Kavdadıq Haqqinda Melumat - Vikipedia

Kavdadıq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

KavdadıqAzərbaycan Respublikasının Qubadlı rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Ulaşlı kənd Sovetindən Kavdadıq kəndi Qaralar kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Kavdadıq
39°14′14″ şm. e. 46°42′35″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Kavdadıq xəritədə
Kavdadıq
Kavdadıq

Toponimikası redaktə

Yerli əhali kəndin adını kovxalıq (kəndxudaya məxsus) kimi izah edir. Oykonimin ilkin variantının Kavdoabdıq olduğunu iddia edən tədqiqatçılara görə, kav (farsca "dağ keçidi, aşırım"), doab (iki çay) və -dıq (Azərbaycan dilindəki məkan bildirən -lıq şək.-sinin variantı) komponentlərindən ibarət olan bu söz "dağ keçidində iki çayın birləşdiyi yer" mənasındadır. Başqa mülahizəyə görə,Kaf dağlı-Anadolu.Kavdadıqda Curumlu və yaxud Cürümlü tayfasının tarixi Anadoluda Bizansla savaşda olub. Curum-Çorum şəhəri o tayfanın adı ilə bağlıdır.Bir başqa variant,dilimizdə "Kav"sözü var.Bir işin doğrusuna kavdı və yaxud kav deyil demək var.Kavdadıq,yəni doğruladıq(Məkanı,yurdu) [3]

Coğrafiyası və iqlimi redaktə

Kəndi Bərgüşad (Bazarçay) çayı ilə Həkəri çayının birləşdiyi yerdə, Yazı düzündə yerləşir.

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
  2. "Bu kəndlər də işğaldan azad edildi!". qafqazinfo.az (az.). 30 oktyabr 2020. 2020-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  3. Kavdadıq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Mənbə redaktə

  • Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 455.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024