Kavaklıdere (şərabçılıq) Haqqinda Melumat - Vikipedia

Kavaklıdere (şərabçılıq) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kavaklıdere (şərabçılıq)

Kavaklıdere (şərabçılıq) — 1929-cu ildə Ankarada qurulan şərab zavodu və burada istehsal edilən şərab markası. Cenap And tərəfindən qurulan şirkət, adını Çankayanın Kavaklıdere rayonundan və oradan keçən, eyni adlı dərədən götürüb. Əvvəllər Kavaklıdereyə məxsus olan ərazidə inşa edilən Ankara Şeraton Otelinin binası Kavaklıdere Şərabları şüşəsindən ilhamlanıb. Kavaklıdere Şərabları həm də Türkiyədə özəl sektor tərəfindən istehsal edilən ilk şərabdır.[1].

Kavaklıdere
İstehsalçı Kavaklıdere Wines Co., Ltd.
Mənşəsi Türkiyə
Yaradıldığı il 1929
www.kavaklidere.com


Üzüm bağları və istehsal müəssisələri redaktə

Kavaklıdere Şərabları İç Anadolu, Egey və Şərqi Anadoluda üzüm bağlarından yığılan üzümlərdən istehsal olunur. İç Anadoluda üzüm bağları Ankaranın Akyurt və Kalecik rayonlarında, Nevşehirin Gülşehir mahalında və Kırşehirin Toklümen qəsəbəsində yerləşir. Ege üzüm bağları Manisa Kemaliyedəki Pendore üzüm bağlarından və Dənizlidəki Güney üzüm bağlarından ibarətdir. Şərqi Anadoluda üzüm Elazığın Aydıncık rayonunda istehsal olunur. Şirkətin ümumilikdə 645 hektar üzüm bağı var.[2]

İstinadlar redaktə

  1. "Kavaklıdere". 2023-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.
  2. "Kavaklıdere tarixi". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.

Saytda 220 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024