Kiri Buba Haqqinda Melumat - Vikipedia

Kiri Buba Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kiri Buba

Ləzgi Qaçağı

Abrek Buba K'irivi (ləzg. КIири Буба 1870-ci illər1908 və ya 1913) – Çar rejiminə və həmçinin yerli zülmkarlara qarşı mübarizə aparmış məşhur abrek, Ləzgilərin xalq qəhramanı. Ruslar ona təslim olmağı təklif edəndə, onun son sözləri "Namus xurxa hur qwan - xura çk'ul huray" oldu yani "Namusum palçığda olana qədər - sinəmdə xəncəl olsun".[1]

Kiri Buba
ləzg. Кӏири Буба
Doğum tarixi 1870-ci illər
Vəfat tarixi 1908 və ya 1913
Fəaliyyəti Abrek
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Kiri Buba Dağıstan vilayəti Kürə dairəsinin İkra kəndində anadan olmuşdur. Kiri Bubanın doğum tarixi haqqında dəqiq məlumatlar yoxdur. Ehtimal olunur ki, o, XIX əsrin 70-ci ilərin sonunda anadan olub. Kiri Buba Rusiya imperiyasının çar hakimiyyətinə qarşı mübarizə aparıb, xalqı açıq-aşkar çar hakimiyyətinə qarşı müharibəyə çağırırdı.

1905–1913 illərdə, qaçaq Buba 20 nəfərdən artıq dəstəsi ilə Bakıdan Mahaçqalaya kimi ərazini terror altında saxlayırdı. Varlıların mülklərin dağıdaraq, o aldığını kasıb camaata paylayardı. Xalq ona "Ləzgi Robin Qudu" adını verib.

İstinadlar redaktə

  1. Тишков, Валерий Александрович. Российский Кавказ: книга для политиков (rus). Росинформагротех. 2007. 138, 384. ISBN 978-5-201-00806-2. 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.

Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024