Kassini-Hüygens (kosmik gəmi) Haqqinda Melumat - Vikipedia

Kassini-Hüygens (kosmik gəmi) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kassini-Hüygens (kosmik gəmi)

Çox zaman təkcə Kassini adlandırılan Kassini - Hüygens (Cassini - Huygens) kosmik - tədqiqat missiyası NASA, Avropa Kosmik Agentliyi (European Space Agency - ESA) və İtaliya Kosmik Agentliyinin (Italian Space Agency - ASI) birgə layihəsidir və planet Saturnu, onun halqalarıtəbii peykləri daxil olmaqla Saturnun sistemini tədqiq etməyə göndərilmişdir. Flaqman sinfi kosmik gəmi həm NASA-nın Kassini zondundan, həm də Saturnun ən böyük təbii peyki olan Titana eniş edən ESA-nın Hüygens landerindən (lander-Aya və ya başqa planetlərə eniş etmək üçün dizayn olunan kosmik gəmi) ibarətdir. Kassini Saturnu araşdırmaq üçün göndərilən dördüncü, Saturnun orbitinə daxil olmağı bacaran ilk kosmik cihaz idi. Bu iki kosmik gəmi adlarını Giovanni Kassini və Kristian Hüygens astronomlarından almışdır. 15 oktyabr 1997-ci ildə Titan IVB / Centaur-dan xaricə çıxarılan Kassini təxminən 20 il kosmosda fəaliyyət göstərdi, 1 iyul 2004-cü ildə Saturnun orbitinə daxil olduqdan etibarən 13 il Saturnun orbitində fırlandı, planeti və sistemini öyrənməyə sərf etdi. Saturna səyahətə Venera (aprel 1998 və iyul 1999), Yer (Avqust 1999), 2685 Masurski asteroidiYupiterin (2000 dekabr) səthindən alçaqdan uçuş daxildir. Missiya 15 sentyabr 2017-ci ildə, Kassininin traektoriyası Saturnun yuxarı atmosferinə daxil olduqda və Saturnun təbii peyklərinin çirklənmə riskinin qarşısını almaq üçün yandırılmaqla sona çatdı. Missiya gözləntilərdən yüksəkdə uğura imza atdı - NASA-nın Planet Elm Bölməsinin direktoru Cim Qrin Kassini-Hüygens-i Saturn sistemi, təbii peykləri və halqaları, Günəş sistemində yaşamın harada ola biləcəyi anlayışı da daxil olmaqla insanların düşüncəsində inqilab edən "ilklərin missiyası" olaraq xarakterizə edir. Kassini-nin tərtibatçıları əvvəlcə 2004-cü ilin iyunundan 2008-ci ilin mayına qədər dörd il müddətinə bir missiya təyin etmişdilər. Missiya Kassini Bərabərlik Missiyası (Cassini Equinox Mission) adı altında 2010-cu ilin sentyabrına qədər 2 il müddətində uzadıldı. Missiya bir də ikinci və sonuncu dəfə olaraq Kasini Solstis Missiyası (Cassini Solstice Mission) ilə Kassininin de-orbit etməsi və Saturnun üst atmosferində yandığı tarix olan 2017-ci il 15 sentyabra qədər yeddi il müddətində uzadıldı. Hüygens modulu 25 dekabr 2004-cü ildə zonddan ayrılana qədər Kassini ilə birlikdə səyahət etdi; Hüygens, 14 yanvar 2005-ci ildə Titan üzərində paraşütlə yerə endi. Orbiteri translyasiya kimi istifadə edərək təxminən 90 dəqiqə ərzində Yerə data göndərirdi. Bu, xarici Günəş sistemində indiyə qədər həyata keçirilən ilk eniş və Yerin Ayından başqa bir təbii peykdə ilk eniş idi. Missiyasının sonunda Kassini kosmik gəmisi "Qrand Final"ını icra etdi: Saturn və Saturnun daxili halqaları arasındakı boşluqlardan bir sıra riskli uçuşlar həyata keçirdi. Bu mərhələ, kosmik gəminin məhvindən əvvəl Kassininin elm araşdırma nəticələrini maksimuma çatdırmaq məqsədi daşıyırdı. Kasininin atmosferə girişi missiyanı sona çatdırdı, ancaq göndərilmiş dataların təhlili hələ illərlə davam edəcəkdir.

Həmçinin bax redaktə

İstinadlar redaktə


Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023