Koroğlu Rəhimov Haqqinda Melumat - Vikipedia

Koroğlu Rəhimov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Koroğlu Rəhimov

Koroğlu Rəhimov (31 oktyabr 1953, Xaçmaz, Vartaşen rayonu3 iyul 1992, Ağdərə, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, leytenant, "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri.

Koroğlu Rəhimov
Koroğlu İsmayıl oğlu Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 31 oktyabr 1953(1953-10-31)
Doğum yeri
Vəfat tarixi 3 iyul 1992(1992-07-03) (38 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Leytenant
Vəzifəsi Bölük komandiri
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı — 1994

Koroğlu Rəhimov 17 mart 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri olmuşdur. Dəstəsi ilə bərabər Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkəç, Mənəşli kəndlərini düşmən işğalından azad etmişdir. 1992-ci ildə Ağdərə uğrunda olan döyüşlərdə həlak olmuşdur.[1] Ölümündən iki il sonra, 16 sentyabr 1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[2] Bakıda yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Haqqında 2 film ekranlaşdırılmış, bir neçə məqalə, kitablar nəşr edilmiş və şeirlər dərc olunmuşdur. BakıdaOğuz şəhərində adına küçə var. Bakının Nərimanov rayonunda büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndində 3№-li körpələr evi Koroğlu Rəhimovun adını daşıyır.

Bioqrafiya redaktə

Erkən illəri redaktə

 
Koroğlu Rəhimov gənc yaşlarında

Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə 7 illik Yaqublu kənd orta məktəbinə getmişdir.[3] O, uşaqlıqda nadinc olmuşdur.[4] 1961-ci ildə ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçmüşdür. 1969-cu ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gəlmiş və burada Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayır. Koroğlu əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri zavodunda başlayıb.[3]

Koroğlu Rəhimov təvəzökar, ailəcanlı və vətənpərvər insan idi.[4] 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan qovulması, 1990-cı ilin Qanlı Yanvar hadisələri və 1992-ci ilin fevralın 25–26-da baş verən Xocalı soyqırımı, onun milli ordu sıralarına könüllü olaraq yazılmasında böyük təsir göstərmişdir.[5]

Müharibədə iştirakı redaktə

Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixində Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılıb. 30 aprel 1992-ci il tarixində "N" saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə hərbi komandir təyin olunmuşdur.[6] 13 iyun 1992-ci ildə bölük Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç kəndlərini yaraqlılardan azad edib.[3] Dəstə 15 erməni yaraqlısını məhv etmiş və 4 nəfəri əsir götürərək xeyli silah-sursat əldə etmişdir. Koroğlu 5 faşisti məhv etmişdi.[6] Bu uğurdan ruhlanan döyüşçülər ertəsi gün, iyunun 14-də başqa bir kəndi — Mənəşlini də yaraqlılardan təmizlədilər. Sayca üstünlüyə baxmayaraq, ermənilər xeyli tələfat verməli oldular. 8 quldur öldürüldü. İyunun 15-də döyüşçülər daha mühüm obyekti — düşmənlərin ələ keçirdiyi Başkənd kəndini də azad etdilər. MadagizGülüstan kəndləri də bir-birinin ardı ilə düşməndən azad edildi.[3][5]

21 iyun 1992-ci ildə Madagiz kəndi uğrunda yenidən qanlı döyüş gedirdi. Koroğlu rabitə qovşağının önündən çəkilmirdi. Elə bu an tabor komandiri Yaşar Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gəlir. Koroğlu öz dəstəsi ilə döyüşçü dostlarının köməyinə çatır. Əməliyyat uğurla nəticələnir. Madagiz ikinci dəfə işğaldan azad edilir.[5][7]

Ölümü redaktə

 
Bakıda Şəhidlər xiyabanında Koroğlu Rəhimovun məzarı

3 iyul 1992-ci ildə bölük Koroğlunun əmri ilə Ağdərə istiqamətində hücuma keçir.[8] Bu onun son döyüşü idi. O Ağdərə yaxınlığındakı üçüncü savxozu erməni hərbçilərindən azad edir. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Koroğlu Rəhimov şəhid olur. Onun ölüm xəbəri hər kəsi sarsıdır.[3] Cəsarətli komandirin şəhid olması onun bütün döyüş yoldaşlarını təəccübləndirir.[8] 1992-ci ildə vəfatından sonra 38 yaşlı milli qəhrəman Bakıda Şəhidlər xiyabanında dəfn edilir.[9]

Şəxsi həyatı redaktə

Atası İsmayıl Rəhimov müəllim, anası Sura xanım evdar qadın idi.[3] İsa Rəhimov və Şahin Rəhimov adlı qardaşıları və iki bacısı var.[10] 1979-cu ildə əmisi qızı Aybəniz adlı xanımla ailə həyatı qurmuşdur. Rəşad, Samir, Ülviyyə adlı üç övlad atası idi. Koroğlu, Mətin, Əzizağa, Fateh və Mələk adlı beş nəvəsi var.[3]

İrsi və xatirəsi redaktə

 
Bakının Nərimanov rayonunda Koroğlu Rəhimovun büstü.[11]
 
Koroğlu Rəhimovun xatirə lövhəsi

Bakının Nərimanov rayonunda küçələrdən birinə "Koroğlu Rəhimov küçəsi" adı verilib və bu küçədə onun büstü qoyulub.[12][13] Oğuz rayonunun Xaçmaz kəndində yerləşən 3№-li körpələr evi, Oğuz şəhərində küçə Koroğlu Rəhimovun adını daşıyır.[10][14]

20 dekabr 2008-ci ildə Koroğlu Rəhimovun 55 illiyi münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında yığıncaq keçirilib.[15] Yığıncaqda Koroğlu Rəhimovun döyüş yoldaşları, ailə üzvləri, ictimai-siyasi xadimlər, ziyalılar, Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin nümayəndələri iştirak ediblər.[15] Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev, Prezident aparatının iqtisadi siyasət şöbəsinin müdiri Mail Rəhimov, universitetin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad İnstutunun direktoru İsa Alıyev və başqaları çıxış ediblər.[4][15]

Ədəbiyyat redaktə

Ölümündən sonra qəhrəmanlığı haqqında "Azərbaycan", "Vətən səsi", "Azərbaycan ordusu" və digər qəzetlərdə geniş məqalələr yazılıb.[2][3] Koroğlu Rəhimovun keçdiyi döyüş yolu haqqında Abdulla Qurbaninin "Koroğlunun Ağdərə səfəri",[16] Əli Qurbaninin "Koroğlular uzaqdan gələn yolda", Qədir Aslanın "XX əsrin Koroğlusu", Oqtay Əliyevin "Əbədiyyətə qovuşan Koroğlu", Sabir Arazlının "Koroğlu" kitabları nəşr olunmuş, 2-ci sinif oxu kitabında Koroğlu Rəhimov haqqında hekayə və Oqtay Rzanın "İki Koroğlu" şeiri dərc edilib.[3][4] O, Koroğluya həsr etdiyi şeirin bir bəndində belə yazır.[17]

Qəbri önündəyəm görəsən onun,

Gəzib damarında hansı duyğular,
Sübut eyləyib ki, qoç Koroğlunun,

Vətəndə evi də, məzarı da var.

"İki Koroğlu", Oqtay Rza.[17]

Filmoqrafiya redaktə

2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər studiyasında istehsal olunan "Azərbaycan milli qəhrəmanları" silsiləsindən 4-cü sənədli filmi "Vətənim mənim" Koroğlu Rəhimova həsr olunub. 10 dəqiqəlik sənədli filmin ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Kəmalə Musayeva, operatoru Rüfət Süleymanov, prodüseri Böyükağa Məmmədovdur. Sənədli ekran əsəri Koroğlu Rəhimovun keçdiyi şücaətli döyüş yolunu əks etdirən xroniki kadrlar üzərində qurulub.[18] 31 oktyabr Koroğlu Rəhimovun ad günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Koroğlu Rəhimovun ailə üzvləri, döyüşçü dostları, yazarlar, QHT təmsilçiləri və gənclər iştirak edib. Tədbirdə film nümayiş etdirilib. Qardaşı İsa Rəhimov, "Əbədiyyətə qovuşan Koroğlu" kitabının müəllifi Oqtay Əliyev, Koroğlu Rəhimovun bölüyündə döyüşmüş Şahin Zəkiyev, şairə-publilist Nəsibə İsrafilqızı, milli qəhrəman Rövşən Əliyevin bacısı Fəranə xanım da tədbirdə iştirak edib.[10] Həmin il Etibar Məmmədovun ssenarisi əsasında "Əbədiyyətə qovuşan Koroğlu" filmi ekranlaşdırılmışdır.[19][20] 40 dəqiqəlik ekran əsərində Koroğlu Rəhimovun döyüş yolu öz əksini tapıb. 2010-cu ilin yanvarın 19-u sənədli filmin təqdimat mərasimi keçirilib. Təqdimat Azərbaycan Respublikas Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşkilat dəstəyi ilə keçirilib.[20]

  1. Azərbaycan milli qəhrəmanları. Koroğlu Rəhimov. Vətənim mənim (film, 2010) — (qısametrajlı sənədli televiziya filmi)[10]
  2. Əbədiyyətə qovuşan Koroğlu (film, 2010) — (tammetrajlı sənədli televiziya filmi)[20]

Təltif və mükafatları redaktə

Koroğlu Rəhimovun "Qızıl Ulduz" medalının sənədi və Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif fərmanı (1994).

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyün qorunmasında, Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Qalereya redaktə

İstinadlar redaktə

  1. Qurbani A. Koroğlunun Ağdərə səfəri: (Dastan).- B.Azərbaycan.- 1995.- 31 s.
  2. 2,0 2,1 2,2 Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /Tərtib edəni: H.M.Həmidova.- B., 2008.- s.176
  3. 3,0 3,1 3,2 3,3 3,4 3,5 3,6 3,7 3,8 "Milli Qəhrəman Koroğlu Rəhimovun doğum günüdür". Sosial (az.). 31 oktyabr 2015. 29 iyun, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  4. 4,0 4,1 4,2 4,3 "Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun doğum günüdür – FOTO" (az.). www.1news.az. 31 oktyabr. 28 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  5. 5,0 5,1 5,2 Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" Bakı: "Poliqraf", 2005, səh. 129–130.
  6. 6,0 6,1 Vüsal Nəbiyev. "Qəhrəmanlar ölmürlər: Leytenant Koroğlu Rəhimov" (az.)). interaztv.com. 15 fevral 2014. 28 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  7. Milli Qahramanlar.Az. "RƏHİMOV KOROĞLU İSMAYIL oğlu" (az.). milli.qahramanlar.az. 28 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  8. 8,0 8,1 "Сегодня Национальному герою Азербайджана Кероглу Рагимову исполнилось бы 64 года – ФОТО" (rus). www.1news.az. 31 oktyabr 2017. 28 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  9. "Milli Qəhrəman Koroğlu Rəhimov yad edilib" (az.). m.lent.az. 1 noyabr 2014. 28 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  10. 10,0 10,1 10,2 10,3 "Milli Qəhrəman Koroğlu Rəhimov ad günündə yad edilib" (az.). [1]. 3 noyabr 2014. 2018-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  11. Modern.az. "Milli Qəhrəman Koroğlu Rəhimovun anım günüdür" (az.). m.modern.az. 3 iyul 2017. 28 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  12. Ann.az. "Bu gün Milli Qəhrəman Koroğlu Rəhimovun doğum günüdür" (az.). ann.az. 31 oktyabr 2016. 28 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  13. Oxu.az. "Улица Кероглу Рагимова закрыта на ремонт – ПРЕДУПРЕЖДЕНИЕ" (rus). ru.oxu.az. 20 yanvar 2015. 2018-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  14. "Milli Qəhrəman Koroğlu Rəhimovun doğum günüdür" (rus). oxu.az. 31 oktyabr 2015. 28 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  15. 15,0 15,1 15,2 Fəxriyyə. ""Əbədiyyətə qovuşan Koroğlu"" (az.). medeniyyet.az. 25 dekabr 2008. 2018-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  16. Qəhrəman atasının təşəkkürü: [Yazıçı, publisist A.Qurbaniyə] //Ədəbiyyat qəzeti.- 1995.- 3 mart.
  17. 17,0 17,1 Minayə Nəsibova. "Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsinə…" (az.). karabakhmedia.az. 3 iyul 2016. 28 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  18. İntiqam Hacılı. ""Salnamə" sənədli filmlərin çəkilişlərini davam etdirir". Mədəniyyət (az.). ANL. 19 may 2010. 28 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  19. 20-ci əsrin "Koroğlu"su: [Kinematoqrafçılar İttifaqında Etibar Məmmədovun ssenarisi əsasında çəkilmiş "Əbədiyyətə qovuşan Koroğlu" sənədli filminin təqdimat mərasimi] // Mərkəz.- 2010.- 20 yanvar.- S. 11.
  20. 20,0 20,1 20,2 Mərkəz. "Milli Qəhrəman Koroğlu Rəhimov haqqında film çəkilib". Mədəniyyət (rus). ANL. 20 yanvar 2010. 28 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2018.
  21. Azərbaycan Milli Qəhrəmanları. Azərbaycan müəllimi.- 2010.- 28 may.-S.242–243
  22. Hacızadə İ. Milli qəhrəmanlarımızdan biri //Azərbay- can.- 1994.- 21 sentyabr.

Ədəbiyyat redaktə

Xarici keçidlər redaktə


Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023