Kokain Haqqinda Melumat - Vikipedia

Kokain Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kokain — geniş yayılmış narkotik, tropan sırası üzrə alkaloid,çətin Metil Benzoilekqonin.Yerli anesteziya effektinə və insanın mərkəzi sinir sisteminə güclü stimilasiya təsirinə malikdir,bununlada insanda güclü eyforiya hissi yaradır.Başqa alkaloid vasitələri ilə eyni sırada Cənubi Amerikanın tropik zonalarında yayılmış Eritroksilum bitkisinin (Erythroxylum), ən əsası isə kokain kollarının (Erythroxylum coca) tərkibində var.Bu bitkilər yarpaqların yeyilməsinin qarşısını alaraq insektisid funksiyasnı yerinə yetirir.

Kokain
Ümumi
Sistematik adı Metil(1R,2R,3S,5S)-3-
(benzoiloksi)-8-metil-8-azabisiklo
[3.2.1] oktan-2-karboksilata.
Ənənəvi adı kokain, ekqonilbenzoat, L-kokain,
(R)-(–)-kokain
Kimyəvi formulu əsası: C17H21NO4,
hidroxlorid: C17H22NO4Cl
Nisbi mol. kütl. 1,22 а. k. v.
Molyar kütlə əsası: 303,35 q/mol, hidroxlorid: 339,8 q/mol
Fiziki xassələri
Aqreqat halı (n.ş.) rəngsiz kristallar
Sıxlıq 1,22 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi Əsaslar: 98 °C, hidroxlorid: 197 °C °S
Qaynama nöqtəsi 187 °C
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti 8,41
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,5022
Təsnifatı
CAS-da qeyd. nöm. Əsaslar: 50-36-2, hidroxlorid: 53-21-4
PubChem
EINECS-də qeyd. nöm. 200-032-7
SMILES CN1C2CCC1C(C(C2)OC(=O)
C3=CC=CC=C3)C(=O)OC
RTECS rəngsiz kristallar
ChEBI 27958
ChemSpider
Koki yarpaqları

Tarixi redaktə

Kokainin istifadəsi beş min ildən çox tarixi əhatə edir. "Koka" sözünün özü "boliviya tayfalarının" dillərinin birindən yaranıb. Qədim əfsanəyə əsasən, yerli qadınlardan biri əxlaqsız həyat yaşayırdı, elə buna görə də onu öldürdülər, bədənini isə iki hissəyə böldülər.Bu bədəndən isə kol bitməyə başladı. Bu kolu da "Koka Ana" adlandırdılar.

Psixosimulyator kimi koka yarpaqları ispanlıların gəlişindən əvvəl cənubi amerikalı hindlilər, Şimali Andın yerli sakinləri tərəfindən tibbi və dini məqsədlər üçün,həm də yorğunluğu aradan qaldırıcı kimi, aclığı, susuzluğu yatırtmaq üçün istifadə olunub, bəzən isə əhval-ruhiyyəni qaldırmaq üçün.


Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023