Konstantin Leontyev Haqqinda Melumat - Vikipedia

Konstantin Leontyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Konstantin Leontyev

Konstantin Nikolayeviç Leontyev (rus. Константи́н Никола́евич Лео́нтьев;(1831-1891) —rus filosofu.

Həyatı redaktə

Fəlsəfi baxışları redaktə

Pravoslavlığın bu dinə etiqad edənlərin hamısını bütövlükdə əhatə edən bir sivilizasiya dəyəri ola bilməməsinin səbəblərini Bizans imperiyasının parçalanmasında görən rus filosof Konstantin Nikolayeviç Leontyev (1831-1891) yazırdı: “Türk təhlükəsi qarşısında Bizans mədəniyyətinin (vizantizm) qalıqları qərbə və şimala parçalanmaqla iki fərqli əsasa döndü. Qərbdə romano-germanlar onsuz da artıq inkişaf dövrü yaşayırdılar və yaxşı hazırlıqlı idilər. Bizans və onun vasitəsilə antik dünya ilə yenidən yaxınlaşma Avropanı dərhal İntibah (Renessans) adlanan inkişaf mərhələsinə gətirib çıxardı və daha yaxşı olardı ki, bu mərhələ Qərbin mürəkkəb inkişaf dövrü adlandırılsın. Şimala doğru Rusiyaya toxunan vizantizm isə XV əsrdə hələ də davam edən sadəlik, yoxsulluq, yekcinslik və hazırlıqsızlıqla qarşılaşdı. Ona görə də burda Qərbdə olduğu kimi yenidən doğula bilmədi. Rusiya öz intibah dövrünə yalnız XVII əsrdə çatdı. Bizans və ellinizmin XV və XVI əsrlərdə Qərbdə oynadığı rolu, Rusiyada XVII əsrdə Qərbin nümayəndələri (polyaklar, hollandlar, almanlar, fransızlar) oynadı”.[1]

İstinadlar redaktə

  1. Константин Леонтьев. Византизм и Славянство. http://knleontiev.narod.ru/articles.htm Arxivləşdirilib 2022-08-06 at the Wayback Machine

Xarici keçidlər redaktə


Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024