Kiyev Metro körpüsü Haqqinda Melumat - Vikipedia

Kiyev Metro körpüsü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kiyev Metro körpüsü

Metro körpüsü (ukr. Міст Метро) — Ukraynanın paytaxtı Kiyevdə Dnepr çayı üzərindən keçən Brovarski prospektinin ilk metro körpüsüdür. Layihəsi, Q. B. Fuks və Y. İnosov tərəfindən hazırlanmış və 1965-ci ildə Kiyev metro sisteminin genişləndirilməsi məqsədilə inşa edilmişdir.[1] Körpü həm metronun Svyatoşinsko-Brovarska xətti, həm də avtomobillərin hərəkəti üçün istifadə olunur. Körpü Dnepr çayının sağ sahilində Kiyev metrosunun Dnepr stansiyasında bitir.

Kiyev Metro körpüsü
Міст Метро
Xəritə
50°26′34″ şm. e. 30°33′54″ ş. u.
Keçid Dnepr çayı
Yeri Kiyev
Uzunluğu
  • 684,5 m
Açılışı 5 noyabr 1965
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2008-ci ildən körpü "yeni müəyyən edilmiş mədəni irs obyekti", memarlıq və şəhərsalma, elm və texnologiya abidəsi statusuna malikdir (mühafizə nömrəsi 529/2-Kv).[2]

Ümumi məlumat redaktə

Körpü, Venetsian adasını, eləcə də sol və sağ sahilləri birləşdirdiyi üçün iki keçiddən ibarətdir. Daha böyük arakəsmə isə yüksək mərkəzi metro zolağından və ayrı-ayrı, aşağı estakadlarda yan avtomobil arakəsmələrindən ibarətdir. Körpünün həm metro, həm də avtomobil yolları fərqli tağlı konturlara malikdir. Bunun səbəbi, metro xəttinin Dnepr stansiyası ilə sağ sahilin sonuna qədər davam etməsidir.

Venetsian adasını sol sahillə birləşdirən Rusanivski körpüsü,iki şimal hərəkət zolağı və cənub metro yolu ilə daha ənənəvi səciyyəli estakaddır.

Hadisələr redaktə

2019-cu il sentyabrın 18-də körpü terrorçular tərəfindən tutulub.[3] Rusiya-Ukrayna müharibəsi veteranı körpünü partlatmaqla hədələyib. Körpünün üzərindən nəqliyyatın hərəkəti bir neçə saat dayandırıldı. Bu şəxs həbs olunmazdan əvvəl bütün şəhərdə geniş nəqliyyat problemlərinə səbəb oldu.[4][5] Onun əlində heç bir partlayıcı maddə olmadığı, sadəcə tüfəng olduğu və onunla polisin pilotsuz uçan aparatını vurduğu məlum olub.[6]

Qalereya redaktə

Panoraması redaktə

Körpünün panoraması
Qışda körpü
Sahildən mənzərə

İstinadlar redaktə

  1. Центральный государственный научно-технический архив Украины: Фукс Георгий Борисович Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine (ukr.)
  2. Наказ Міністерства культури і туризму України від 07.11.2008 № 1285/0/16–08. Arxivləşdirilib 2013-08-11 at the Wayback Machine (Об'єкти культурної спадщини Печерського району в м. Києві. Arxivləşdirilib 2014-11-03 at the Wayback Machine(ukr.)
  3. "Олексій Белько – хто він та чому хоче підірвати міст Метро". kyivnews.24tv.ua (ukrayna). 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  4. ""Минера" моста Метро в Киеве задержали. Видео операции". Украинская правда (rus). 2020-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  5. "Взорвать мост грозится бывший военный-крымчанин". Украинская правда (rus). 2021-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  6. ""Мінер" моста Метро попросив пробачення в киян, йому не висуватимуть підозру в підготовці теракту". LB.ua. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.

Ədəbiyyat redaktə

Xarici keçidlər redaktə


Saytda 232 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024