Katib Çələbi Haqqinda Melumat - Vikipedia

Katib Çələbi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, 1609[1][2][…], Konstantinopol6 oktyabr 1657[3], Konstantinopol) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası.[4]

Katib Çələbi
Digər adı Mustafa bin Abdullah
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı İmperiyası
Vəfat tarixi (48 yaşında)
Vəfat yeri İstanbul, Osmanlı İmperiyası
Fəaliyyəti iqtisadçı, tarixçi, coğrafiyaşünas, yazıçı, bioqraf
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur.

Həyatı redaktə

Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurumİraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur.

"Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir.

Əsərləri redaktə

  1. "Kəşfüz-Zünun an Esamil-Kütüb vəl-Fünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir.
  2. "Cahannüma": Ən qədim Osmanlı coğrafiya kitabıdır. Xəritələri ilə birlikdə İbrahim Muteferrikanın mətbəəsində nəşr olunmuşdur. Bəzi Avropa dillərinə tərcümə edilmişdir.
  3. "Tuhfet-ül Kibar fi Əsfar-il Bihar": Dənizçilik tarixi baxımından önəmli bir əsərdir. Osmanlı dövləti zamanındakı dəniz müharibələrindən bəhs edir.
  4. "Təqvim-üt-Təvarih": 1648-ci ilədək baş vermiş hadisələrin xronoloji izahından ibarətdir. Ərab və fars dillərində nəşr edilmişdir.
  5. "Fəzləkət-üt-Təvarih": Bir müqəddimə, üç sübut və bir son sözdən ibarət olan bu əsər, varlıqların başlanğıcı, peyğəmbərlərin və hökmdarların tarixi barədə kitabdır.
  6. "Fəzləkə": "Fəzləkət-üt-Təvarih"in davamı sayıla bilər. 1591-ci ildən 1654-cü ilə qədər baş vermiş hadisələrdən bəhs edir. 1879-cu ildə iki cilddə nəşr edilmişdir.
  7. "Qanunnamə"
  8. "Tarih-i Firəngi"
  9. "Tarih-i Kostantiniyye ve Kayasire"
  10. "İrşad-ül-Hayafa ila Tarix-ül-Yunan vər-Rum"
  11. "Süllem-ül-Vusul ila Tabakat-il-Fuhul"
  12. "İhlam-ül-Müqəddəs"
  13. "Tuhfet-ül-Ahfar fil-Hikem vəl-Əmsal vəl-Əşar"
  14. "Dürer-i Müntesira vəl Gurer-i Münteşira"
  15. "Düstur-ül-Amel fi İslahil-Halal"
  16. "Beydavi Təfsiri Şərhi"
  17. "Hüsn-ül-Hidayə"
  18. "Rəsm-ür-Rəcm bis-Sim vəəl-Cim"
  19. "Cami-ul-Mütun min Cüll-il-Fünun"
  20. "Mizan-ül-Haqq fi İxtiyar-il-Ehaq"

İstinadlar redaktə

  1. Swartz A. Kâtip Çelebi // Open Library (ing.). 2007.
  2. Kâtip Çelebi // Faceted Application of Subject Terminology.
  3. Mustafa Ibn Abdullah Hadjdji Chalfa // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  4. 100 böyük türk. Bakı, 1991. səh.57-58.

Xarici keçidlər redaktə


Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023