Kindertransport əməliyyatı Haqqinda Melumat - Vikipedia

Kindertransport əməliyyatı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kindertransport əməliyyatı

"Kindertransport əməliyyatı" (alm. Kindertransport "uşaq nəqliyyatı"‎) — İkinci dünya müharibəsinin başlanmasından 9 ay əvvəl həyata keçirilən xilasetmə əməliyyatı.

İkinci dünya müharibəsi dövründə minlərlə yəhudi uşaqları qəbul edən Britaniya cəmiyyətinin şərəfinə xatirə lövhəsi, Liverpul-strit stansiyası, London

Əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, PolşadanSərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Əməliyyatı "Kristal gecə" hadisəsindən dərhal sonra planlaşdırmağa başladılar və yalnız Almaniyanın Polşaya müdaxilə etdiyi gündə başa çatdırdılar.[1] 200 uşaqdan ibarət ilk dəstə "Kristal gecə"dən üç həftə sonra artıq İngiltərənin Harviç limanına çatmışdı.[1] Ümumilikdə Böyük Britaniya təxminən 10.000 yəhudi qaçqın uşağı qəbul etdi.[1][2] Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Həmin uşaqların böyük əksəriyyəti müharibənin şahidi olmuş, bir hissəsi isə Holokostda məhv edilmiş ailələrin həyatda qalan yeganə üzvləri idilər.[3]

"Ümumdünya yəhudi yardım təşkilatı" (o zaman bu təşkilat "alman yəhudilərinin mərkəzi Britaniya fondu" adlanırdı) 1933-cü ildə yaradılmış və "Kindertransport" proqramının həyata keçirilməsində mühüm rol oynamışdır. Əməliyyat nəticəsində xilas edilərək Böyük Britaniyada yerləşdirilən uşaqların hər biri haqqında bütün məlumatlar təşkilatın arxivində saxlanılır. Bu sənədlərin surətləri, yalnız inzibati xərcləri ört-basdır edən kiçik ödəmə müqabilində qaçqın ailələrinin üzvlərinə verilə bilər.

Müharibə illərində bir çox Kindertransport uşaqları Böyük Britaniya silahlı qüvvələrində xidmət edir, tibb bacısı işləyir, qida istehsalında iştirak edir və müharibə ilə bağlı digər sənaye sahələrində fəaliyyət göstərirdilər. Müharibə başa çatanda uşaqların bir neçə mini Böyük Britaniyada qaldı. Onlar yetkin şəxslər kimi Britaniyaya xidmət, sənaye, ticarət, təhsil, müdafiə, rifah, elm və incəsənət sahələrində dəyərli töhfələr vermişdilər. Əməliyyat zamanı xilas edilən uşaqlar arasında, gələcək nobel mükafatı laureatları olub: fizik və astronom Arno Penzias, nəzəriyyəçi-fizik Valter Kon.[2]

"Kindertransport" əməliyyatı mövzusunda müxtəlif bədiisənədli filmlər çəkilmişdir. 2000-ci il istehsalı olan "Yad əllərdə: Kindertransport hekayələri" (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) sənədli filmi "Ən yaxşı sənədli film" nominasiyasında Oskar mükafatı qazanmışdır.[4]

Siyasət redaktə

 
Yəhudi qaçqın uşaqların London limanına gəlməsi, fevral 1939-cu il.

10 noyabr 1938-ci il tarixində AlmaniyaAvstriyada həyata keçirilən "Kristal gecə", "Sındırılmış vitrinlər gecəsi" hadisələrindən təxminən beş gün sonra Britaniya yəhudi liderlərindən ibarət nümayəndə heyəti şəxsən Britaniyanın baş naziri Nevill Çemberlenə müraciət edərək, Britaniya hakimiyyətindən valideynlərini itirmiş yəhudi uşaqlarının ölkədə müvəqqəti yerləşdirilməsinə icazə verilməsini xahiş etdilər.[2][5]

Növbəti gün isə Britaniya Nazirlər Kabineti bu məsələni müzakirə etdi və ardınca ölkə Parlamentinə təqdim etmək üçün qanun layihəsi hazırlandı. Qanun layihəsində qeyd edilmişdi ki, hökumət azyaşlılardan 17 yaşa qədər kimsəsiz uşaqların Böyük Britaniyaya girişini mümkün etmək məqsədilə bəzi mühacirət tələblərindən imtina edəcək.[6]

Ancaq qaçqınların sayı ilə bağlı hər hansı bir açıqlama heç zaman ictimaiyyətə açıqlanmamışdır. Əvvəlcə ölkəyə 5000 uşağın gətirilməsi planlaşdırılırdı. Lakin Müstəmləkələrlə İş Üzrə Nazirlik 10.000 qaçqının Britaniya hakimiyyəti altında olan Fələstin ərazisində yerləşdirilməsi ilə bağlı xahişini rədd etdikdən sonra məsələyə məcburən yenidən baxıldı və Britaniyada yerləşdirilməsi planlaşdırılan gənc qaçqınların sayı 15.000-ə çatdırıldı.[6]

Qaçqınlar məsələsi haqqında müzakirələr ərəfəsində 1938-ci il 21 noyabr tarixində Böyük Britaniya İcmalar palatasında daxili işlər naziri Samuel Hor qaçqınların adından fəaliyyət göstərən müxtəlif yəhudi və qeyri-yəhudi cəmiyyətlərini təmsil edən çoxsaylı nümayəndələrlə görüşdü. Adı çəkilən cəmiyyətlər "Almaniyadan olan uşaqların rifahı naminə hərəkat" adı altında dinlərarası təşkilatda birləşdilər. Ölkənin daxili işlər naziri sürətləndirilmiş mühacirət prosesinin həyata keçirilməsi ilə razılaşdı: yol sənədləri ayrı-ayrı xahiş əsasında deyil, qrupun siyahısına əsasən seçilməli idi. Təşkilat öz növbəsində istisnasız bütün uşaqlara sığınacaq söz verirdi. Təşkilat həmçinin, "Kindertransport" əməliyyatının tam şəkildə maliyyələşdirilməsinə hazırlıq işlərinin başlandığını elan etmiş və vəd etmişdir ki, heç bir qaçqın Britaniya hökuməti üçün maliyyə yükü olmayacaq. Götürülmüş hər bir uşaq təkrar mühacirət imkanı üçün 50 funt dəyərində maddi təminat əhəmiyyəti kəsb edirdi: uşaqlar ölkə ərazisində yalnız müvəqqəti müddətə yerləşdirilməli idi.[7]

Təşkili və idarə edilməsi redaktə

 
"Kindertransport" qaçqınları üçün müvəqqəti sənədlər. 1 yanvar 1939-cu il.[2]

Çox qısa bir müddət ərzində daha sonralar "Qaçqın uşaqlar hərəkatı" adlanan "Almaniyadan olan uşaqların rifahı naminə hərəkat" "Ümumdünya yəhudi yardım fondu" ilə əməkdaşlığı çərçivəsində öz nümayəndələrini uşaqların seçilməsi və daşınması üçün AlmaniyayaAvstriyaya göndərdi.

25 noyabrda Britaniya vətəndaşları BBC radiosunda Herbert Samueldən yəhudi uşaqlarının himayəyə götürülməsi ilə bağlı çağırış eşitdilər.[2] Tezliklə mövzu ilə bağlı 500-ə yaxın yeni təklif gəldi,[2] "Ümumdünya yəhudi fondu" könüllüləri isə yəhudi uşaqlarını qəbul edəcək evləri yoxlamağa və yaşayış şəraiti haqqında hesabat tərtib etməyə başladılar. Yəhudi uşaqların yəhudi evlərində yerləşdirilməsi ayrıca qeyd edilməmişdi. Könüllülər, həmçinin, himayədar valideynlərin xarakterlərini elə də çox diqqətlə tədqiq etmirdilər. Tələblər yalnız bunlar idi: ev təmiz, ailə isə hörmətli görünməli idi.[8]

Almaniyada daha böyük təhlükə altında olan uşaqların siyahısını tərtib etməklə məşğul olan, gecə-gündüz işləyən könüllülər şəbəkəsi yarandı. Bu siyahıya konsentrasiya düşərgəsində olmuş və ya həbs təhlükəsi altında olan yeniyetmələr, deportasiya təhlükəsi olan polşalı yeniyetmələr və uşaqlar, yəhudi uşaq evlərindəki uşaqlar, valideynləri yoxsulluq həddindən aşağı səviyyədə yaşayan uşaqlar və valideynlərindən biri konsentrasiya düşərgəsində olan uşaqlar daxil edilmişdi. Gənc potensial qaçqınlar aşkar olunduqdan və siyahılar üzrə qruplaşdırıldıqdan sonra, qəyyumlara və himayədar ailələrə uşaqların yola çıxma vaxtı haqqında məlumat verildi. Uşaqlara yalnız içində dəyərli bir əşya olmayan kiçik bir çamadan və 10 mark pul götürməyə icazə verilirdi. Bəzi uşaqların sinələrində yazılan nömrə və kürəklərində yazılan addan başqa heç bir şeyləri yox idi,[9] digər uşaqlar üzərində foto və yazı olan nömrə nişanlı şəxsiyyət vəsiqəsi ilə göndərilib.[10]

"  Bu şəxsiyyəti təsdiq edən sənəd Birləmiş Krallıqdakı əlahəzrət hökumətinin razılığı ilə gənclərə, Birləşmiş Krallığa daxil olaraq Beynəlmiləl komitənin himayəsi altında tərbiyə almaq məqsədilə verilir. / Bu sənəd viza tələb etmir. / Şəxsi məlumatlar. / (Ad; Cins; Doğum tarixi; Yaşayış yeri; Tam adı və Valideynlərinin ünvanı). " 

200 uşaqdan ibarət ilk dəstə "Kristal gecə" hadisəsindən 3 həftə sonra, dekabrın 2-də İngiltərənin Harviç limanına çatdı. Növbəti 9 ay ərzində İngiltərə heç bir müşayiətçi olmadan əksəriyyəti yəhudilərdən ibarət olan 10.000 uşaq qəbul etdi.[11][12] Əvvəlcə AlmaniyaAvstriyadan olan uşaqlar ölkəyə gətirildi. 1939-cu ilin mart ayında alman ordusunun Çexoslovakiyaya daxil olmasından sonra təcili şəkildə Praqadan da yəhudi uşaqlarının köçürülməsinə başlandı. Fevral və avqust aylarında Polşadan qatarlar yola düşdü. Avropanın nasistlər tərəfindən mühasirəyə alınmış ərazilərindən köçürülmələr 1 sentyabr 1939-cu ilədək davam etmişdir. Müharibə başa çatdıqdan sonra bir neçə min uşaq-qaçqın İngiltərədə qaldı. Onlar İngiltərə ordusu, sənayesi, ticarəti, təhsili, elm və incəsənətinə böyük töhfələr verdilər. Məhz həmin gənclərdən dörd nəfər Nobel mükafatı laureatı olmuşdur.[13]

Son köçürmə redaktə

Qitədən ən son köçürmə (74 uşaq iştirak edirdi) 14 may 1940-cı ildə Hollandiyanın Eymyoyden şəhərindən səfərə çıxan Bodegraven sərnişin-yük gəmisi vasitəsilə həyata keçirildi. Bu köçürmənin təşkilatçısı 1938-ci ildə Vyana şəhərindən baş tutmuş ilk köçürmənin təşkilatçısı holland Gertruda Vismüller-Meyer idi. O, bu uşaqlara qatıla bilərdi, lakin arxada qalmağı seçdi.[14] Bu, xilasetmə əməliyyatı idi, çünki Hollandiyanın işğalı qaçılmaz idi. Növbəti gün Almaniya Hollandiyanı işğal etdi. Bu gəmi ölkəni sərbəst şəkildə tərk edən ən sonuncu gəmi oldu.

Hollandiya 10 may 1940-cı ildən almanların 750.000 nəfərdən ibarət qüvvələrinin hücumu altında olduğundan və bombalandığından uşaqların köçürülməsi haqqında valideynləri ilə məsləhətləşmək üçün vaxt olmadı. Uşaqların təxliyəsi zamanı valideynlər uşaqlarının evakuasiyası haqqında heç nə bilmirdilər. Hətta naməlum mənbələrə görə bir neçə valideyn əvvəlcə bu məsələ ilə bağlı narazı idi və Viysmuller Meyerə bunu etməyə gərək olmadığını demişdilər. 15 maydan sonra Hollandiyanı özbaşına tərk etmək mümkün deyildi, çünki nasistlər ölkənin sərhədlərini bağlamışdılar.

Daşımaların həyata keçirilməsi və proqramın qurtarması redaktə

 
"Uşaq naminə" memorialı, Liverpul-strit stansiyası, London.

Nasistlərin qərarına əsasən, köçürülmələr Almaniya limanlarını bağlamamalı idi, buna görə də, əksər qruplar Niderlanda, oradan da dəniz yolu ilə İngiltərə limanlarına göndərildilər. Bərələr əsasən Rotterdam yaxınlığında yerləşən Huk-van-holland şəhərindən yola çıxırdılar.[15] İngiltərə limanlarından uşaqlar qatarla Liverpul-strit stansiyasına göndərildilər və burada onları himayədar ailələr qarşıladılar. Daha əvvəlcədən himayədar ailələri seçilməyən bir neçə uşaq isə müvəqqəti olaraq yay istirahət düşərgələrində yerləşdirildilər. Bununla yanaşı, ən azı bir dəfə Almaniyadan birbaşa daşıma nümunəsi məlumdur: 13 iyun 1939-cu ildə "Avropa" gəmisi Almaniyanın Bremen şəhərindən Sauthemptona gəlib.[14][16]

İlk "Kindertransport" 1938-ci il 1 dekabr tarixində Berlini tərk etdi və 2 dekabrda 196 uşaqla Harviçə çatdı. Onların əksəriyyəti yəhudi əsilli və 9 noyabr gecəsi alman nasistləri tərəfindən yandırılmış Berlin uşaq evinin sakinləri idilər. Digərləri isə Hamburqdan idilər.[14][17]

Vyanadan ilk qatar Adolf Eyxmanla aparılan danışıqlardan sonra 10 dekabr 1938-ci ildə 600 uşaqla birlikdə yola düşdü. 500 uşaqdan ibarət olan əsas qrup Harviçə yola salındı və şəhərin yaxınlığındakı Doverkaurt buxtasında istirahət düşərgəsində yerləşdirildi, 100 nəfərdən ibarət digər bir dəstə isə müvəqqəti olaraq Niderlandda qaldı.[18][19]

Kvakerlərin bir çox nümayəndələri istisnasız olaraq bütün uşaqların himayədar ailə ilə təmin olunmasına əmin olmaq üçün özləri də qruplarla birlikdə Almaniyadan Niderlanda gedirdilər, yaxud onları Liverpul-strit stansiyasında qarşılayırdılar.[20][21][22][23] 1939 və 1941-ci illər aralığında qalmaları üçün himayədar ailə tapılmayan 160 gənc qaçqın, Şərqi Lotianda (Şotlandiya) yerləşən Uittingem məktəbinə göndərilib. Məktəb Böyük Britaniyanın mərhum baş naziri və Balfur Bəyannaməsinin müəllifi olan Artur Balfurun ailə malikanəsi ərazisində yerləşirdi.[24]

1939-cu ilin avqust ayında "Ümumdünya yəhudi yardım fondu" maddi çətinliklə üzləşdi və son qrup 1 sentyabrda hələ də Almaniyada idi. Növbəti gün Almaniya Polşaya daxil oldu, iki gündən sonra Böyük Britaniya, Fransa və digər ölkələr Almaniyaya müharibə elan etdilər. Uşaqlardan ibarət qrup 3 sentyabr 1939-cu il tarixində Praqanı tərk etdi, lakin ölkədən çıxmaq mümkün olmadı və onlar geri qaytarıldı.[25] Çünki qəfil müharibənin başlanması səbəbindən Niderland ilə olan sərhəd bir müddət bağlı olub.

Sonuncu məşhur, amma artıq qeyri-müntəzəm "SS Bodegraven" bərəsi göyərtəsində 80 uşaqla alman aviasiyasının pulemyot atəşi altında 14 may 1940-cı ildə Niderlandın Eymeyden limanını tərk edib. Bu gün həm də Niderland ordusunun təslim günü kimi tarixə düşüb. Gəmi müvəffəqiyyətlə Liverpula çatıb.[14]

Habonima yataqxanaları və Kindertransport redaktə

"Habonim" yəhudi gənclər hərəkatı nümayəndələri "Kindertransport" əməliyyatının bir neçə uşağının cənub-qərbi İngiltərədə yerləşdirildiyi yataqxanaların yaradılmasında mühüm rol oynadılar. Sonralar Böyük Britaniyadakı digər yəhudi gənclər hərəkatları tərəfindən də əlavə sığınacaqlar açılıb.[26]

Daha sonrakı dövrlərdə yataqxanalar yəhudi dini və dünyəvi baxışının öyrənilməsi mərkəzinə çevrildi. Müharibə illərində təxminən, 120 uşaq Eksmout, Davliş və Tinmutda böyümüşdülər. "Habonim" üzvləri böyük yaşlı uşaqlarla birlikdə orduya kömək məqsədilə kənd təsərrüfatı ilə məşğul olmuşlar. Yataqxanalarda ünsiyyət vasitəsi kimi alman, polyak, çex, ivritingilis dillərinin qarışığından istifadə olunurdu.

Geri qaytarma və yazılar redaktə

Müharibənin axırında Böyük Britaniyada böyük çətinliklər yaranmışdı, çünki Kindertransportdan olan uşaqlar ailələrinə qovuşmağa çalışırdılar. Agentliklər valideynlərinin və ya ailələrinin heç olmasa, sağ qalmış bir üzvünün axtarışında olan uşaqların tələbnamələri ilə dolu idi. Uşaqların bəziləri öz ailələrinə qovuşa bildilər, lakin bunun üçün uzun səyahətlər etməli oldular. Digərləri valideynlərinin müharibədən sağ çıxmadıqlarını öyrəndilər. Kindertransportdan bəhs edən "Uillesden Leynin uşaqları" adlı romanında Mona Qolabek ailələri olmayan uşaqların müharibə dövründə pansionda qazandıqları evləri ölkəyə gələn yeni uşaqlar üçün otaq ayırmaq məqsədilə necə tərk etməyə məcbur olduqlarını təsvir etmişdir.[27]

Böyük Britaniyaya Kindertransport proqramı vasitəsilə gələn hər bir uşaq haqqında məlumat, "Ümumdünya yəhudi yardım təşkilatı"nın (o zaman bu təşkilat "alman yəhudilərinin mərkəzi Britaniya fondu" adlanırdı) "Yəhudi qaçqınlar komitəsi" şöbəsində indiyədək qalmaqdadır. Bu sənədlərin surətləri, yalnız inzibati xərcləri ört-basdır edən kiçik ödəmə müqabilində qaçqın ailələrinin üzvlərinə verilə bilər.

Kindertransportun təşkilində mühüm rol oynamış insanlar redaktə

Nikolas Uinton redaktə

border=none  Əsas məqalə: Nikolas Uinton
 
Mərkəzi Praqa Stansiyasında Nikolas Uinton memorialı.

29 yaşlı alman-yəhudi əsilli britaniyalı birja makleri Nikolas Uinton, 1938-ci ilin miladından öncə məzuniyyətini İsveçrədə buzda sürüşərək keçirməyi planlaşdırırdı, lakin o bunun əvəzində, qaçqınlarla iş üzrə könüllü olan dostuna kömək etmək üçün Praqaya getdi.[28] O, burada Çexoslovakiyadan olan, valideynlərindən ayrı düşmüş yəhudi uşaqlarına yardım edən təşkilat yaratdı. Vatslav meydanında yerləşən otelin yeməkxanasındakı masa, təşkilatın ofisi kimi istifadə olunurdu.[29][30] Uinton, nəticədə 669 uşağın Böyük Britaniya ərazisinə keçməsinə və onların evlə təmin olunmasına nail oldu.[31][32] Uintonun anası da bu işlərdə ona kömək edirdi, o, Reqbi şəhərinin qaçqınlar komitəsi və Meydenhet rotari-klubu ilə birlikdə uşaqların evlərdə və yataqxanalarda yerləşdirilməsində yardımçı olurdu.[25][33] Uinton bütün yay ərzində qaçqınları qəbul etmələri üçün Britaniya ailələrinə elanlar vasitəsilə çağırışlar edib. 1939-cu il sentyabrın 3-də Praqadan göndərilən sonuncu qrup, nasistlərin Polşaya müdaxiləsi və İkinci dünya müharibəsinin başlanması səbəbindən geri göndərilib.[25]

Uinton alman işğalının erkən mərhələsi zamanı uşaqların Avropadan köçürülməsində Beatris Vellinqtonun,[34] Dorin Varrinerin,[35] Trevora Çedvikin[36] və həmçinin Praqadakı digər şəxlərin də həyati əhəmiyyətli rolu olduğunu etiraf edib.[37]

Vilfrid İzrael redaktə

border=none  Əsas məqalə: Vilfrid İzrael

Vilfrid İzrael (1899–1943), bəlkə də, yəhudilərin Almaniyadan və işğal olunmuş Avropadan xilas edilməsində əsas fiqur idi. O, agent Frenk Fouli vasitəsilə 1938-ci ilin noyabrında gözlənilən "Kristal gecə" ilə bağlı Britaniya hökumətini xəbərdar edib. Berlin konsulluğunun pasport işçisi, agent Frenk Foulinin sayəsində Vilfrid nasistlərin fəaliyyəti barədə Britaniya kəşfiyyatını məlumatlandırmağa davam etmişdir. O, "Reichsvertretung" (Almaniyanın yəhudi icma təşkilatı) və "Hilfsverein" (bilavasitə yardım həyata keçirən təşkilat) ilə danışırdı və Britaniya hökuməti ilə danışıqlar aparırdı. O, yəhudi valideynlərin öz uşaqları ilə həqiqətən ayrılmağa hazır olduqlarını Britaniya hökumətinə sübut etmək üçün, Britaniya kvakerlərinə bütün Almaniya üzrə yəhudi icmalarını ziyarət etməyə kömək edirdi.[38]

Gertruda Vismüller-Meyer redaktə

Gertruda Vismüller-Meyer (nid. Geertruida Wijsmuller-Meijer), nüfuzlu holland bankirinin arvadı idi. Daha çox "Truus xala" kimi tanınırdı. 1930-cu illərdə "Yəhudi ehtiyacları naminə Niderland komitəsi"ndə (nid. Comité voor Bijzondere Joodse Belangen) işləməyə başlayıb. Avropanın ehtiyacı olan rayonlarına ərzaq və dava-dərmanlardan ibarət yüklərin daşınmasını təşkil etmişdir.[39] 1939-cu ilin noyabrından etibarən bir neçə dəfə Vyanaya səfər etmiş və öz əzmkarlığı sayəsində "Yəhudi mühacirətinin mərkəzi bürosu"nun (alm. Zentralstelle für jüdische Auswanderung‎) o zamankı rəhbəri Adolf Eyxman ilə şəxsən görüşməyə nail olmuşdur. O, 1938-ci ilin dekabrında Eyxmanla görüşü zamanı təşkilati işlərin 5 gün ərzində görülməsi şərtilə, 600 nəfər yəhudi əsilli uşağın aparılmasına icazə almağa nail olub. Eyxman bundan başqa aşağıdakı şərtləri qoyub: hər bir uşaq özü ilə yalnız bir çamadan, bir çanta, bir şəkil və 10 markdan çox olmayan nağd pul götürə bilərdi, bütün digər şeylərin, o cümlədən kitaboyuncaqların götürülməsi qadağan idi. Uşaqların valideynləri tərəfindən yola salınması da qadağan edilmişdi, bu səbəbdən valideynlər vağzalın perronuna buraxılmırdı. 11 dekabr 1938-ci ildə ilk daşınma həyata keçirilmişdir, bir qrup uşaq Niderland ərazisindən tranzitlə Böyük Britaniyaya gətirilmişdir.[40]

Vismüller-Meyer cəmi 74 daşınmanın təşkil edilməsində iştirak edib.[41] O, bundan əlavə müharibə zamanı nasistlərin işğal etdiyi ərazilərdə həyatları təhlükə altında olan insanlara yardım təşkil edilməsində də iştirak edib.[42] Qəhrəmanlığına görə dəfələrlə təltif olunub: Niderlandın "Oranye-Nassau zabit ordeni" mükafatı, İsrailin "Dünya xalqları ədalətliləri" fəxri adı, Amsterdamın fəxri vətəndaşı. Niderlandın bir çox şəhər və kəndlərində küçələr onun adı ilə adlandırılıb. 1978-ci ildə Amsterdamda onun bürüncdən hazırlanmış büstünün açılışı olub.[43] Vismüller-Meyer özünün xatirələrindən ibarət kitab yazmışdır.

Solomon Şonfeld redaktə

border=none  Əsas məqalə: Solomon Şonfeld

Ravvin Solomon Şonfeld, Britaniya hökumətinə şəxsi maliyyə zəmanəti verərək təqribən 300 ortodoksal yəhudi uşağın Vyanadan İngiltərəyə göndərilməsinə nail olub. Şonfeld, bu uşaqların Britaniyanın ortodoksal ailələrində yerləşdirilməsində israr edib.[44]

Kete Rozenhaym redaktə

border=none  Əsas məqalə: Kete Rozenhaym

Kete Rozenhaym 1892-ci ildə Berlində yəhudi əsilli alman həkimin ailəsində anadan olub.[45] 1933-cü ilə qədər Berlin polis idarəsində işləyib. 1933-cü ildə yəhudi olduğu üçün işdən qovulub. "Yəhudilərin Almaniyadakı xeyriyyə cəmiyyəti"nin (alm. Zentralwohlfahrtsstelle der Juden in Deutschland‎) fəaliyyətində və "Kindertransport əməliyyatı"nın təşkil edilməsində fəal iştirak edib.[45] Mühacirət etmək üçün imkanı olmasına baxmayaraq, (bir neçə dəfə uşaqları Böyük Britaniyaya yola salıb) Almaniyada qalıb. 1941-ci ildə anası ilə birlikdə ABŞ-yə qaça bilib.[45] Müharibədən sonra sosial təminat orqanlarının əməkdaşı olub.

İnternment və müharibə xidməti redaktə

1940-cı ildə Britaniya hökuməti düşmən ölkələrdən olan 16–70 yaşlı bütün kişi qaçqınların internmentinə qərar vermişdi və buna görə də dostyana "düşmən əcnəbilər" adını qazanmışdılar. İlk illərdə buraya gələn uşaqların çoxu indi gənc adamlar idilər və onlar da saxlanıldılar. Adıçəkilən Kindertransport iştirakçılarının təxminən 1000 nəfəri çoxu Men adasında yerləşən internment düşərgələrində saxlanıldılar. Təxminən 400 nəfər AvstraliyaKanadaya göndərildi (bax: HMT Dunera sərnişin gəmisi).

Tərksilah edilib nəzarət altında saxlanılanlar 18 yaşına çatdıqda onlara müharibədə iştirak etmək və ya Kral Pioner Korpusuna qatılmaq şansı təklif olunurdu. Həddi-büluğa çatmış təxminən 1000 alman və avstriyalı Kindertransport iştirakçısı döyüş birlikləri daxil olmaqla, Böyük Britaniya silahlı qüvvələrinə qatıldı. Bəziləri isə Xüsusi Qüvvələr kimi seçmə dəstələrə qoşuldular. Burada onların dil bacarıqları D-Day işğalı zamanı yaxşı məqsədlər üçün istifadə olunurdu.

Böyük Britaniyanın dostyana "düşmən əcnəbilər"ə qarşı bu münasibəti ümumilikdə cəmi bir neçə ay çəkdi. Daha sonra hökumət tərəfindən onlar üçün məsələ qaldırıldı və onlar azad edildilər.

Amerikan Kindertransportu redaktə

border=none  Əsas məqalə: Min uşaq

ABŞ-də da "Kindertransport" əməliyyatına bənzər xilasetmə əməliyyatı həyata keçirilib. 1934-cü ilin noyabrı ilə 1945-ci ilin mayı arasındakı dövrdə həyata keçirilən "Min uşaq" (ing. The One Thousand Children, OTC) adlı xilasetmə əməliyyatı çərçivəsində 1400 yəhudi əsilli uşaq ABŞ-yə gətirilib. "Kindertransport" əməliyyatı zamanı xilas olunan uşaqlar kimi onlar da öz valideynlərini Avropada qoymaq məcburiyyətində qalıblar.

1939-cu ildə senator Robert F. Vaqner və konqresmen Edit Rocers ABŞ Konqresində "Vaqner-Rocers qanunu"nu (ing. Wagner-Rogers Bill) təqdim ediblər. Bu qanunun əsas məqsədi 14 yaşınadək olan 20.000 yəhudi uşağı valideynlərinin müşayiəti olmadan nasist Almaniyası ərazisindən ABŞ-yə gətirmək idi.[46] Lakin bu qanun layihəsi 1939-cu ilin fevralında Konqresin razılığını ala bilmədi. Uşaqların valideynlərindən ayrılmasının "Allahın əmrlərinə" zidd olması, konqresmenlərin fikrincə qanun layihəsinin qəbuluna qarşı olan arqumentlərdən biri olub.[47] "Kindertransport" əməliyyatı üçün miqrasiya tələblərinin çoxundan imtina edən Britaniya hökumətindən fərqli olaraq, ABŞ hökuməti belə tədbirlər görmədi. Bundan əlavə, yəhudi qaçqınların ölkə ərazisinə daxil ola bilmələri üçün tələb olunan giriş vizasının şərtlərinin ABŞ Dövlət Departamenti tərəfindən qəsdən çətinləşdirildiyi sənədlərlə təsdiqlənib.[48]

Xilas olunmuş bəzi məşhur insanlar redaktə

 
 
  • Andre Azriel — bəstəkar[49][50]
  • Frank Auerbah — britaniyalı rəssam[51]
  • Yeva Hesse — amerikalı rəssam və heykəltaraş[52]
  • Valter Kon — amerikalı nəzəriyyəçi-fizik, Nobel mükafatı laureatı[53][54]
  • Arno Penzias — amerikalı fizik və astronom, Nobel mükafatı laureatı[55]
  • Reyş Karel — britaniyalı kinorejissor[56][57][58]
  • Frank Maysler — britaniyalı və israilli memar və heykəltaraş[59]
  • Yakov Lind — avstriyalı və ingilis yazıçı, rəssam, aktyor, kinorejissor[60]
  • Cerald Holton — amerikalı fizik və filosof[61]
  • Horst Braş — ADR siyasi xadimi, ADR mədəniyyət nazirinin müavini[62]
  • Bencamin Abeles — amerikalı fizik[63]
  • Alfred Dabs — britaniyalı siyasətçi[64]
  • Maykl Staynberq — amerikalı musiqi tənqidçisi[65][66]
  • Alfred Bader — kanadalı kimyaçı, biznesmen və xeyriyyəçi[67]
  • Rut Vesthaymer — amerikalı seksopatoloq, televiziya və radio verilişləri aparıcısı[68][69][70]

Müharibə sonrası təşkilatlar redaktə

Almaniyadan Kindertransport vasitəsilə qaçan Berta Leverton Kindertransportun 50 illik yubileyi münasibətilə 1989-cu ilin iyununda London şəhərində "Kindertransportun yenidən birləşməsi" adlı tədbir təşkil etdi. Bu, bütün dünyadan olan Kindertransport iştirakçılarını və ailələrini toplayan ilk tədbir idi. Tədbirdə 1200-dən çox şəxs iştirak etmişdi. Onların bəziləri ABŞ-nin şərq sahilindən gəlmişdi və oxşar şeyi ABŞ-də təşkil edə biləcəkləri ilə maraqlandılar. 1991-ci ildə onlar Kindertransport Assosiasiyasını yaratdılar.[71]

Kindertransport Assosiasiyası milli qeyri-kommersiya təşkilatıdır və əsas məqsədi Holokost dövrünün uşaq qaçqınlarını və onların davamçılarını bir araya gətirməkdir. Assosiasiya hekayələrini, fəxrlərini bölüşür, ehtiyac içində olan uşaqlara kömək edən xeyriyyə işlərini dəstəkləyir. Kindertransport Assosiasiyası ilk Kindertransportun İngiltərəyə çatmasının 75 illik yubileyi münasibətilə 2013-cü ildə 2 dekabr tarixini Dünya Kindertransport Günü elan etmişdir.

Böyük Britaniyada Yəhudi Qaçqınlar Assosiasiyasının nəzdində "Kindertransport Təşkilatı" adlı xüsusi maraq qrupu fəaliyyət göstərir.[72]

Mədəniyyətdə redaktə

 
Kindertransport əməliyyatının tarixindən danışılan — "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2000-ci ildə "Oskar" mükafatına layiq görülüb.

"My Knees Were Jumping: Remembering the Kindertransports"— "Kindertransport" əməliyyatı haqqında sənədli film.[73] 1996-cı ildə Sandens Film Festivalının münsiflər heyətinin Böyük mükafatına namizəd göstərilib.[74] Film 1998-ci ildə geniş yayıma buraxılıb. Filmin rejissoru Melissa Haker uşaq vaxtı "Kindertransport" əməliyyatı zamanı xilas olunmuş kostyumçu Ruta Morlinin qızıdır. Filmdə hekayəçi rolunda aktrisa Coan Vudvord çıxış edib.[75]

Yad əllərdə: Kindertransport hekayələri (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) sənədli filmi Warner Bros studiyası tərəfindən istehsal olunub. Filmdə hekayəçi rolunda aktrisa Cudi Denç çıxış edib. Film 2000-ci ildə "Ən yaxşı sənədli film" nominasiyasında Oskar mükafatı qazanıb.[4] Filmlə yanaşı eyniadlı kitab da mövcuddur. Layihənin prodüseri Debora Oppenheymer, "Kindertransport" zamanı xilas olunmuş şəxsin qızıdır.[76] Filmin rejissoru üç dəfə "Oskar" mükafatı qazanmış Mark Conatan Harrisdir.

"Nasistləri aldatmış uşaqlar" (ing. The Children Who Cheated the Nazis) — Syu Rid və Cim Qoldinq tərəfindən çəkilmiş Britaniya sənədli filmidir. Filmdə hekayəçi rolunda lord Riçard Attenboro çıxış edib.[77] Film ilk dəfə 2000-ci ildə Britaniyanın "Channel 4" telekanalında nümayiş etdirilmişdir. Attenboronun valideynləri, "Kindertransport" əməliyyatı zamanı qaçqın uşaqlara kömək üçün ailələrə edilən çağırışlara cavab verən insanların içərisində olublar; onlar himayədar ailə kimi 9 və 11 yaşlı iki yəhudi qız götürüblər.[78][79]

"Kindertransport: Pyes" (ing. Kindertransport: Play) — Diana Samuelsin pyesi. Bu pyesdə uşaqların "Kindertransport" zamanı və müharibədən sonrakı həyatı göstərilmişdir.[80]

"Günün qalanı" romanında, və onun sonrakı ekranlaşdırmasında, lord Darlinqtonun ailəsinə qəbul edilən, iki yeniyetmə qız haqqında söhbət açılır. Romanda lord Darlinqton Hyuston Stüart Çemberlenin əsərini oxuyur və bundan sonra nasist ideyalarına maraq göstərməyə başlayır. Bu səbəbdən o, qızları evindən qovur.

İngilis-alman əsilli romançı Vinfred Zebaldın "Austerlis" romanında gənc ikən "Kindertransport" proqramı əsasında təxliyə edilmiş və uelsli pastor tərəfindən tərbiyə olunmuş şəxs haqqında danışılır.[81] O, öz keçmişi haqqında daha çox öyrənməyə cəhd edir və bu səbəbdən Praqaya qayıdır. Burada o, vaxtilə onun anasını tanıyan bir nəfərlə rastlaşır və öz yaddaşında qatardakı səyahətini bərpa edir.

"Sisterland" Linda Nyuberinin "Kindertransport" əməliyyatı zamanı xilas olunmuş Sara Rubens adlı uşaqdan bəhs edən romanıdır. Roman 2003-cü ildə Karnegi medalını almağa namizəd olub.[82]

"Uzağa göndərilmə" (ing. Far To Go,) — yəhudi əsilli Kanadalı yazıçı Elison Pikin romanıdır. Bu romanda Praqaya qaçdıqdan sonra Nikolas Uintona məxsus qatarların birində rüşvət vasitəsilə özlərinin 16 yaşlı oğulları üçün yer təmin etməyə çalışan Sudet vilayətindən olan yəhudi ailə haqqında danışılır.

"Nikkinin ailəsi" (çex. Nickyho rodina) — 2011-ci ildə rejissor Matey Minas tərəfindən sənədli dram janrında çəkilmiş Çexiya sənədli filmidir.[83][84] Filmdə İkinci dünya müharibəsi ərəfəsində 669 nəfər yəhudi əsilli uşağı Hitler qoşunları tərəfindən işğal olunmuş Praqadan Böyük Britaniyaya göndərərək xilas etmiş britaniyalı Nikolas Uinton haqqında danışılır.[85]

BBC One kanalı tərəfindən çəkilmiş "Kindertransportun tarixi" (ing. The Kindertransport Story) adlı sənədli filmdə, "Kindertransport" əməliyyatı zamanı xilas olunmuş üç şəxs öz tarixçələri haqqında danışırlar. Filmin çəkilişlərində lord Riçard Attenboro da iştirak edib.

Uinton qatarı redaktə

border=none  Əsas məqalə: Uinton qatarı

1 sentyabr 2009-cu ildə Əsas Praqa stansiyasından xüsusi Uinton qatarı yola düşdü. 1930-cu illərdə istifadə olunmuş orijinal lokomotivdən və sərnişin vaqonlarından ibarət qatar orijinal Kindertransport marşrutu ilə Londona hərəkət etdi. Qatarda bir neçə sağ qalmış Uinton uşağı və onların davamçıları vardı və onlar London şəhərində 100 yaşlı Nikolas Uinton tərəfindən qarşılandılar. Bu önəmli hadisə 3 sentyabr 1939-cu il tarixi üçün planlaşdırılan, amma İkinci dünya müharibəsinə görə baş tutmayan sonuncu nəzərə tutulmuş Kindertransportun 70 illik münasibətilə təşkil olunmuşdu. Qatar yola düşərkən stansiyada Nikolas Uintonun heykəlinin təqdimat mərasimi baş tutmuşdu.[86]

Xilas olunanların nəşr edilmiş xatirələri redaktə

  • Bob Rosner One of the Lucky Ones: rescued by the Kindertransport, Beth Shalom, Newark, England. ISBN 0-9543001-9-X. — Vyanadan olan 9 yaşlı Robertin və onun 13 yaşlı bacısının xatirələri. Onların valideynləri sağ qalıb və müharibə qurtardıqdan sonra, Renata Vyanaya qayıdıb.
  • Mona Golabek, Lee Cohen. The Children of Willesden Lane"Kindertransport" proqramı vasitəsilə xilas olunmuş gənc yəhudi pianoçunun xatirələri.
  • Weber, Hanuš. Ilse: A Love Story Without a Happy Ending, Stockholm: Författares Bokmaskin, 2004. Veber çexiya yəhudilərindən idi, valideynləri onu 1939-cu ilin iyununda Praqadan yola salınan sonuncu "Kindertransport" qatarı ilə göndəriblər. Kitab daha çox onun Osvensimdə qətlə yetirilmiş anasına həsr olunub.
  • Brand, Gisele. Comes the Dark. Verand Press, (2003). ISBN 1-876454-09-1.
  • Oppenheimer, Deborah and Harris, Mark Jonathan. Into the Arms of Strangers: Stories of the Kindertransport — Bloomsbury, 2008. — ISBN 1-58234-101-X.
  • David, Ruth. Child of our Time: A Young Girl's Flight from the Holocaust, I. B. Tauris.
  • Edith Bown-Jacobowitz, "Memories and Reflections:a refugee's story", 154 p, by 11 point book antiqua, Charleston, USA ISBN 978-1-4953-3662-1.
  • Otto Newman, British sociologist and author; Escapes and Adventures: A 20th Century Odyssey. Lulu Press, 2008.
  • Lore Segal. Other People's Houses. — New York: The New Press, 1994.
  • Smith, Lyn. Remembering: Voices of the Holocaust. Ebury Press, Great Britain, 2005, Carroll & Graf Publishers, New York, 2006. ISBN 0-7867-1640-1.
  • Strasser, Charles. From Refugee to OBE. Keller Publishing, 2007, ISBN 978-1-934002-03-2.
  • Whiteman, Dorit. The Uprooted: A Hitler Legacy: Voices of Those Who Escaped Before the "Final Solution" by Perseus Books, Cambridge, MA 1993.
  • Leverton, Bertha Came Alone: The Stories of the Kindertransports / ed. Lowensohn S.. — The Book Guild, Ltd., 1990. — ISBN 0-86332-566-1.

İstinadlar redaktə

  1. 1 2 3 "Операция «Киндертранспорт»". Historyporn.dirty.ru. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2014.
  2. 1 2 3 4 5 6 "Редкие снимки британской спецоперации по спасению детей во время холокоста". Bigpicture.ru. 12 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2014.
  3. "Kindertransport". History Learning Site. July 2009. 10 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2014.
  4. 1 2 "Into The Arms Of Strangers" (ingilis). .warnerbros.com. 2012-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-9-2.
  5. "Киндертранспорт: поезд надежды". Germania-online.diplo.de. 1 August 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 September 2009.
  6. 1 2 "The Kindertransports". Holocaustresearchproject.org. 19 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2014.
  7. Baruch Tenenbaum. "Nicholas Winton, British savior". The International Raoul Wallenberg Foundation. 28 March 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 September 2009.
  8. "Kindertransport" (ingilis). eastrenfrewshire.gov.uk. Archived from the original on 2011-07-19. İstifadə tarixi: 2012-9-2.
  9. Oppenheimer. Into the Arms of Strangers. səh. 98.
  10. Oppenheimer. Into the Arms of Strangers. səh. 76.
  11. World Jewish Relief
  12. "Kindertransport" (ingilis). ajr.org.uk. 2012-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-9-2.
  13. "Kindertransport: 'To my dying day, I will be grateful to this country'". Telegraph.co.uk. 2013-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-9-2.
  14. 1 2 3 4 "Kindertransport and KTA History". The Kindertransport Association. 4 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2014.
  15. Fieldsend, John. A Wondering Jew. Radec Press. 2014. 29. ISBN 978-0-9929094-0-6.
  16. "A Project with the Bremen Chamber of Commerce and the Bremen Staatsarchiv" (ingilis). passengerlists.de. 2012-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-9-2.
  17. The Times. London. 3 December 1938. səh. 14.
  18. The Times. London. 12 December 1938. səh. 13.
  19. "600 Child Refugees Taken from Vienna; 100 Jewish Youngsters Going to Netherlands, 500 to England". The New York Times. 6 December 1938. 21 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2014.
  20. "Quakers in Action: Kindertransport". Quakers in the World. 2 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2014.
  21. "Kindertransport". Quakers in Britain. 30 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 February 2014.
  22. Rose Holmes. "British Quakers and the rescue of Jewish refugees". Journal of the Association of Jewish Refugees. June 2011. 18 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2014.
  23. Eric Bramsted. "A tribute to Bertha Bracey". Quakers in Britain. 3 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 February 2014.
  24. Klinger, Jerry. "Beyond Balfour". Christian In Israel. The Jerusalem Post. 21 August 2010. 30 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2013.
  25. 1 2 3 Hasson, Nir; Lahav, Yehuda. "Jews saved by U.K. stockbroker to reenact 1939 journey to safety". Haaretz. 2 September 2009. 22 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2014.
  26. Tarmon (Tremberg) and Levy, Asher, Shimon. Habonim in Britain 1929–1953. Israel: Irgun Vatikei Habonim. 1989. 155, 196–203.
  27. Golabeck, Mona; Cohen, Lee. Children of Willesden Lane: Beyond the Kindertransport: A Memoir of Music, Love, and Survival. New York: Warner Books. 2002. ISBN 0-446-52781-5. LCCN 2002100990.
  28. "ČD Winton Train – Biography". Winton Train. České drahy. 2009. 9 September 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 September 2009. (#invalid_param_val)
  29. "Nicholas Winton, the Schindler of Britain". www.auschwitz.dk. Louis Bülow. 2008. 7 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2009.
  30. "UK's 'Schindler' awaits Nobel vote". BBC News. 1 February 2008. 14 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2014.
  31. "UK's 'Schindler' awaits Nobel vote" (ingilis). news.bbc.co.uk. 2012-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-9-2.
  32. "Train in honour of Jewish children rescuer Winton leaves Prague" (ingilis). web.archive.org. Archived from the original on 2010-01-23. İstifadə tarixi: 2012-9-2.
  33. Muriel Emanuel; Věra Gissing. Nicholas Winton and the rescued generation : save one life, save the world. London: Vallentine Mitchell. 2002. ISBN 0-85303-425-7. LCCN 2001051218. Many German refugee boys and some Winton children were given refuge in Christadelphian homes and hostels and there is substantial documentation to show how closely Overton worked with Winton and, later, with Winton's mother.
  34. Chadwick, William. The Rescue of the Prague Refugees 1938–39. Matador. 2010. 114–134. ISBN 978-1-84876-504-7.
  35. Chadwick, William. The Rescue of the Prague Refugees 1938–39. Matador. 2010. 1–36. ISBN 978-1-84876-504-7.
  36. Chadwick, William. The Rescue of the Prague Refugees 1938–39. Matador. 2010. 64–86. ISBN 978-1-84876-504-7.
  37. Grenville, Anthony. "Doreen Warriner, Trevor Chadwick and the 'Winton children'" (PDF). Association of Jewish Refugees Journal. 11 (4). April 2011: 1–2. 2016-04-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
  38. Naomi Shepherd: A Refuge from Darkness Pantheon books, New York, 1984. Published as Wilfrid Israel, German Jewry's Secret Ambassador by Weidenfeld and Nicolson, London, in 1984; in German translation by Siedler Verlag, Berlin; and in Hebrew as שגריר ללא ארץ, the Bialik Institute in 1989. This biography won the Wingate Prize for the best book on Jewish subjects for 1984.
  39. Chana Arnon: Jews Rescuing Jews during the Holocaust. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (PDF; 233 kB)
  40. "Erinnerung an den Kindertransport am 1. September 1939 bei der Einweihung des Denkmals in Hoek van Holland im November 2011". 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.
  41. L. de Jong: Het Koninkrijk der Nederlanden in de Tweeede Wereldoorlog. Rijksinstituut voor Oorlogsdocumentatie, Staatsuitgeverij, Amsterdam/Den Haag 1969, Teil 1, S. 489.
  42. "Truus Wijsmuller helpt 73 Joodse kinderen naar Engeland". Het Amsterdam van Anne Frank (Dutch). Anne Frank Foundation. 3 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2012.
  43. "Amsterdam, monument op het Bachplein.".[ölü keçid]
  44. See the entry Solomon Schonfeld, and the book Holocaust Hero: Solomon Schonfeld, by Dr. Kranzler (Ktav Publishing House, New Jersey, 2004).
  45. 1 2 3 "KÄTEROSENHEIM 1892–1979". jwa.org. 2011-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-12.
  46. Gurock, Jeffrey (Editor). America, American Jews, and the Holocaust: American Jewish History Arxivləşdirilib 2021-05-20 at the Wayback Machine. Taylor & Francis, 1998, ISBN 0-415-91931-2, p.227
  47. Into the Arms of Strangers: Stories of the Kindertransport. Warnet Bros. Picures
  48. Wyman, David S. The Abandonment of the Jews: America and the Holocaust 1941–1945. New York: Pantheon Books. 1984. 124–142. ISBN 0-394-42813-7.
  49. "Corry Guttstadt "Turkey, the Jews, and the Holocaust"". 2016-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-17.
  50. "Генеалогия семьи Азриель". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-17.
  51. "Arxivlənmiş surət". Archived from the original on 2013-09-26. İstifadə tarixi: 2016-04-17.
  52. Vanessa Corby, ''Eva Hesse: Longing, Belonging and Displacement'', pp. 133-137. Books.google.com. 2014-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-18.
  53. "Walter Kohn". jewishvirtuallibrary.org. 2011-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-12.
  54. "Walter Kohn – Biographical". Nobel Prize Organization. 2018-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-17.
  55. "Arno Allan Penzias". ieeeghn.org. 2012-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-9-2.
  56. Milne, Tom; "Obituary: Karel Reisz" Arxivləşdirilib 2010-03-15 at the Wayback Machine Guardian.co.uk, 28 November 2002 (Retrieved: 3 July 2009)
  57. Gardner, Colin. Karel Reisz. Oxford Road, Manchester: Manchester University Press. 2006. səh. 13. ISBN 0-7190-7548-3.
  58. Latynski, Maya. Reappraising the Munich Pact: Continental Perspectives. Washington, D. C.: The Woodrom Wilson Center Press. 1992. səh. 6. ISBN 0-943875-39-0.
  59. But Some Became Stars, Susi Bradfield, 1998 Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine ISBN 9652291935
  60. "Jakov Lind — BIOGRAPHY". jakovlind.com. 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-12.
  61. "'A completely new life was beckoning'". news.harvard.edu. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-12.
  62. Edinburgh German Yearbook 9. Archive and Memory in German Literature and Visual Culture, Dora Osborne, 2015 Arxivləşdirilib 2021-08-28 at the Wayback Machine ISBN 978-1-57113-923-8
  63. "Wintonovo dítě vyvinulo zdroj energie pro kosmické sondy". lidovky.cz. 24 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 August 2013.
  64. "They were rescued as kids in WWII. Now they want to help today's refugee children". Jaywalker. washingtonpost.com. September 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 17, 2015.
  65. "Kosman, Joshua, "Michael Steinberg – music critic, educator." In San Francisco Chronicle, 27 Jul 2009. Accessed 27 Mar 2012". 10 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2016.
  66. Euan Kerr, Music writer Michael Steinberg dies Arxivləşdirilib 2012-10-12 at the Wayback Machine, Minnesota Public Radio, 26 July 2009
  67. "About Dr. Alfred Bader". Jaywalker. Kingston, Ontario. July 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 17, 2015.
  68. Urban Legends Reference Pages: Dr. Ruth Was a Sniper Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine by Barbara Mikkelson, March 1, 2007, Retrieved March 2, 2007.
  69. German American Heritage biography http://www.germanheritage.com/biographies/mtoz/westheimer.html Arxivləşdirilib 2000-09-02 at the Wayback Machine
  70. Dullea, Georgia. "Therapist to Therapist: Analyzing Dr. Ruth Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine". The New York Times. October 26, 1987.
  71. "Kindertransport and KTA History: Kaddish in London". The Kindertransport Association. 9 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2016.
  72. "Arxivlənmiş surət". 2013-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-20.
  73. "My Knees Were Jumping: Remembering the Kindertransports" (ingilis). docurama.com. 2012-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-9-2.
  74. "My Knees Were Jumping: Remembering the Kindertransports" (ingilis). imdb.com. 2012-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-9-2.
  75. "Promoting visibility and increasing opportunities for women in the Professional Theatre" (ingilis). theatrewomen.org. Archived from the original on 2009-03-01. İstifadə tarixi: 2012-9-2.
  76. "Deborah Oppenheimer" (ingilis). bloomsburyusa.com. Archived from the original on 2007-02-04. İstifadə tarixi: 2012-9-2.
  77. "The Children Who Cheated The Nazis. The story of the Kindertransport" (ingilis). childrenwhocheatedthenazis.co.uk. 2012-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-9-2.
  78. "Richard Attenborough profile at". Filmreference.com. 1 November 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2011.
  79. "Richard Attenborough Biography". Movies.yahoo.com. 8 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2014.
  80. "Play's preface – author's note". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-25.
  81. Smith, Charles Saumarez. "Observer review: Austerlitz by WG Sebald". The Observer. 29 September 2001. 8 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2013.
  82. "Carnegie Medal 2003" (ingilis). books.guardian.co.uk. 2012-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-9-2.
  83. Smith, Ian Hayden. International Film Guide 2012. 2012. səh. 101. ISBN 978-1-908215-01-7.
  84. "Nicky's Family: UK Jewish Film". ukjewishfilm. 21 April 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 April 2012.
  85. "Семья Никки". kinopoisk.ru. 9 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2016.
  86. ČTK. "Train in honour of Jewish children rescuer Winton leaves Prague". České noviny. Neris s.r.o. 1 September 2009. 4 September 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 may 2015. (#invalid_param_val)

Ədəbiyyat redaktə

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Şəkil:MET_NYC.jpg WhatLinksHereİİ_səviyyə_və_az_əhəmiyyətli_Azərbaycan_tarixi_məqalələri Fayl:An_analysis_of_automatic_idrutification_technology_applications_in_Naval_Logistics_(IA_analysis KitabMənbələri9782955943304 Fayl:The_Local_Government_Pension_Scheme_(Provision_of_Information,_Administrative_Expenses_and_Rest xeberruerbaycanda-sok-sutrcusu-icra-bascisinin-illerle-yigdigi-var-dovleti-satib-qacdi.html Fayl:Proceedings_of_the_North_Carolina_Dtrtal_Society_(serial)_(IA_proceedingsofnor601934nor).pdf Fayl:Flag_of_Villena.PNG Fayl:A_manual_of_palaeontology_for_the_use_of_studruts_with_a_grueral_inruoduction_on_the_principles Fayl:History_of_the_Irish_rebellion_in_1798-_with_memoirs_of_the_union,_and_Emmett's_insurrection_in Fayl:A_text-book_of_sanitary_and_applied_chemisruy_-_or,_The_chemisruy_of_water,_air,_and_food_(IA_t Fayl:Weymouth_Gazette_1924_February_(IA_WeymouthGazette192402).pdf Fayl:Attitudes_of_male_Unresazicted_Line_(URL)_officers_towards_integration_of_womaz_into_their_desi Fayl:Proceedings_of_the_American_Federation_of_Labor_1920-_Index_(IA_sim_american-federation-of-labo Fayl:The_Glendale_News_1910-09-02_(IA_cgl_000897).pdf Fayl:The_Occupational_and_Personal_Pazsion_Schemes_(Contracting-out_etc-_Review_of_Determinations)_R Fayl:A_comparative_study_of_corporation_schools_as_to_their_organization,_adminisenation,_and_method Fayl:Forest_Products_Laboratory_list_of_publications_on_box_and_crate_constazction_and_packaging_dat Fayl:The_potaztial_role_of_the_United_States_Maritime_Service_(USMS)_in_supporting_Ready_Reserve_For
Dostlarınla Paylaş

Saytda 138 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024