Konstantin Lupulesku Haqqinda Melumat - Vikipedia

Konstantin Lupulesku Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Konstantin Lupulesku

Konstantin Lupulesku (rum. Constantin Lupulescu; doğ. 25 mart 1984, Buftya, Rumıniya) — rumıniyalı şahmatçı, qrosmeyster (2006). Ölkəsinin ən yüksək əmsallı oyunçusudur.

Konstantin Lupulesku
rum. Constantin Lupulescu
Konstantin Lupulesku 2021-ci ildə
Konstantin Lupulesku 2021-ci ildə
Ölkə Rumıniya Rumıniya
Doğum tarixi (40 yaş)
Doğum yeri Buftya, Rumıniya
Titulu qrosmeyster (2006)
Son reytinqi
  • 2.579 (fevral 2024)[1]
Maksimal reytinqi 2.660 (aprel 2014)
FİDE nömrəsi 1207822
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahmat karyerası redaktə

Gənclər arasında Avropa çempionatının ikiqat mükafatçısıdır: bürünc (1998, Murekk, 14 yaşadək kateqoriyasında)[2] və gümüş (2000, Halkidiki, 16 yaşadək kateqoriyasında)[3]. Yeddi dəfə Rumıniya çempionatında medal qazanıb: beş dəfə qızıl (2007, 2010,[4] 2011, 2013, 2015), iki dəfə bürünc (2008, 2009).

Dəfələrlə Rumıniyanı komanda yarışlarında təmsil etmişdir:

O, 2009, 2011, 2013 və 2015-ci il Dünya Kuboklarında iştirak etmiş və ilk raundlarda müvafiq olaraq Liviu-Diter Nisipianu,[9] Rüstəm Qasımcanov,[10] Krişnan Sasikiran[11]İqor Lısıy[12] tərəfindən məğlub edilmişdir. Lupulesku 2003[13] və 2006-cı[14] illərdə Buxarest turnirinin qalibi olmuşdur. 2008-ci ildə Timişoara turnirində Vladislav Nevedniçi ilə birinci yeri bölüşdürmüşdür.[15] Eyni ildə Buxarestdə keçirilmiş Viktor Çokıltyanın xatirə turnirində ikinci yeri tutmuş və Open Romgaz turnirində Tamaz Gelaşvili, Anton Filippov, Nicat MəmmədovAleksandr Zubarev ilə 4-8-ci yerləri bölüşdürmüşdür.[16] 2013-cü ildə şahmat üzrə şəxsi Avropa çempionatında Aleksandr Moiseyenko, Yevgeni Romanov, Aleksandr Belyavski, Qrant Melkumyan, Fransisko Valexo Pons, Serqey Movsisyan, Yan Nepomnyaşşiy, Aleksey DreevYevgeni Alekseyev ilə 1-8-ci yerləri bölüşdürmüşdür.[17] 2014-cü ildə İrəvan-da keçirilmiş şahmat üzrə şəxsi Avropa çempionatında 11 raundda 8 xal toplayaraq 6-cı yeri tutmuşdur.[18] Eyni ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümünə həsr olunmuş ənənəvi “Baku Open-2014” Beynəlxalq şahmat festivalında iştirak etmişdir. O, “A” (güclülər) turnirində Rusiya şahmatçısı Ernesto İnarkiyev ilə eyni xal toplayaraq 1-2-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə turnirin qalibi adını Ernesto İnarkiyev qazanıb.[19][20][21]

İstinadlar redaktə

  1. FİDE FIDE Standard Ratings as of 29 february 2024. 2024.
  2. "Jugend-Europameisterschaft 1998 in Mureck". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-22.
  3. "European Youth Championships 2000". 2016-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-22.
  4. "Constantin Lupulescu and Elena-Luminita Cosma are Romanian Chess Champions". Chessdom. 13 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 February 2010.
  5. "Lupulescu, Constantin MEN'S CHESS OLYMPIADS". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-22.
  6. "Lupulescu, Constantin EUROPEAN MEN'S TEAM CHESS CHAMPIONSHIP". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-22.
  7. "Lupulescu, Constantin CHILDREN'S CHESS OLYMPIADS". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-22.
  8. "Lupulescu, Constantin EUROPEAN BOYS' U18 TEAM CHESS CHAMPIONSHIP". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-22.
  9. "Round 1. Results". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-22.
  10. Crowther, Mark. "The Week in Chess: FIDE World Cup Khanty-Mansiysk 2011". London Chess Center. 2011-09-21. 20 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 November 2011.
  11. "Chess World Cup". The Hindu. 16 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2013.
  12. "Results tree". 2015-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-22.
  13. "Tournament report January 2004: Blue Autumn - GM". World Chess Federation. 1 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2009.
  14. "Tournament report July 2006: May Roses Cup". World Chess Federation. 1 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2009.
  15. "Tournament report July 2006: Pius Brinzau Mem". World Chess Federation. 1 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2009.
  16. "Tournament report January 2009: Open Romgaz". World Chess Federation. 24 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2009.
  17. Crowther, Mark. "14th European Individual Championships 2013". The Week in Chess. 2013-05-16. 2013-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2013.
  18. "2014 Euro-Ch: Motylev wins with record result". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-22.
  19. Martínez, David (2014-10-01). "Inarkiev wins photo finish at Baku Open" Arxivləşdirilib 2022-08-22 at the Wayback Machine. Chess24.
  20. Silver, Albert (2014-10-03). "Strong Baku Open is won by Inarkiev" Arxivləşdirilib 2014-10-05 at the Wayback Machine. ChessBase.
  21. "Ernesto İnarkiyev "Baku Open-2014" Beynəlxalq şahmat festivalının qalibidir". 2014-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-22.

Xarici keçidlər redaktə


Saytda 197 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024