Kolumnist (film, 2019) Haqqinda Melumat - Vikipedia

Kolumnist (film, 2019) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kolumnist (film, 2019)

Kolumnist (nid. De Kuthoer) — rejissor İvo van Aart tərəfindən 2019-cu ildə çəkilmiş olan Hollandiya qara komediya triller filmidir. Film, sosial mediadan müntəzəm olaraq anonim ölüm təhdidləri alan və buna görə də qisas almaq qərarına gələn bir yazıçının (Katja Herbers) hekayəsindən bəhs edir. Film 8 yanvar 2020-ci ildə Hollandiyada nümayiş olunmuşdur.

Kolumnist
nid. De Kuthoer
Rejissor İvo van Aart
Prodüserlər Imre Reutelingsperger
Yamal Stitou
Ssenari müəllifləri Daan Windhorst
Patrick Doran
Baş rolda Rollarda
Bəstəkar Jeffrey van Rossum
İstehsalçı NL Film & TV
Distribütorlar
  • Nederlandse Publieke Omroep
  • BNN-VARA
İlk baxış tarixi 20 dekabr 2019 NPO Start Plus
8 yanvar 2020 Niderland[1]
Filmin növü qara komediya
triller
Ölkə Niderland
Dil Holland dili
İl 2019
IMDb ID9695308

Süjet xətti redaktə

Femke But (Femke Boot), kitabını tamamlamaq üçün müntəzəm olaraq naşirinin təzyiqlərinə məruz qalan və əbədi görünən sosial media vasitəsilə təhdidlər axını ilə mübarizə aparan depressiyaya düşmüş bir qəzet kolumnist yazıçısıdır. Səs-küylü, iyrənc qonşusunun onu təhdid edənlərdən biri olduğunu öyrəndikdən sonra onu öldürür və onun barmaqlarından birini kəsərək özünə mükafat kimi götürür. Bundan sonra onun əhval-ruhiyyəsi kifayət qədər yüksəlir, beləliklə də o həm yazılarını yazmağa, həm də Stiven adlı bir roman yazıçısı ilə romantika yaşamağa başlayır.

Özünə qarşı onlayn təcavüz edənlərin izinə düşməyə və onları öldürməyə davam etməsi, Femkenin müntəzəm olaraq ortalıqdan yoxa çıxmasına və beləliklə də sevgilisi Stiven və qızı Anna ilə münasibətlərində problemlər yaşamasına səbəb olur. Stiven inanır ki, Femke, onu aldadır, qızı Anna isə anasının onun vacib təqdimatında iştirak etmədiyinə görə anasına qəzəblənir.

Femke nəhayət, onlayn zorakılığın lideri Tarıkı evinə qədər izləyir. O, Tarık olduğuna inandığı birini vurur, ancaq sonradan vurduğu şəxsin Tarıkın atası olduğunu öyrənir. Tarık isə yeniyetmə oğlandır. Bu vaxt Anna və Stiven başa düşürlər ki, Femke serialı qatildir. Stiven, onu dayandırmaq üçün gedir, ancaq Stivenin səsindən qorxan Femke Tarıkı güllələyir. Bundan sonra Femke şahid olan Stiveni də öldürməyə və kitabının təqdimat mərasimində iştirak etməyə qərar verir. O, qanlı paltarını da dəyişmədən təqdimat mərasiminə gedir, lakin təqdimatın bütün iştirakçılar onun bu paltarı ilə bədii açıqlama verdiyini zənn edərək onu alqışlayırlar.

Rollarda redaktə

  • Katya Herbers - Femke Boot rolunda
  • Genio de Groot - Arend rolunda
  • Rein Hofman - Arjen Tol rolunda
  • Bram van der Kelen - Steven Dood rolunda
  • Achraf Koutet - Tarik Bos rolunda
  • Claire Porro - Anna Boot rolunda
  • Harry van Rijthoven - Məktəb direktoru rolunda
  • Seno Sever - Polis müfəttişi rolunda

İstinadlar redaktə

  1. "De Kuthoer op NPO 3: 'Deze film is boos over de manier waarop we met elkaar omgaan'". 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024