Konstantin Qamsaxurdiya Haqqinda Melumat - Vikipedia

Konstantin Qamsaxurdiya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Konstantin Qamsaxurdiya

Konstantin Qamsaxurdiya (gürc.კონსტანტინე გამსახურდია; 3 (15) may 1891, Abaşa, Kutaisi quberniyası, Rusiya imperiyası17 iyul 1975[1], Tbilisi) — gürcü yazıçısı, fəlsəfə doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki(1944), Şota Rustaveli Adına Dövlət Mükafatının laureatı(1965).

Konstantin Qamsaxurdiya
კონსტანტინე გამსახურდია
Doğum tarixi 3 (15) may 1891
Doğum yeri
Vəfat tarixi 17 iyul 1975(1975-07-17)[1] (84 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Gürcüstan Demokratik Respublikası, Rusiya imperiyası
Milliyyəti Gürcü
Uşağı Zviad Qamsaxurdiya
Atası Simon Qamsaxurdiya
Anası Elizabet Topuridze
Təhsili
Fəaliyyəti şair, diplomat, yazıçı
Əsərlərinin dili Ekspressionizm, Ədəbi modernizm
Janrlar Roman, Tarixi roman
Mükafatları Rustaveli Adına Dövlət Mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Konstantin Qamsaxurdiya 1893-cü ildə Köhnə Abaşa kəndində Simon Qamsaxurdiya və Elizabet Topuradzenin ailəsində doğuldu.Konstantine Simonun axrıncı, 9-cu oğlu idi. Əlifbanı kəndin klisə məktəbində öyrəndi. Sonra atası oğulları Konstantin və Venonu Senakinin kilisə məktəbinə qoydu. Konstantin 1904-cü ildə məktəbi bitirdi. Bundan sonra atası Konstantineyi qardaşı ilə birlikdə Ktuaisi Zadəgan Gimnazyasına yerləşdirdi, gimnaziyada oxuduğu illərdə o kəndi Abaşişiyə yanlız tətilllərdə gedirdi. Qamsaxurdiyanın Abaşadakı evi Konstantine 1911-ci ildə Ktuaisi Zadəgan gimnaziyasını bitirdi. O Peterburq,Köniqsberq, Leypsiq, Münhen, Berlin universitetlərində təhsil aldı. 1913-cü ilin yazında ölkəsinə müvəqqəti olaraq qayıtdı. Bu dəfə o, Kita Abaşidze tərəfindən qara daş sənayesi təqaüdünə təyin edildi və 1913-cü ilin oktyabrından 1914-cü ilin mart ayına qədər Moskva Universitetinin tarix və filologiya fakültəsində təhsil aldı. 1914-cü il yay fəslində təhsilini davam etdirmək üçün Almanyaya yollandı. Almaniyada keçən vaxtı ərzində yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa başladı.

 
Qamsaxurdiyanın Abaşadaki evi

Almanyada, Münhen Universitetində, oxuduğu illərdə şəxsi olaraq Tomas Mannla tanış oldu və dostlaşdı. 1914-cü il birinci dünya müharibəsinin başlanması səbəbi ilə həbs olundu və yığışıdrma düşərgəsinə yerləşdirildi. O haradasa bir il müddətində düşərgədə həbsdə qaldı sonra isə Tomas Mannın köməyi ilə azad olundu və Almanyada təhsilinə yenidən davam etmə hüququ verildi. 1916-cı ildə Konstantin Berlin Universitetində yarımçıq qalmış təhsilinə davam etdi hansı ki, bitirməyə bir neçə ayı qalmışdı. Həmin ilin axırlarında Konstantine ölkəsinə qayıtdı, ədəbiyyat və siyasət fəaliyyətinə məşğul olmağa cəlb olundu. O "ictimayi işlər" (gür.სახალხო საქმე) qazetinin redaksiyasında, 1918-ci ildə buraxılan "Prometey" jurnalında işləməyə başladı hansı ki, jurnal gürcü yazıçılar və alimlərinin nümayəndələri tərəfindən əhatə olunmuşdu.

1918-ci ilin sentiyabr ayında yenidən Almanyaya qayıtdı və Gürcüstan Almanya arası əlaqələrdə elçi vəzifəsində işləməyə başladı. 1919-cu ildə Berlin Universitetini bitirdi və elmi işinə görə fəlsəfə doktorluğu dərəcəsini aldı.

 
Gürcüstanın Sovet Rusiyası tərəfindən işğalına qarşı etira olaraq qara çuxa geyinənlər: Konstantin Qamsaxurdiya, V.Kotetişvili, şair Aleksandr AbaşeliPavle İnqorokva

1920-ci ildə yazıçı Gürcüstana qayıtdı ədəbiyyat və eləcə də sosyal-siyasi sahələr üzrə fəaliyyət göstərməyə başladı.1922-ci ildə Q.Tabidze və Leo Kiaçeli ilə birlikdə "lomisi",1922-1923-cü illərdə jurnal "iliouni",1923-cü ildə "Sakartvelos samerkelo" və "Kartuli sitxva" jurnalını nəşr etdi. 1923-cü ildə bir neçə aylıq Konstantine Paris Universitetinə lekisyalara qulaq asmaq üçün yollandı. Tez bir zamanda ölkəyə geri döndü və Tbilis Dövlət Universitetində işləməyə və eyni zamanda da davamlı redaktə və nəşriyyat fəaliyyətini dəvam etdirdi. Lakin hakimiyyət onu universitetdən kənarlaşdırdı, "Ilioni" və "Gürcüstanın Katedrali" nəşrlərini bağladı. Bunun ardından 1924-cü ildə həbs olundu, amma tezliklə sərbəst buraxıldı.

1926-cı ildə yazıçı üçüncü dəfə "casusluq" ittihamları həbs olunub ,konsentrasiya düşərgəsində 10 il həbs cəzasına məhkum edildi. 1927-ci ilin dekabrında rebressiyalı yazıçı xəstəliyə görə həbsdən azad edilmiş və ölkəsinə qayıtmağa icazə verilmişdir. 1931-ci ildə yazıçılar federasiyası, Konstantin Qamsaxurdiyanı, yekdilliklə təşkilatdan çıxartdı.

1944-cü ildə Gürcüstan Elmlər Akademiyasına üzv seçildi. 1965-ci ildə qələmə aldığı "David Ağmaşenebeli" romanına görə Şota Rustaveli Dövlət mükafatına layiq görülmüşdür. O, 1975-ci ildə vəfat etmiş və öz evinin həyətinə dəfn olunmuşdur.[2]

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023