Kim Kardaşyan Haqqinda Melumat - Vikipedia

Kim Kardaşyan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kim Kardaşyan

Amerikalı şou biznes ulduzu

Kimberli Noel Kardaşyan Vest (ing. Kimberly Noel Kardashian West; 21 oktyabr 1980[1][2][…], Los-Anceles, Kaliforniya[5]) — amerikalı şou-biznes ulduzu.

Kim Kardaşyan
ing. Kim Kardashian
Doğum adı Kimberli Noel Kardaşyan
Doğum tarixi 21 oktyabr 1980(1980-10-21)[1][2][…] (43 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Partnyorları
Anası Kris Cenner
Fəaliyyəti dəb dizayneri, sosial fiqur[d], model[d], bloger[d], sahibkar, aktrisa, televiziya prodüseri[d], səsləndirmə aktrisası[d], məşhur şəxs, erotik model[d]
Fəaliyyət illəri 2007-ci ildən
Təhsili
  • Merimaunt Ali Məktəbi[d] (–1998)
Boyu 159 sm
Çəkisi 52 kq
IMDb ID2578007
{{{imzanın izahı}}}
skknbykim.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ata tərəfindən erməni, ana tərəfindən hollandşotland əsillidir. Daha çox sosial həyatı ilə, original versiyası E! televiziya kanalında göstərilən Keeping Up with the KardashiansKourtney and Kim Take New York adlı realiti şouları ilə tanınır. Bunlardan başqa istehsalçılıq, mankenlik, stilistlik, SKIMS adlı qadın geyim brendinin sahibi və iş qadını olaraq fəaliyyət göstərir.

Kardaşyan indiyə qədər müxtəlif ətirlər istehsal etmişdir, olduqca məşhur jurnallarda poza verib jurnal baş səhifələrində yer almışdır, qonaq aktrisa və ya münsif olaraq çox sayda televiziya istehsallarında yer almışdır[7], Amerika ABC kanalında yayımlanan Dancing With the Stars[8] (Ulduzlarla Rəqs) adlı televiziya proqramında yarışmışdır. America's Next Top Model (Amerikanın Sonrakı/Yeni Top Modeli — Amerika Top Modelini Axtarır) adlı proqramda qonaq münsif olmuşdur. Karmen Elektra ilə birlikdə Qəribə FilmVadinin Mələkləri adlı kinoteatr filmlərində, How I Met Your Mother, Beyond the Break, CSI: NY[9] kimi seriallarda rol almışdır. 2010-cu ildə isə kiçik bacıları KourtniKloe ilə Kardashian Konfidential adında avtobioqrafik kitab nəşr etdirmişdir. Bunlardan başqa kiçik bacıları ilə birlikdə D-A-S-H adlı geyim butiki işlədir.[10]

2007-ci ildə Playboy jurnalı üçün çılpaq şəkillər çəkdirmişdir. Kardaşyan 2 may 2008 tarixində "Workout with Kim Kardashian" adlı idman DVD-si çıxartmışdır, daha sonra şəxsi bloqunu açmış və ayaqqabı satışı servisini başlatmışdır. Özünə aid kkw adlı makiyaj markası və skims adlı korset markası var. 2020-ci ilin iyun ayında Kim Kardaşyan, KKW Beauty adlı kosmetika şirkətindəki 20%-lik hissəsini Coty şirkətinə satdı. 200 milyon dollarlıq satışla Kardaşyanın markasının dəyəri 1 milyard oldu.[11]

Həyatı redaktə

Tanınmış ailədən gələn Kardaşyan, Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərində, hüquqşunas və O. C. Simpsonun vəkili olaraq məşhurlaşan, 2003 sentyabr tarixində vəfat edən Robert Kardaşyan ilə Kris Cenner (d. Houqton)-in qızı olaraq dünyaya gəlmişdir. Atası yarı osmanlı yarı rus əsilli üçüncü nəsil amerikalı ermənidir. Anası isə holland və şotland əsilli amerikalıdır.[12] Ata tərəfindən babasının atası Los-Ancelesə indiki Türkiyənin Qars şəhərindəki bir kənddən köçmüşdür. Kardaşyan bir çox repertuarında: "Mən böyük erməni təsiri ilə böyüdüm. Həmişə erməni hekayələri eşidərək, erməni milli yeməklərini yeyib bayramlarını qeyd edərək böyüdüm." demişdir.[13]

Ümumilikdə doqquz bacı və qardaşı olan Kardaşyanın iki doğma bacısı və bir doğma qardaşı var; Kourti, Kloe və qardaşı Robert. Anasının daha sonra evləndiyi Brüs Cennerin əvvəlki evliliyindən olmaq üzrə üç ögey qardaşı və bir ögey bacısı var; Burton Cenner, Brandon Cenner, televiziya ulduzu Brodi Cenner və Kasi Cenner. Bundan əlavə anasının 1989-cu ildə Robertdən boşanıb 1991-ci ildə evləndiyi keçmiş olimpiyada atleti Brüs Cennerdən olmaq üzrə iki yarı doğma, məşhur bacıları vardır; Kendal CennerKayli Cenner.[14]

Marymount tam orta məktəbindən məzun olan Kardaşyan, məktəbdə oxuduğu müddət ərzində, atasına aid olan musiqi marketinq şirkətində işləmişdir.[15]

"Ulduzlarla rəqs" yarışı karyerası redaktə

Həftə Rəqs/mahnı Münsif Xalları Nəticə
Inaba Goodman Tonioli
1 Foxtrot/"The Pink Panther Theme" 6 7 6 Mərhələ keçimində sona qaldı
1 Mambo/"Baby Got Back" 6 6 6 Qoruma altına alındı
2 Rumba/"You Give Me Something" 6 6 5 Qazanmadı

Aktivist kariyerası redaktə

 
Kim Kardaşyan 22 oktyabr 2010-cu ildə Kaliforniya ştatının Flendeyl şəhərində öz istehsalı olan ətirinin təqdimatında.

Kardaşyan ABŞ-də həbsxana islahatı üzrə işlər görür. Məhkum Kris Younq və ilk narkotik cəzası ilə ömürlük həbs edilən Alis Mari Conson üçün aktivizm etmişdir. 2018 iyun ayında prezident Donald Tramp tərəfindən əfv edilmələrini təmin etmişdir.[16][17][18] ABŞ həbsxana sistemində böyük miqyaslı dəyişikliklər öngörən İlk Adam Qanunu (First Step Act) üçün də kampaniya hazırlamış və prezident Donald Trampı inandırmaqda mühüm təsir etmişdir. Qanun daha sonra ABŞ Senatında səs çoxluğu ilə qəbul edilmişdir.[19][20] 2019 aprel ayında Vogue-də çıxan bir xəbərə görə Kardaşyan, baro imtahanını keçmək üçün işləyir.[21]

Şəxsi həyatı redaktə

Münasibətləri redaktə

2000-ci ildə istehsalçı Demon Tomasla evlənib 2004-cü ildə boşandı. Daha sonra R&B sənətçisi Rey C ilə görüşməyə başladı. Rey C ilə birlikdə olan seks videosu ortaya çıxdı. Kim Kardaşyan əvvəlcə bunu inkar etsədə daha sonra Vivid Entertainment ilə razılaşıb videonun müəllif hüquqlarını 5 milyon dollara satdı. 2007-ci ildə Rey C-dən ayrılan Kardaşyan, amerikalı futbolçu Reccie Buş ilə görüşməyə başladı, amma qısa müddət sonra ayrıldılar. 2010 oktyabr ayında isə Mişel Kapon ilə qısa davam edən münasibətə başladı.

 
Kardaşyan, 2009-cu ildə Tribeka Film Festivalında Ecazkar Dünya filminin qala gecəsində.
 
Kim Kardaşyan, Yeddinci Ənənəvi Hollywood Life Jurnalı Mükafatları-ında

2011 may ayında Kris Hamfris ilə nişanlanan Kardaşyanın 20,5 karatlıq nişan üzüyü çox danışıldı. 20 avqust 2011-ci ildə Kris Hamfris ilə evlənən Kardaşyanın toyu Kaliforniya ştatı ilə əlaqəli olan Santa Barbara yaxınlığındakı Montesito qəsəbəsində yerləşən malikanədə baş tutdu. Kino və mahnı dünyasından bir çox məşhurun gəldiyi ümumi 440 nəfər olan toyda Kardaşyan Vera Vangın imzası olan fil dişi rəngində, qabarıq ətəkli, krujeva gəlinlik geyindi. Toy mərasiminin 30 milyon dollar olan bütün xərcləri reklam sponsorları tərəfindən ödənildi. Kardaşyan toy üçün bir qəpik belə xərcləmədi. Toy şəkilləri üçün People jurnalı ilə imzaladığı müqaviləyə görə 17.9 milyon dollar qazanc əldə etdi.

2012 aprel ayından bəri Kanye Vest ilə bərabər olan Kardaşyan 15 iyun 2013-cü ildə Cedars-Sinai Medical Xəstəxanasında qızları Nors Vesti dünyaya gətirmişdir. 21 oktyabr 2013-cü ildə Kardaşyanın 33-cü ad günündə nişanlanan cütlük,[22] 24 may 2014-cü ildə İtaliyanın Florensiya şəhərində evlənmişdir.[23] Oğulları Saint Vest, 5 dekabr 2015-ci ildə anadan olmuşdur. İkinci hamiləliyindən sonra həkimlər Kardaşyana yenidən hamilə olmamasını məsləhət görmüşdülər. Buna görə, cütlüyün üçüncü uşağı Çikaqo (15 yanvar 2018-də andan olub)[24] və dördüncü uşağı Psalm (9 may 2019-cu ildə andan olub)[25] daşıyıcı ana vasitəsiylə dünyaya gəlmişdir.

Dini redaktə

Kim Kardaşyan xristiandır və özünü "həqiqi dindar" olaraq adlandırır.[26] Xristian məktəbdə həm protestant həm də katolik kilsəsi ənənələri öyrəndi.[26]

Sağlamlığı redaktə

 
Kardaşyan Avstraliyada (2012)

Kardaşyana ikinci hamiləliyindən sonra həkimlər tərəfindən bundan sonra hamilə olmamağı tövsiyə edilmişdir. Beləcə üçüncü və dördüncü uşağı daşıyıcı ana vasitəsilə dünyaya gəlmişdir.

Kardaşyanın 2020 may ayında COVID-19 testinin pozitiv olduğu xəbəri yayıldı. Kardaşyan bu xəbəri təsdiqlədi.[27] Amma şəxsi adada şənlik keçirdikdən sonra xəstəliyə yoluxduğu xəbərlərin yalan olduğu dedi.[28]

Sərvəti redaktə

2014 may ayında Kardaşyanın sərvətinin 45 milyon ABŞ dolları olduğu təxmin edilirdi. 2014-cü ildə Forbes jurnalı sərvətinin 53 milyon dollar olduğunu açıqladı.

2018 iyul ayı etibarıyla Kardaşyanın sərvəti 350 milyon ABŞ dolları idi. Həyat yoldaşı Kanye Uestin 1,3 milyard dollarlıq sərvətindən ona düşən payla birlikdə 510 milyard dollar oldu.

Forbes 6 aprel 2021-ci ildə Kardaşyanın sərvətinin 1 milyard ABŞ dolları olduğunu təxmin etdi.[29]

Diskoqrafiya redaktə

Mahnılar redaktə

İl Mahnı
2012 "Jam (Turn It Up)"

Mahnı klipləri redaktə

İl Ad Rejissor
2011 "Jam (Turn It Up)" Hip Villiyams

Filmoqrafiya redaktə

Mükafatlar və namizədliklər redaktə

Gənclərin seçimi mükafatı

İl Kateqoriya İş/Namizəd Nəticə İst.
2008 Qadın televiziya realiti/varieti ulduzu Kardaşyanlarla ayaqlaşmaq Namizəd [30]
2009 Qadın televiziya realiti/varieti ulduzu Namizəd [31]
2010 Qadın realiti/varieti ulduzu Qazandı [32]
Qadın hotti Kim Kardaşyan Namizəd [32]
Tvit Namizəd [32]
2011 Qadın televiziya realiti/varieti ulduzu Kardaşyanlarla ayaqlaşmaq Qazandı [33]
Qadın hotti Kim Kardaşyan Namizəd [34]
2012 Qadın televiziya realiti/varieti ulduzu Kardaşyanlarla ayaqlaşmaq Qazandı [35]
2013 Qadın televiziya realiti/varieti ulduzu Qazandı [36]
2016 Teleşou: Realiti Kardaşyanlarla ayaqlaşmaq Qazandı [37]
2016 Selfi Kim Kardaşyan Namizəd [37]
2016 Instagram istifadəçisi Kim Kardaşyan Namizəd [37]
2016 Sosial media kraliçası Kim Kardaşyan Namizəd [37]

Digər mükafatlar

İl Mükafat Kateqoriya İş/Namizəd Nəticə İst.
2008 Qızıl Rasperri mükafatı Pis köməkçi aktrisa Disaster Movie Namizəd [38]
2014 Temptation: Confessions of a Marriage Counselor Qazandı [39]
2011 Xalqın seçimi mükafatı Sevimli televiziya realiti ulduzu Kim Kardaşyan Qazandı [40]
2017 Sevimli sosial media ulduzu Kim Kardaşyan Namizəd [41]
2011 Qlamour mükafatı İlin sahibkarı Kim Kardaşyan Qazandı [42]
2018 Dünya İqtisadi Forumu İlin Beynəlxalq Statistikası Kim Kardaşyan Qazandı [42]
2018 CFDA İnflunser mükafatı Kim Kardaşyan Qazandı [43]

Maraqlı faktlar redaktə

Kardaşyan Türkiyəni erməni soyqırımını tanımağa dəvət etmişdir.[44]

2010-cu ilin 24 aprelində, qondarma erməni soyqırımının il dönümündə Kim Kardaşyan Las-Veqasda bacısı ilə birgə şənlik təşkil etmişdir ki, bu da Ermənistanda və erməni diasporunda bir çox adamın narazılığına səbəb olmuşdur[45][46].

İstinadlar redaktə

  1. 1,0 1,1 Tikkanen A. Kim Kardashian // Encyclopædia Britannica (ing.).
  2. 2,0 2,1 Kim Kardashian // GeneaStar.
  3. 3,00 3,01 3,02 3,03 3,04 3,05 3,06 3,07 3,08 3,09 https://www.capitalfm.com/news/celebrity/kardashian/kim-kardashian-boyfriend-husband-ray-j-kanye-west/.
  4. 4,0 4,1 https://cnnespanol.cnn.com/2022/08/05/kim-kardashian-y-pete-davidson-terminan-su-relacion-trax/.
  5. 5,0 5,1 AV Production (erm.). 2010.
  6. 6,0 6,1 http://www.telegraph.co.uk/news/celebritynews/9300696/More-woe-for-Heathrow-as-Kim-Kardashian-claims-BA-stole-her-sunglasses.html.
  7. "Arxivlənmiş surət". 2011-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  8. "Arxivlənmiş surət". 2011-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  9. "Lauren Conrad and Kim Kardashian to Guest Judge Top Model - Today's News: Our Take | TVGuide.com". web.archive.org. 30 dek 2014. Archived from the original on 2014-12-30. İstifadə tarixi: 2022-01-26.
  10. "usanewsweek.com - This website is for sale! - usanewsweek Resources and Information". www.usanewsweek.com. 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  11. "Kim Kardashian kardeşi Kylie Jenner'ı alt etti ve milyarderler kulübüne girdi". www.sozcu.com.tr. 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  12. "Arxivlənmiş surət". 2011-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  13. "Arxivlənmiş surət". 2012-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  14. "CAUGHT ON TAPE - New York Post". web.archive.org. 30 apr 2008. Archived from the original on 30 April 2008. İstifadə tarixi: 26 January 2022.
  15. "Movies". 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24 – NYTimes.com vasitəsilə.
  16. "What to Know About Prison Reform Advocate Alice Marie Johnson". www.yahoo.com. 2020-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  17. "Alice Johnson embracing newfound freedom after two decades behind bars". www.cbsnews.com. 2020-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  18. "The Tennessean (Nashville, TN) 2". 23 mar 1997. 22. 5 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2022 – newspapers.com vasitəsilə.
  19. Rogers, Jeremy Diamond,Alex. "How Jared Kushner, Kim Kardashian West and Congress drove the criminal justice overhaul | CNN Politics". CNN. 19 dek 2018. 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  20. "The Inside Story of How Prison Reform Got Done". Time. 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
  21. Nast, Condé. "The Awakening of Kim Kardashian West". Vogue. 10 apr 2019. 24 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2022.
  22. News, A. B. C. "Kim Kardashian and Kanye West Engaged". ABC News. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
  23. May 24, Michele Corriston; Pm, 2014 01:05. "Kim Kardashian & Kanye West Married, Celebrate Wedding in Florence". PEOPLE.com. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
  24. "Kim Kardashian and Kanye West Welcome Baby No. 3 via Surrogate". E! Online. 16 yan 2018. 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
  25. May 10, Jen Juneau; Pm, 2019 12:10. "'He's Here!' Kim Kardashian and Kanye West Welcome Son: 'He's Perfect'". PEOPLE.com. 2020-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  26. 26,0 26,1 "The Religious Ritual Kim Kardashian Practices Every Morning". InStyle. 2021-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
  27. Woodward, Ellie. "Kim Kardashian Tested Positive For COVID Days After Returning From That Private Island Birthday Trip". BuzzFeed News. 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.
  28. Lindsay, Duncan. "Kim Kardashian denies that she caught Covid-19 during island party". 29 may 2021. 13 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 February 2022.
  29. Berg, Madeline. "Kim Kardashian West Is Officially A Billionaire". Forbes. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
  30. "Teen Choice Awards Nominations 2008". LA Times. September 12, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 1, 2013.
  31. "Announcing the Winners of the 2009 Teen Choice Awards!". Buzz Sugar. October 12, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 9, 2009.
  32. 32,0 32,1 32,2 "2010 Teen Choice Awards Winners List 'Twilight Saga,' Justin Bieber and Miley Cyrus are the night's big winners". MTV News. Viacom Media Networks. August 9, 2010. October 25, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2015.
  33. "Selena Gomez, Justin Bieber win Teen Choice Awards". Gulf News. Associated Press. August 8, 2011. April 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 30, 2021.
  34. Girl, Cosmo. "2011 Teen Choice Awards Nominees". Seventeen. July 1, 2011. March 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 30, 2021.
  35. "Teen Choice Awards 2012: Complete Winners List Justin Bieber, Taylor Swift and 'Hunger Games' clean up Sunday night". MTV News. Viacom Media Networks. November 5, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2012.
  36. "Teen Choice Awards 2013: Full list of winners". Daily News. New York. August 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 12, 2013.
  37. 37,0 37,1 37,2 37,3 Crist, Allison; Nordyke, Kimberly. "Teen Choice Awards: Winners List". Hollywood Reporter. July 31, 2016. September 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 30, 2021.
  38. "Box Office Hits, Remakes and Sequels Dominate This Year's RAZZIE® Nominations". Razzie. January 20, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 31, 2013.
  39. Sitzer, Carly. "Kim Kardashian Nominated For 'Worst Actress' Razzie Award… Check Out 5 Other Questionable Honors She's Received". In Touch Weekly. Bauer Media Group. January 3, 2014. January 16, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 15, 2014.
  40. "People's Choice Awards 2012 Winners List Katy Perry, 'Harry Potter' and Emma Stone nab multiple awards". MTV News. Viacom Media Networks. December 7, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 12, 2012.
  41. "People's Choice Awards 2017: See the Full List of Winners". Billboard. June 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 16, 2019.
  42. 42,0 42,1 Glamour. "Kim Kardashian accepts her GLAMOUR Award". Glamour UK. June 20, 2011. March 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 19, 2019.
  43. "CFDA". cfda.com. August 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 19, 2019.
  44. "Arxivlənmiş surət". 2011-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  45. "24 апреля & Ким Кардашьян". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-13.
  46. "24 апреля Ким Кардашьян отпразднует бурной вечеринкой".[ölü keçid]

Xarici keçidlər redaktə


Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023