Kolonnada Haqqinda Melumat - Vikipedia

Kolonnada Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kolonnada

memarlıqda sütun cərgəsi və ya cərgələrinin horizontal örtük altında birləşməsinə verilən ad

Kolonnada (fr. colonnade) — memarlıqda sütun cərgəsi və ya cərgələrinin horizontal örtük altında birləşməsinə verilən ad. Kolonnada daha çox portikqalereya formasında tətbiq olunur. Əsas binaya bitişik olan bu forma vizual görüntünün genişliyinə imkan verir[1][2]

Apameya məbədində kolonnada

Tarixi redaktə

İlk kolonna nümunələrinə Misir və Antik dövr memarlığında rast gəlinir. Yunan və Roma abidələrinin vaz keçilməz elementlərindən biri olan kolonna indidə memarlıqda geniş tətbiq olunur.

Xüsusiyyətləri redaktə

Kolonnada tətbiqində əsas cəhətlər sütunların hündürlüyü, diametri, aralarında ki, məsafə və cərgələrin sayıdır. Buraya binanın ümumi həcmi və hündürlüyüdə aiddir.

Tipləri redaktə

  1. Bircərgəli (Peripter) — kolonnada bir cərgə olur. və məbədi dörd tərəfdən əhatə edir.
  2. İkicərgəli (Dipteros) — kolonnada iki cərgəli olur.
  3. Yalançı (Pseudodipteros) — kolonnada bir cərgəli olsa da, binanın sütunlardan uzaq olan hissəsində iki cərgəli olur. Daxildə sütunların nizamı pozulmuş haldadır.

Sütunlar arasında olan məsafələr və digər qanunauyğunluqlar Dorik, Toskan, İonik və Korinf orderlərdə fərqli-fərqli olur[3]

Məşhur kolonnadalar redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "КОЛОННАДА". 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
  2. "colonnade". 2015-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
  3. "Arxivlənmiş surət". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.

Saytda 159 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024