Kirlənmə Haqqinda Melumat - Vikipedia

Kirlənmə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kirlənmə — hər hansı mühitə gətirilən yeni və ona xas olmayan fiziki, kimyəvi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Kirlənmənin birbaşa obyektləri bioloji toplumun yaşadığı hava, su və torpaqdır. Kirlənmənin dolayı obyektləri kirlənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir. Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.). ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər. Çirklənməyə qarşı ciddi nəzarət qoyulmaması bəşəriyyət qarşısında böyük problem sayılır.[1][2]

Quyanada dəniz sahilində çirklənmə, 2010

Kirlənmə haqqında ümumi bilgilər redaktə

Kirlənmənin mənşəyi çox çeşidli ola bilər. Onların arasında təkcə sənaye müəssisələri və istilik-enerji kompleksləri deyil, həmdə məişətin, heyvandarlığın, nəqliyyatın tullantıları, eləcə də ekosistemlərə insanın gətirdiyi gəmirici və ziyanvericilərə qarşı istifadə edilən maddələrdir. Ekoloji baxımdan kirlənmə təkcə hava, torpaq və suya onlara yad olan maddələrin tullantıların atılması demək deyil. Istənilən durumda kirlənmə bütün ekosistemə ziyan vurur.

Bundan başqa, bir çeşid maddələrin həddən artıq çoxalası ekoloji faktorlarının dəyişməsi deməkdir, çünki ziyanlı maddələr əslində o qəbildəndirlər. Deməli belə olanda bu faktorların rejimi və tərkibi bu, ya da başqa canlının ekoloji dözümlülülük həddinə uyğun gəlmir. Belə olduqda, ekosistemdə maddələr mübadiləsi pozulur, ziyanlı maddələrin təbii həll olunmasında (assimilyasiyasında) əngəllər törənir.

Beləliklə ekoloji baxımdan kirlənməyə belə bir tərif vermək olar: kirlənmə bu, ya da başqa ekoloji sistemə, ona xass olmayan və onu son olaraq yararsız edib məhsuldarlığını azaldan, madələr dövriyyəsinin qarşısını alan, onların assimilyasiyasını və enerji axınını kəsən canlı ya da cansın komponentlərin gətirilməsidir.

Mühitin kirlənməsi çətin çoxyönlü prosesdir. İstehsalatın tullantıları öncə olmadıqları yerlərdə ortalığa çıxırlar. Onların çoxusu kimyavi baxımdan aktiv olur və canlıların bədənlərində olan molekullarla reaksiyalara girirlər, ya da havada oksidləşirlər (turşuyurlar). Belə olanda onlar canlılar üçün zəhərə çevrilirlər.

Kirlənmənin nəticələri heç də hər zaman özlərini birbaşa göstərmir. Onların açıq görsənən görsəntilərinə kizli gedən proses gətirib çıxardır. Buna görə indi alimlər kirlənmənin dərəcəsinin nə olduğunu ən başlanqıc mərhələlərdə axtarırlar.

Bununla belə, kirlənmə təkcə zərərli maddələrin çevrəyə tullanması deyildir. Örnək üçün, soyuducu sistemlərin sularını təbii hövzələrə buraxanda, orada təbii temperatur rejimi dəyişir.. Bu da temperatur kirlənməsidir. Səsin və işıqlanma dərəcəsinin aşması da kirlənmə sayılır.

Kirləndiricilərin çeşidləri redaktə

Kirləndiricilər minlərlə kimyəvi və zəhərləndirici maddələr, özəlliklə də metallar və oksidlər, eləcə də aerozollardır. Bu kimi maddələr tullantı mənbələrinin fərqli olmasına baxmayaraq, tərkiblərinə və təsirlərinə görə eyni ola bilərlər. Belə ki, karbohidrogenlər havaya qaz-neft sənayesinintullantısı kimi də, yanacağın yandırılmasının məhsulu kimi də çıxır.

çevrəyə atılmış, ya da öz adi miqdarını aşan hər bir fiziki varlıq, kimyavi maddə və canlı (daha çox mikroorqanizmlər) kirləndirici ola bilər. Bioloji proseslərlə dağılan və dağılmayan antropogen kirləndiricilər vardır. Birincilər təbii maddələr dövriyəsinə girib ortalıqdan çıxarılır ya da başqa bioloji maddələrdə həll olurlar. İkincilər isə təbii olaraq həll olunmur. Buna görə orqanizmlərə düşüb həzm olunurlar.

Çevrənin kirlənməsinin təbii və antropogen növləri redaktə

Çevrəmizin kirlənməsinin təbii (vulkannın püskürməsi, sellərin axması kimi hansısa təbii olaylar sonu yaranmış) və antropogen (insan fəaliyyətinin sonu ortalığa çıxmış) növləri vardır.

  1. Antropogen növü isə öz növbəsində aşağıdakı növlərə bölünür:
  2. Bioloji — təbii ya da insan fəaliyyəti sonu yaranan;
  3. Mexaniki – fiziki və kimyavi fəsadlara gətirib çıxartmayan yalnız mexaniki cəhətdən çevrəni kirlədən ünsürlərlə yaranan;
  4. Kimyavi – mühitin təbii kimyavi özəlliklərini dəyişən maddələrin təsiri ilə yaranan.

Çevrəmizin fiziki və mikrobioloji kirlənməsi redaktə

Fiziki kirlənmənin aşağıdakı növləri vardır:

  • Termal – temperaturun artması sonu yaranan. Buna səbəb müəssisələrin bacalarla havaya püskürdüyü isti buxar, buraxdıöı isti sular kimi amillər olur.
  • İşıq – süni işıq mənbələrinin təsiri altında bitki və heyvanların yaşamında mənfi dəyişmələrə gətirib çıxardan təbii işıqlandırılmasının pozulması sonu yaranır;
  • Səs – təbii səs səviyyəni aşan və canlılar üçün səs-küyə çevirilən, zaman-zaman təkrarlanan proseslərin sonu yaranır;
  • Elektromaqnit – mühitin elektromaqnit şüalanma fonunun dəyişməsi sonu yaranır. Buna örnək təbiətə elektrik naqillərindən, radio və televiziya ötürücülərindən, bəzi sənaye qurğularından dəyən ziyandır. Bu da zərif bioloji strukturlarda dəyişmələrə, qlobal və yerli səviyyədə geofizik anomaliyalara gətirib çıxardır.
  • Radioaktiv — çevrədə radioaktiv maddələrin təbii səviyyəsinin aşması sonu yaranır
  • Mikrobioloji – insan fəaliyyətinin nəticəsində çoxlu sayda surətlə artan mikrobların yaranması və surətlə artması sonu yaranır.

Torpaqların kirlənməsi redaktə

Antropogen təsiri altında torpaqlarda kimyavi maddələrin miqdarının o yer üçün normal həddinin aşması ilə müşayiət olunan torpaqların çirklənib sıradan çıxmasıdır. Çeşidli maddələrlə kirlənmənin başlıca göstəricisi bu maddələrin çevrədəki canlılara mənfi təsiridir. Çünki ayrı ayrı canlıların kimyavi təsirə dayanıqlılığa bir-birindən fərqlənir. Təbii mühitlə müqayisədə, insanı bürüyən mühitdə, onun fəaliyyətinin sonu olaraq, çeşidli kimyavi maddələrin miqdarı görsənən qədər çoxdur. Bu təhlükə hətta bu maddələrə yüksək dayanıqlı canlılar üçün də təhlükəli ola bilər. Torpaqların kirlənməsi ekosistemin və yerin tükənməsinin ən təhlükəli növüdür.

Litosferin çirklənməsi sənaye, tikinti və kənd təsərrüfatı obyektlərinin fəaliyyəti nəticəsində baş verir. Bu zaman əsas çirkləndiricilər — metallar və onların tullantıları, gübrələr, kimyəvi zəhərli və radioaktiv maddələr, məişət tullantılarıdır. ABŞ-də hər bir sakinə il ərzində 730 kq məişət tullantısı düşür. Litosferə ən böyük mənfi təsir göstərən amillərdən biri dag-mədən sənayesi sahələridir. Dünyada dağ-mədən sənaye müəssisələrinin fəaliyyəti nəticəsində pozulmuş torpaqların ümumi sahəsi 12–15 mln təşkil edir.[3]

Suların kirlənməsi redaktə

Suların kirlənməsi çeşidli çirkləndiricilərin dənizlərə, çaylara, göllərə, yeraltı sulara düşməsidir. Bu da ziyanlı maddələrin sulara düşməsinin qarşısını alan qurğuların olmaması ya yararsız olması və bu yöndə başqa tətbirlərin görülməməsi üzündən baş verir. Çox vaxt suların kirlənməsi gözə görsənməyərək qalmaqda olur, çünki çirkləndiricilər suda həll olunmuşolurlar. Ancaq burada istisnalar da vardır: örnək kimi köpüklənən vasitələri, sular özərində üzən neft ləkələrini, şirkli axınları göstərmək olar. Bir neçə təbii çirkləndiricilər vardır. Onlardan biri yerdə olan alyuminiumdur.. Kimyavi reaksiyaların sonu o suların tərkibinə girərək onları çirkləndirir.Başqa təbii çirkləndirici magniumdur. O da balıqlara ziyan yetirir.

Ancaq təbii çirkləndiricilərin həcmi, insanın iatehsal etdiyi çirkləndiricilərlə müqayisədə çox azdır. Hər il su hövzələrinə minlərlə çirkləndirici maddələr axıdılır. Onların təsirinin nə ilə sonuclanacağı çox vaxt bilinmir. Bu maddələrin çoxu yeni kimyavi maddələrdir. Sularda insan fəaliyyəti sonu ağır metallar (kalsium, kadmium, civə, qurquşun, xrom kimi), pestisidlər, nitratlar, fosfatlar, neft məhsulları axıdılır. Hər il 12 million ton ntftin sulara axıdılması bilinməkdədir. Atom elektrik stansiyalardan sulara radioaktiv maddılır də düşməkdədir.

 
Neftin yol açdığı çirklənmənin nəticəsi

Təmizlənməmiş suların hövzələrə axıdılması sonu suyun mikobioloji kirlənməsi baş verir. Beynalxalq Səhiyyə Nazirliyinin göstəricilərinə görə dünyada xəstəliklərin 80%-i elə suların aşağı keyfiyyətindən və antisanitar durumundan baş verir. Kəndlərdə isə suyun keyfiyyəti problemi daha kəskindir. Dünyanın kənd əhalisinin 90%-i içmək və çimmək üçün təmizlənməmiş sulardan istifadə edirlər.

Hidrosferin çirklənməsi çaylara, göllərədənizlərə sənaye, kənd təəsərrüfatı və məişət tullantılarının, çirkab sularının axıdılması nəticəsində baş verir. Bu tullantılar Avropada Reyn, Dunay, SenaTemza çaylarının, ABŞda MisisipiOhayo çaylarının, Rusiyada Volqa çayının və MDBdə olan bir çox iri çayların (Dnepr,Kür,Amudərya, Sırdərya) həddən artıq çirklənməsinə səbəb olmuşdur. Bu tullantılar çay suları ilə birlikdə dənizlərə axaraq onları çirkləndirir.

Dünya Okeanı üçün neftlə çirklənmə daha böyük təhlükə mənbəyidir. Hesablamalara görə hər il 3 mln. tondan 10 mln. tona qədər neftneft məhsulları tökülür. Materiklərin daxilində və sahilləri boyu yerləşən kənar dənizlər tullantılar və çirkab suları ilə yüksək dərəcədə çirklənmişdir. Onlara Aralıq, Şimal dənizi, Baltik, Qara dənizi, Yapon dənizi, Karib dənizini, Qvineya,İran, Meksika, Biskay körfəzlərini aid etmək olar. Atom energetikası və atom gəmilərinin tullantılarının dünya okeanının dərin sulu çökəkliklərinə basdırılması nəticəsində baş verən radioaktiv çirklənmə bu su hövzələri üçün böyük təhlükə törədir.[3]

Havanın kirlənməsi redaktə

Havanın kirlənməsi çeşidli qazların, buxarların və bərk hissəciklərin havaya keçməsinin nəticəsində yer atmosferinin hər bir istənilməz dəyişməsidir. Bu da təbii proseslər ya da insanın fəaliyyətinin sonu ola bilər.

Çirkləndiricilərin 10%-ə yaxını atmosferə külün, toz halında olan turşüların, zəhərli qazların çıxması ilə müşayiət edilən vulkanın püskürməsi kimi təbii gəlakənlər sonu çıxır. Atmosferə həm də dəniz sularından və çürüyən bitkilərdən ayrəlan küküdr də çıxmaqdadır. Meşə yanğınları sınu da atmosferə böyük miqdarda tüstü və toz girir. Havada olan mikroorqanizmlər (viruslar, bakteriyalar, göbələklər) insanlarda xəstəliklərə yoluxmasına və allergiyanın çeşidli formalarının yayılmasına gətirib çıxardır.

Yerdə qalan 90% çirkləndiricilər insan fəaliyyətinin sonu atmosferə yol açırlar. Bunlar elektrostansiyalarda və avtomobillərdə yandırılar yanacaqların tüstüləri, tozların çıxması ilə sonuclanan istehsal gücləri kimi vasitələrdir. Atmosferə çıxan çirkləndirici maddələr mənbəyindən ayrılıb uzaq məsafələrə yayılırlar. Sonra, yağışla, qarla və dolu ilə qarışaraq yenidənbərk hissəciklər, damcılar ya da kimyavi maddələr formasında yenidən yer üzünə yağırlar. Bu da insan sağlamlığına, eləcə də başqa canlılara mənfi təsir edir.

Atmosferin çirklənməsi sənaye, nəqliyyat və başqa istehsal sahələrinin fəaliyyəti nəticəsində baş verir. Bu sahələr atmosferə bərk hissəciklərlə yanaşı (aerozollar) xeyli miqdarda zəhərli qazlar da buraxır. Atmosferə atılan maddələr arasında turşulu yagışlara səbəb olan kükürd dioksid (SO2) daha təhlükəlidir. Belə yağıntılar sənayeni yüksək inkişafı ilə fərqlənən Avropa, Şimali Amerika, bir çox Asiya ölkələri, Latın Amerikasında (Braziliya) geniş yayılmışdır. Atmosferə istixana qazlarının, ilk növbədə karbon dioksid (CO2) atılması, xüsusilə, ciddi problemlərə səbəb olur. Yer atmosferinə daxil olan karbon qazının illik miqdarı 6 mlrd tondan çoxdur. Bu tullantıların əsas hissəsi ABŞ, Çin, Rusiya, YaponiyaAlmaniyanın payına düşür.[3]

 

Kosmosun kirlənməsi redaktə

Kosmik zibil kosmosda olan nə vaxtsa işlədilən və indi heç nəyə yararlı olmayan, ancaq kosmik gəmilər üçün təhlükə törədən bütün sünü obyektlərlə onların fraqmentləridir. Bəzi durumlarda tərkibində daha təhlükəli maddələr (radioaktiv, toksik) olan kosmik zibil yer kürəsi üçün də təhlükəli ola bilər. Çünki onlar orbitlərindən yayınıb yer atmosferinə girib yaşayış məntəqələrinə tökülə bilərlər.

Kosmik zibillər problemi ilk kosmik gəmilərin və peyklərin orbitə şıxarılmasından sonra gündəmə gəldi. Bu barədə BMT-də özəl məruzələr də dinlənildi. Orada qeyd edildi ki kosmosun zibillənməsi hansısa bir ölkə üçün deyil bütün yür kürəsi üçün təhlükəlidir.

2009-cu ilin hesabatlarına görə Yer ətrafında 300000-ə yaxın zibil hissələr dolanır. Belə getsə, yerin yaxınlığında olan fəza tamam zibillənib, gələcəkdə kosmik üçuşlara, peyklərin buraxılmasına ciddi maneələr törədəcək.

Ekoloji problemlərin həlli yolları redaktə

Dünyanın əksər ölkələrində yaranmış ekoloji problemlərin həll edilməsi üçün bir neçə yoldan istifadə edilir. Bu yolları 3 böyük qrupda birləşdirmək olar.

  1. Birinci qrupa müxtəlif təmizləyici qurğuların tikilməsi, zibillərin məhv edilməsi və emalı, torpaqların rekultivasiyası aiddir.
  2. İkinci qrupa təbiəti qoruyan, prinsipcə yeni texnologiyanın işlənib hazırlanması və tədbiq edilməsi, az tullantılı istehsal sahələrinə keçmək, alınan tullantıları emal etmək, dövriyəli su təchizatı sisteminə keçmək aiddir.
  3. İnsanların yaşadığı təbii mühitin qorunması, onların sağlamlığının mühafizəsi üçün çox çirkli istehsal sahələrinin düzgün yerləşdirilməsi lazımdır. Onların iri şəhərlərdən köçürülməsi, əhalinin çox cəmləşdiyi rayonlardan uzaqlaşdırılması zəruridir. Təsərrüfatın ən çirkli sahələrinə kimya, neft-kimya sənayesi, qara və əlvan metallurgiya, İESlər, tikinti materialları aiddir.

İqtisadi cəhətdən inkişaf etmiş ölkələr artıq çoxdan ətraf mühitin qorunmasına yönəldilən ekoloji siyasət həyata keçirir. Son vaxtlarda belə bir siyasət bəzi inkişaf etməkdə olan ölkələrdə (İEÖ) aparılır. Dünyanın ayrı-ayrı regionlarında təbiəti mühafizə sahəsində BMT tərəfindən də xeyli işlər görülür. Bu sahədə fəaliyyətin nizamlanması üçün təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması üzrə təşkilat (YUNEP)yaradılmışdır. Təbiəti mühafizə sahəsində "Təbiətin qorunması üzrə Ümumdünya Xartiyası" qəbul edilmişdir. Bu sahədə görülən işlərin ən mühümü xüsusi qorunan təbii ərazilərdir. Yeni eranın başlanğıcında dünyada onların sayı 11.5 mindən çox olmuş və 12 mln. km² ərazi tutmuşdur.[3]

Çevrəmizin kirlənməsinin nəticələri redaktə

Kirlənmə sonrası ayrı-ayrı ekosistemlər, eləcə də biosferanın dağılması prosesləri baş verir. Bunun sonunda münbit torpaqlar tükənir, ekosistemlərin və biosferanın məsuldarlığı enir.

Çirklənmələr insanın fiziki və mənəvi durumuna mənfi təsir edir. Havada, torpaqda və sularda olan ziyanlı kimyəvi maddələr insan sağlamlığı üçün təhlükəyə çevirilir. Onlar həm də immuniteti zəyiflədir.

Kirlənmə sonrası havaların istiləşməsi qarların və buzların əriməsinə gətirib çıxardır. Bu da dənizlərin səviyyəsinin qaxması, qurunun su basğınına məruz qalması təhlükəsini yaradır.

Eyni zamanda mülayim iqlimli yerlərdə tropik xəstəliklər yayılır. Çünki istiləşmə nəticəsində tropik bakteriyalar o iqlimlərə dözümlü olub yayılırlar.

Kirlənmənin nəticəsində heyvan və bitki növləri məhv olur. Buzların əriməsi sonu quzeydə, quraqlıqlar sonu isə güneydə heyvan və bitki növləri yer üzündən silinib gedir. Balıqların bir çox növləri suların kirlənməsi üzündən ölür. Çox böyük surətlə gedən inkişaf sonrası bir çox canlılar buda dözümluluk göstərə bilmədiyindən məhv olur. Bununla da bütün yer kürəsində həyatın axarı dəyişir.

Çirkləmə sonrası olaylarda əhalinin göçü (miqrasiyası) baş verir. Bu da texnogen fəlakətlər, dənizlərin qurulara irəliləməsi, temperaturun qalxması və bunun sonrası quraqlığların düşməsi nədəni ilə olur. Belə olanda da dünyanın bir bölgələrində əhali surətlə artır, başqaları isə boşalır.. Bu da çeşidli qarşıdurmaları, cinayətlərin artmasına və aclığa gətirib çıxardır.

İstinadlar redaktə

  1. Beil, Laura (15 November 2017). "Pollution killed 9 million people in 2015" Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine. Science News. Retrieved 1 December 2017.
  2. Carrington, Damian (October 20, 2017). "Global pollution kills 9m a year and threatens 'survival of human societies'" Arxivləşdirilib 2020-01-02 at the Wayback Machine. The Guardian. Retrieved October 20, 2017.
  3. 1 2 3 4 Coğrafiya Ensiklopediyası (I cild)

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024