Koreya müharibəsi Haqqinda Melumat - Vikipedia

Koreya müharibəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Koreya müharibəsi

Koreya müharibəsi — ŞimaliCənubi Koreya dövlətləri arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər davam etmiş hərbi münaqişə (əslində müharibənin bitməsi hələ də rəsmən elan olunmayıb). Bəzən bu konfliktə Soyuq müharibə dövründə ABŞ və onun müttəfiqləri ilə ÇXRSSRİ qüvvələri arasında baş vermiş gizli müharibə kimi baxılır. Şimal koalisiyasının tərkibinə Şimali Koreya və onun hərbi qüvvələri, Çin ordusu (amma rəsmən hesab edilir ki, ÇXR konfliktdə iştirak etməmişdir, Çinin nizami ordusu formal olaraq «Çin Xalq Könüllüləri» adlanan birləşmə hesab olunmuşdur) daxil idi. SSRİ rəsmən müharibədə iştirak etməsə də Şimal koalisiyasının maliyələşdirilməsinin və Çin ordusunun təchizatının böyük hissəsini öz üzərinə götürmüşdür. Çoxsaylı sovet hərbi məsləhətçi və mütəxəssisləri müharibənin başlanmasına qədər Şimali Koreyadan çıxarılmış, amma müharibə dövründə SİTA-nın müxbiri adı ilə geri göndərilmişdilər. Cənub koalisiyasınında isə Cənubi Koreya, ABŞ, Böyük Britaniya, həmçinin BMT Sülhməramlı Qüvvələri tərkibində bir sıra başqa ölkələr iştirak etmişdilər.

Koreya müharibəsi
Soyuq müharibə
한국 전쟁
조선 전쟁
조국 해방 전쟁
육이오 사변
육이오 전쟁
한국동란
육이오 동란
경인동란
朝鮮戰爭
抗美援朝戰爭
Saat əqrəbi istiqaməti ilə: ABŞ dəniz piyadaları Çin əsgərini əsir götürür; B-26 hədəfə bomba tökür; Cənubu Koreya qaçqınları; ABŞ desant qüvvələri İnçxonda; BMT qüvvələri Pxenyandan geri çəkilərək 38-ci paraleli keçərkən
Tarix 25 iyun 1950 — 27 iyul 1953 (3 il, 1 ay, 2 gün)
Yeri Koreya yarımadası
Səbəbi Kim İr Senin Koreyanı öz hakimiyyəti altında birləşdirmək cəhdi
Nəticəsi Şimali və Cənubi Koreyalar arasında yeni sərhəd; barışıq və atəşin dayandırılması.
Ərazi dəyişikliyi

Koreya Respublikasının xeyrinə az əhəmiyyətli – cəmi 3900 км² ərazi güzəşti.

  • 38-ci paralelın cənub qərbində bəzi ərazilər KXDR-in, şimal-şərqindəki bəzi ərazilər isə Koreya Respublikasının nəzarətinə keçmişdir.
  • 38-ci paraleli kəsən xətt boyu 4 km enində və 241 км uzunluqda silahsızlaşdırılmış zona yaradıldı.
Münaqişə tərəfləri

 Cənubi Koreya
Bayraq BMT BMT:

Komandan(lar)

Cənubi Koreya Li Sın Man
Bayraq BMT Duqlas Makartur
Bayraq BMT Metyu Ricyey
Bayraq BMT Mark Klark
Türkiyə Adnan Menderes
Türkiyə Tahsin Yazıcı

Şimali Koreya Kim İr Sen
Şimali Koreya Pak Xon Yon[1]
Çin Mao Tszedun
Çin Pen Dexyay

Tərəflərin qüvvəsi

bax: aşağıda

bax: aşağıda

İtkilər

Birləşmiş Millətlər Təşkilatı
həlak olanlar: 40 670
yaralanlar: 104 280
hərbi əsirlər və itkin düşənlər: 9931
Cənubi Koreya
həlak olanlar: 137 899
yaralananlar: 450 742
hərbi əsirlər və itkin düşənlər: 32 838[2]
bax: aşağıda

Müharibənin gedişatında Koreya yarımadasının əldə ələ keçməsi:
*KXDR, yaxud ÇXR qüvvələrinin nəzarətinə keçən ərazilər * Cənubi Koreya, ABŞ və BMT qüvvələrinin nəzarətinə keçən ərazilər

Şimali Koreya(ABŞ hesablaması):
həlak olanlar: 112 min
yaralananlar: 303 min
hərbi əsirlər və itkin düşənlər: 120 min[3]
Çin Xalq Respublikası(ÇXR hesablaması):[4]
həlak olanlar: 60 min
yaralananlar: 383,5 min
müalicəyə göndərilənlər: 450 min
itkin düşənlər: 4000
hərbi əsirlər: 21 min
(ABŞ hesablaması):[3]
həlak olanlar: 400 mindən çox
yaralananlar: 486 min
hərbi əsirlər: 21 min
SSRİ
həlak olanlar: 282 [5]
bax: aşağıda

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adlanması redaktə

İngilis dilində Koreya konflikti daha çox «Koreya müharibəsi» (ing. Korean War) adlandırılır, buna qədər ABŞ-də bu formal olaraq müharibə yox, «polis əməliyyatı» (ing. Police action) hesab edilirdi. ABŞ-nin hərbi vəziyyəti də elan olunmamışdı, halbuki prezident Trumen mülki təyinatlı istehsalın məhdudlaşdırılması hesabına, ölkə iqtisadiyyatının «hərbi yola» keçməsini asanlaşdırmaq üçün planlar hazırlamışdı.

Cənubi Koreyada müharibə daha çox «25 iyun insidenti», «İnsident 6-2-5» Yuqio saben (kor. 육이오 사변, 六二五 事變) adlandırılır, hərbi əməliyyatların, yaxud «Koreya müharibəsi»nin başlanma tarixi ilə Xaqun Çoncen (kor. 한국전쟁, 韓國戰爭), 1990-cı illərin başlanğıcına qədər isə müharibəni həm də tez-tez «25 iyun qarşıdurması», «Qarşıdurma 6-2-5», Yuqio ran (kor. 육이오란, 六二五亂) adlandırmışdılar.

KXDR-damüharibə «Vətən azadlıq müharibəsi», Çoquk Xeban Çoncen (kor. 조국해방전쟁, 祖國解放戰爭) adlandırılır.

Çində «Koreya xalqını dəstəkləmək üçün Amerikaya qarşı müharibə» (çin. 抗美援朝), bir qədər yumşaq isə «Koreya müharibəsi» (çin. 朝鲜战争/朝鮮戰爭) adından istifadə edilir. Çin dilində geniş istifadə edilən digər adlar — «韩战/韓戰», «Koreya müharibəsi» ifadəsinin müxtəsər formasıdır.

Tarixi şərait redaktə

 
İkinci dünya müharibəsinin sonunda Koreyanın bölünməsi

Koreya 1910-cu ildən İkinci dünya müharibəsinin sonuna qədər Yaponiya imperiyasının koloniyası olmuşdur. 5 aprel 1945-cu il tarixdə Sovet İttifaqı Yaponiya ilə aralarında o vaxta qədər qüvvədə olmuş hücum etməmək haqqında Paktı birtərəfli qaydada ləğv etdi. 8 avqustda isə ABŞ ilə bağlanmış müqavilənin təlblərinə uyğun olaraq Yaponiya İmperiyasına müharibə elan etdi. Sovet qoşunları Koreyaya şimaldan, amerikalılar isə Koreya yarımadasıın cənubundan daxil oldu.[6]

10 avqust 1945-ci il tarixdə yapon kapitulyasiyasının qaçılmaz olması ilə əlaqədar, ABŞ və SSRİ öz aralarında Koreyanı 38-ci paralel üzrə bölməyə, yapon ordusunun 38-ci paraleldən şimalda Qızıl Orduya, cənubda isə ABŞ-yə təslim olmalı olduğunu razılaşdılar. Beləliklə yarımada şimalda sovet, cənubu isə ABŞ nəzarətində olan iki hissəyə bölündü. Nəzərdə tutulmuşdu ki bu bölünmə müvəqqətidir.

1945-ci ilin dekabrında isə ABŞ və SSRİ ölkənin müvəqqəti idarə olunması barədə müqavilə imzaladılar. Hər iki hissədə – şimalda və cənubda, hökumətlər formalaşdırıldı. Yarımadanın cənubunda ABŞ BMT-nin dəstəyi ilə seçki keçirdi; başda Li Sın Man olmaqla hökumət seçildi. Solçu partiyalar isə bu seçkiləri baykot etdi. Şimalda isə hakimiyyət sovet ordusu tərəfindən başda Kim İr Sen olmaqla kommunistlərin əlinə verilmişdi. Antihitler koalisiyası ölkələri təklif edirilər ki, bir müddətdən sonra Koreya birləşdirilsin. Amma ki SSRİ və ABŞ yeni başlayan soyuq müharibənin şərtləri çərçivəsində bu birləşmənin detalları barədə heç cürə razılığa gələ bilmədilər. Buna görə də 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı ABŞ prezidenti Trumenin təklifi ilə Koreyanın gələcəyinə cavabdehliyi öz üzərinə götürdü.

Əlavə redaktə

1947-ci ilin mayında Cənubi Koreyanın Milli Məclisinə demokratik seçkilər keçirildi, keçid hökuməti yaradıldı.Cənubi Koreyada dövlət quruculuğu sahəsində ən mühüm tədbir 1948-ci ilin avqustunda Koreya respublikası yaradılmasının elan edilməsi oldu. Liberal partiyasının lideri Li Sın Man Koreya Respublikasının ilk prezidenti seçildi. Buna cavab olaraq Şimalda da 1948-ci ilin 25 avqustunda Koreya Ali Xalq Məclisi yaradıldı. Məclis 1948-ci ilin 9 sentyabrında Koreya Xalq Demokratik Respublikasının yaradıldığını elan etdi. Nazirlər Kabinetinə başçılıq Kim İr Sena tapşırıldı. O, eyni zamanda Koreya Əmək partiyasının sədri də seçildi. Beləliklə də Koreyanın iki yerə bölünməsi hüquqi baxımdan da təsbit olundu.

Tərəflərdən hər biri özünü qanuni hesab edir, digərinin varlığı fikrini yaxına buraxmırdı. Təbiidir ki, belə bir vəziyyətin yaranması bir tərəfdən regionda iki supergücün - Sovet İttifaqı və ABŞ-nin üstünlük uğrunda mübarizəsindən irəli gəlirdisə, o biri tərəfdən qarşıdurmanın daha da kəskinləşməsinə, silahlı münaqişənin qaçılmaz olmasına zəmin olaraq qalırdı. Doğrudur, formal olaraq sovet qoşunları 1948-ci ilin sonunda, amerika qoşunları isə 1949-cu ilin əvvəlində yarımadadan çıxmışdılar. Əslində isə hər iki tərəf müəyyən adlar altında burada yetərincə hərbi qüvvələr saxlamışdı və faktik olaraq Koreyanı ikiyə bölən 38-ci en dairəsi qarşı-qarşıya dayanmış iki dünya sistemini ayıran cəbhə xətti idi.

ABŞ-nin Cənubi Koreya və Yaponiyada hərbi qüvvələrinin mövcudluğu onun strateji baxımdan qüvvətli bir durumda olduğuna dəlalət edirdi. Sovet İttifaqı hələlik başı Çində kommunistlərin hakimiyyətə gətirilməsi uğrunda mübarizənin təşkilinə qatıldığından ABŞ-nin bu durumuna dözürdü. Elə ki, Çin 1949-cu ilin sonralarında kommunist rejimi idarəsi altına keçdi, bundan sonra Sovet İttifaqının Asiyada güclənməsi imkanları kifayət qədər genişləndi. Sovet rəhbərliyi belə düşünürdü ki, artıq ABŞ-ni Asiya qitəsindən atmaq zamanı çatmışdır. Bu işi Koreyada həyata keçirmək mümkün olardısa, onda ABŞ-nin Yaponiyadan da çıxarılması asanlaşa bilərdi.

Elə bu səbəbdən də Sovet İttifaqının təlimatı ilə KXDR rəhbərliyi Cənubi Koreyaya qarşı hərbi təcavüzə qərar verdi. 1950-ci ilin 25 iyununda səhər tezdən KXDR silahlı qüvvələri bütün sərhəd boyunca Cənuba qarşı hərbi əməliyyatlara başladılar. Həm də bu zaman Şimal elan edirdi ki, hərbi əməliyyatların başlanmasında Cənub günahkardır. Bu baxımdan 1990-cı ildə sovet mətbuatında Koreya müharibəsi dövründə KXDR baş qərargah rəisinin müavini olmuş, 1955-1956-cı illərdə SSRİ-də səfir işləmiş, siyasi motivlərə görə vətənə qayıtmaqdan imtina etmiş Li San Çanın dərc edilmiş məlumatı çox şeyi açıqlayır. Li San Çan bildirmişdir ki, müharibəni Şimali Koreya başlamışdır, təşəbbüs Kim İr Sen tərəfindən irəli sürülmüşdür və İ.V.Stalin tərəfindən bəyənilmiş və dəstəklənmişdir. Hərbi əməliyyatların bütün sərhəd boyunca aparılması, mütəşəkkil şəkildə müəyyən edilmiş istiqamətlərdə hücumlar edilməsi və qısa bir zaman kəsiyində böyük ərazilərin ələ keçirilməsi də müharibənin əvvəlcədən yüksək səviyyədə planlaşdırıldığına dəlalət edir. Belə ki, 38-ci en dairəsi boyunca cəmləşdirilmiş Şimali Koreya silahlı qüvvələrinin qəflətən hücumu artıq üç gündən sonra Seulun işğalı ilə nəticələnmişdi. Cənubi Koreya olduqca ağır bir duruma gəlmişdi.

Belə olduqda ABŞ məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxardı, Şimali Koreya təcavüzkar elan olundu və ona qarşı mübarizə aparmaq üçün Cənubi Koreyaya BMT silahlı qüvvələrinin göndərilməsi qərara alındı. BMT silahlı qüvvələri müxtəlif dövlətlərin əsgərlərindən ibarət idi. Ancaq əksəriyyəti ABŞ əsgərləri təşkil edirdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu silahlı qüvvələrin sırasına Türkiyə də bir diviziya göndərmişdi. Milli istiqlal savaşından keçən müddət ərzində ilk dəfə idi ki, türk əsgəri hərbi əməliyyatlarda iştirak etdi və onun Koreyada göstərdiyi qəhrəmanlıq Türkiyənin NATO-ya üzv qəbul edilməsində mühüm bir rol oynadı.

Hərbi əməliyyatların getdiyi bir zamanda 1951-ci ilin iyun ayından atəşin kəsilməsi və barış danışıqlarına başlamaq haqqında razılaşma əldə edildi. Danışıqlar təklifi Şimali Koreyadan, təbiidir ki, Sovet İttifaqının təşəbbüsü və razılığı ilə gəlmişdi. Danışıqların getdiyi dövrdə hərbi əməliyyatlar hələ də davam etdirilirdi. Nəhayət, sovet lideri İ.V.Stalinin 1953-cü ilin martında ölməsi, bunun ardınca ali siyasi hakimiyyət daxilində mübarizənin güclənməsi və kəskinləşməsi səbəbindən Sovet İttifaqı təqdim olunan şərtlərə razı oldu. 1953-cü ilin iyulunda Phanmuncom kəndində \Keson şəhərinin yaxınlığında\ tərəflər arasında barışıq haqqında saziş imzalandı.

Qeyd edək ki, istər danışıqlarda, istərsə də barışıq haqqında sazişin imzalanması prosesində Çin də «könüllülər» adından iştirak edirdi. Sazişin şərtlərinə görə Şimali Koreya və Cənubi Koreya arasındakı sərhəd yenə də 38-ci en dairəsindən keçirdi. İki Koreyanın durumunda heç bir dəyişiklik olmadı. Yalnız Sovet İttifaqı və ABŞ-nin Koreyadan çıxmayacaqları gerçəkləşdi. Halbuki, sazişin şərtlərinə görə xarici qoşunlar 90 gün ərzində Koreyadan çıxmalı idi. Koreyanın birləşdirilməsi və bərpası üzrə BMT-nin Komissiyası ölkənin gələcəyi haqqında tədbirlər hazırlamalı və həyata keçirməli idi.

1953-cü ilin 1 oktyabrında ABŞ ilə Cənubi Koreya arasında bağlanan müqavilənin şərtləri ilə ölkədə amerika hərbi qüvvələrinin saxlanılmasına hüquqi əsas verilmiş oldu.

Bu müharibə Koreya xalqına böyük bəlalar gətirdi. Çox böyük əksəriyyəti Şimaldan olmaqla milyonlarla dinc əhali və əsgər məhv edildi və yaralandı. 1 mln-a yaxın çinli əsgər öldürüldü və şikəst edildi. BMT qoşunlarının itkisi 54 min nəfər olmuş, ölkənin iqtisadiyyatına güclü zərər dəymişdir.

İstinadlar redaktə

  1. Faktiki olaraq Kim İr Sen ilə birlikdə ölkənin rəhbəri olmuşdur, bax: 이지수. "2010, 인물로 다시 보는 6·25 "이 자식아, 전쟁지면 너도 책임있어" 김일성, 박헌영에 잉크병 집어 던져" (koreya). 조선일보. 2012-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-15.
  2. "6.25 전쟁의 피해" (koreya). 대한민국 국방부. 2011-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-25.
  3. 3,0 3,1 Michael Hickey. "The Korean War: An Overview". BBC. 2012-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 декабря 2011.
  4. Xiaobing Li. A History of the Modern Chinese Army. Lexington, KY: University Press of Kentucky. 2007. 111. ISBN 978-0-8131-2438-4.
  5. Grigorij F. Krivošeev. Soviet Casualties and Combat Losses in the Twentieth Century. London: Greenhill. 1997. ISBN 1-85367-280-7.
  6. Dankwart A. Rustow. "The Changing Global Order and Its Implications for Korea's Reunification" (ingilis). 2001-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-05-07.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023