələdə dayandırıb.[5]

Klubun 2022–23 mövsümündə təkrar mübarizə aparacağı açıqlanıb.[6]

Stadion redaktə

2004/2005 mövsümündən etibarən güclülər dəstəsində çıxış edən "Karvan" futbolun inkişafı üçün əsas amillərdən olan texniki təminata da diqqət yetirir. Belə ki, artıq tam istifadəyə verilmiş 6 000 nəfərlik stadionda yenidənqurma işləri də başa çatmışdır. Avropa standartlarına uyğun olan ot örtüyü ilə təchiz olunmuş stadionun yenidən qurulmasında Kiyev "Dinamo"sunun mütəxəssisləri də yaxından iştirak edib.

Bundan əlavə Yevlaxda "ağ-qaralar"ın qaldığı idman düşərgəsinin yaxınlığında müasir standartlara cavab verən yeni idman düşərgəsi tikilib istifadəyə verilmişdir. Futbolçuya lazım olan hər bir avadanlıqla təchiz olunmuş düşərgədə 3 meydança, hovuz, tennis kortu, ailəli futbolçular üçün kottejlər, futbolçuların asudə vaxtlarını mənalı keçirmələri üçün internet və kompüter zalları fəaliyyət göstərir.

Baş məşqçiləri redaktə

Reytinqi redaktə

2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 203 xal ilə Azərbaycan klubları arasında 6-cı, dünyada isə 547-ci pillədə başa vurmuşdur[7].

Uğurları redaktə

Liqa və Kuboklarda redaktə

Mövsüm Liqa Yer O Q H M VQ BQ Xal Azərbaycan Kuboku
2004–05 1-ci 3 34 23 7 4 66 18 76 1/8 final
2005–06 1-ci 2 26 17 6 3 50 9 57 Finalçı
2006–07 1-ci 7 24 10 5 9 36 30 35 1/8 final
2007–08 1-ci 11 26 6 5 15 23 36 23 1/8 final
2008–09 1-ci 9 26 10 4 12 28 33 34 1/8 final
2009–10 1-ci 12 22 2 5 15 17 36 11 1/8 final
2010–11 2-ci 8 26 6 8 12 26 40 26 1/16 final
2011–12 2-ci 3 26 16 7 3 55 22 55 1/16 final
2013–14 2-ci 8 30 12 6 12 46 56 42 İştirak etməyib
2021–22 Şimal-Qərb regionu 2 12 8 1 3 31 19 25 İştirak etməyib

Mübarizə apardığı liqalar redaktə

İstinadlar redaktə

  1. "Karvan"ın prezidenti Arxivləşdirilib 2022-09-24 at the Wayback Machine (az.) sportarena.az
  2. "Arxivlənmiş surət". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-15.
  3. "Arxivlənmiş surət". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-15.
  4. "Arxivlənmiş surət". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-15.
  5. "Arxivlənmiş surət". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-15.
  6. "Arxivlənmiş surət". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-15.
  7. Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine (az.) apasport.az tarixi:2010.11.27

Xarici keçidlər redaktə


Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024