Kris Sfiris Haqqinda Melumat - Vikipedia

Kris Sfiris Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kris Sfiris — (tam adı: ing. Chris Spheeris; d.1956 8 iyun; ABŞ, Viskonsin ştatı, Milvoki şəhəri) amerikalı bəstəkar, New-age üslubunda yunan mənşəli multi-instrumentalist. Kris Sfiris yeniyetmə yaşından gitara üçün musiqimahnı yazmağa başlamışdır. O, bənzərsiz musiqi üslubu yaratmış və New-age musiqi üslubunun əfsanəsi sayılır. Vangelis, Kitaro, Karunesh, Era, Enia kimi musiqiçikollektivlər ilə bir sırada dayanır.

Kris Sfiris
Chris Spheeris
Ümumi məlumatlar
Doğum tarixi (67 yaş)
Doğum yeri ABŞ, Viskonsin ştatı, Milvoki şəhəri
Vətəndaşlığı ABŞ ABŞ
Milliyyəti yunan
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, musiqiçi, prodüser, gitaraçı,
Janr New-age
Musiqi aləti gitara
Albom şirkətləri "Columbia Records", "Higher Octave Records"
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ailəsi redaktə

Kris Sfiris 1956-cı ilin iyunun 8-də ABŞ-nin Viskonsin ştatının Milvoki şəhərində anadan olmuşdur. K.Sfirisin ailəsi sirk şousu "Magic Empire Shows"nu idarə edirdi. Sfirisin doğma əmisi sirkə rəhbərlik etmiş və orada pəhləvan kimi çıxış etmişdir. Əmisinin həyat yoldaşı sirkdə bilet satan idi. Sfirisin əmisi oğlu Cimmi Sfiris (Jimmie Spheeris), 70-ci illərdə caz-rok və yeni dalğa janrında işləyən, məşhur müğənnimusiqiçi idi. O, 1984-cü ilin iyunun 4-də vəfat etmişdir. K.Sfirisin əmisi qızı Penelopa Sfiris (Penelope Spheeris) amerikalı rejissor, ssenaristprodüserdir. O, "Qərb sivilizasiyasının dağılması" kimi məşhur sənədli filmlərin rejissorudur. Bundan başqa, o, onlarla kinofilmlər çəkib, onlardan kommersiya cəhətdən ən uğurlusu 1992-ci ildə çəkilmiş "Ueynin dünyası"dir. K.Sfirisin kiçik qardaşı Kosta Qavras (Costa Gavras) isə yunanfransız rejissorussenaristidir.

Yaradıcılığının ilk dövrü redaktə

K.Sfiris musiqidə ilk addımlarını atmağa başlayanda onun hələ yeddi yaşı tamam olmamışdı. Ona ilk addımları atarkən ailəsi kömək olmuş və dəstəkləmişdir. Kris Sfirisin böyük bacısı pianoçu idi, anasınənəsi Yunan xalq melodiya və mahnılarını ifa edirdilər. O, uşaq olarkən öz qohumlarından musiqi dərsi alıb, onlar vaxtilə çox düzgün musiqi təhsili alıblar. K.Sfiris, həmçinin Elton John, The Beatles, Johnny Mitchell və s. kimi müasirlərini dinləməyi sevib. O, çox illər sonra tanınmış bəstəkar və gitaraçı kimi deyil, həmçinin uğurlu prodüser kimi etiraf etdi ki, indiyə kimi vəfat etmiş əmisi oğlu — Cimmi Sfiris kimi yaxşı musiqiçi tanımır.

 

Karyerası redaktə

Kris Sfirisin musiqi karyerasının lap əvvəlində əsərlərində Yunan xalq musiqi motivləri xüsusi üstünlük təşkil edirdi. Krisin karyerasında dönüş baş verənə qədər o yalnız gitara çalırdı. 20 yaşı olanda o, gitaraçı və bəstəkar Polom Vudurisom (Paul Voudouris) ilə tanış olmuş və birlikdə çalışmışlar - bu 70-ci illərin sonlarında və 80-ci illərin əvvəllərində baş vermişdir. Pol Sfirisi sintezatorlarla və yeni albomu GenesisYes and Brian Eno ilə tanış etdi. Elə o zaman K.Sfiris elektron alətlərdən istifadə etməyə başlamış və təkcə gitarada çalmaq yox, daha aydın, parlaq hiss və emosiyalar ifadə edən musiqi yaratmışdır. Kris tez-tez valideynləri ilə dünya səyahətinə çıxırdı və bu, onun musiqi zövqünə təsir edirdi. O, səyahət edərək fərqli mədəniyyət üçün xarakterik olan səslərə diqqət edirdi. Kris ekzotik ahəngliyi olan "musiqi lüğəti" yaratmış, hansı ki gələcəkdə öz əsərlərində istifadə etmişdir. 1996-cı ildə Robert Cory ilə birlikdə unikal iş olan - "Mystic Travellər" albomu işıq üzü gördü, bu əsaslı surətdə Sfirisin əvvəl etdiklərindən fərqlənirdi. Kris bütün treklərin əsasını təşkil edən etnik lövhələri dünyaya səyahət edərkən qeyd etmişdir.

Şəxsi etiket redaktə

Qrup dağılandan sonra 80-ci illərin ortalarında K.Sfiris klavişli üçün daha mürəkkəb kompozisiyalar yaratmağa başladı, hansı ki bu, nümayiş örtüyü üçün yazıdı. Bu örtüklərdən biri Columbia Records şirkətinin diqqətini çəkmiş və 1985-ci ildə onunla müqavilə bağlamışdır. Bu etiket altında debüt albomları - "Desires Of The Heart" и "Pathways To Surrender" işıq üzü görmüşdür. Columbia Records ilə əməkdaşlıqdan sonra, Kris Sfiris şəxsi etiketini yaratmışdır. Həmçinin Sfiris televiziya üçün sənədli filmlərin musiqi tərtibatında fəal iştirak etmişdir.

Mükafatları redaktə

Kris Sfiris son 20 il ərzində toplular daxil olmaqla 17 albom buraxmışdır.

  • 1991-ci ildə onun valı "Enchantment" platin statusu almışdır.
  • 1995-ci ildə Sfirisin "Mystic Travellər" albomu qızıl mükafata layiq görülmüş, elə həmin il yunan müğənnisi Konstantina onun musiqisi üçün mahnılar albomunu yazdırıb və Yunanıstanın ən yaxşı müğənnisi seçilmişdir.
  • 1997-ci ildə Sfiris Robert Kori ilə birlikdə 13 hissədən ibarət "Mystic Lands" süitasını yazmış, hansı ki "Chip Dunkan" filminin musiqisi olmuşdur.
  • 2000-ci ilin əvvəlində Sfiris "Higher Octave Records" şirkəti ilə əməkdaşlığa başlamış və bu etiketlə ilk albomunu "Dancing With The Muse" buraxmışdır.
  • 2001-ci ildə isə "Brio" daha bir platin mükafatına layiq görülmüşdür.

Asudə vaxt redaktə

Kris Sfiris hərtərəfli istedadlı insan, uşaqlıqdan rəssamlıqla, poeziyamusiqi ilə məşğul olmuşdur. Sonralar onun maraqları sırasına sənədli kino və praktiki fəlsəfə əlavə olunmuş, hansı ki Sfiris İngiltərədə öyrənmişdir. Bu gün onun sayca 13 solo plastinka, 60-dan çox sənədli film üçün yazılan musiqi parçaları vardır. K.Sfirisin fikrincə, onun musiqisi - fiziki, səs təcəssümünü ali emosional və mənəvi ali sahələri ilə əlaqələnir. Sitat: "Musiqiçi riskdən qorxmamalıdır. Risk - böyük sənətin açarıdır. Musiqiçi riski itirirsə, bu, sondur".[1]

Diskoqrafiya redaktə

  • 1987 - Desires of the heart
  • 1988 - Pathways to surrender
  • 1990 - Enchantment
  • 1993 - Culture
  • 1994 - Desires
  • 1994 - Passage
  • 1995 - Europa
  • 1996 - Mystic traveller
  • 1997 - Eros
  • 1998 - Crystal Dreams
  • 1999 - Dancing with the Muse
  • 2000 - Allura
  • 2000 - Platinum 2Cd
  • 2001 - Adagio
  • 2001 - Best Dreams Mystic Hits Vol 18
  • 2001 - Brio
  • 2001 - The Best 1990-2000
  • 2004 - Mediterranean Cafe
  • 2005 - Essentials
  • 2009 - Greatest Hits
  • 2011 - Maya (and the Eight Illusions)
  • 2013 - Respect
  • 2014 - Across Any Distance

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. "Rəsmi saytı". 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11.

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023