Krunk Haqqinda Melumat - Vikipedia

Krunk Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Krunk (erm. Կռունկ - durna) — Abxaziyada yaradılan erməni mədəni və xeyriyyə cəmiyyəti. Krunk Suxumi və şərqi Abxaziyada erməni maraqlarını təmsil edən əsas təşkilat idi.

Tarixi redaktə

1989-cu ildə Krunk hərəkatının fəalları Ermənistana səfər edib və Ermənistan dini lideri katolikos I Vazgen tərəfindən qəbul edilib.[1] Siyasi partiyalar Erməni İnqilabi Federasiyası (Daşnaksütun) ilə əlaqələri yaradıb, öz növbəsində Daşnaksütun də strukturlarını qurmaq üçün Krunka dəstək verib.[1] Məhz bundan sonra Krunk yaradılıb.[1]

1990-cı il yanvarın 27-də təşkilat ilk təsis qurultayını keçirib.[2] 1991-ci il fevralın 21-də Krunk Soyuz ictimai-siyasi təşkilatlar blokunun qurucu üzvü idi.[3] 2004-cü il 15 apreldə, Krunk Ermənistan Mədəniyyət Mərkəzi və Maştots cəmiyyəti ilə birləşib, Abxaziya erməni cəmiyyətini yaratmışdır.[4]

Abxaziyada Krunk erməni mədəni və xeyriyyə cəmiyyəti kimi sosial, hüquqi və digər ictimai sahələrdə erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırırdı.[1] Seperatçı qrumun “xarici işlər naziri” Sergey Şamba da Krunkun fəaliyyətlərini, apardığı təbliğat platformasının gürcülərə qarşı yerli ermənilərdə əks düşüncələr yaratdığını bildirirdi:

"  Sovet dövründə Tiflisdən Abxaziya üçün tipik müstəmləkə xarakterli siyasət aparılırdı. Biz həqiqətən müstəmləkədə yaşayırdıq. Belə olan halda erməni əhalisi Abxaziyada özünü qərib hesab edirdi. Tiflisin düşüncələrinə görə, ermənilər, o cümlədən abxazlar onların torpaqlarında yaşamamalı idi. Bu torpağın sahibləri yalnız gürcülər sayılırdı. Bu vəziyyətdə, Albert Topolyanın rəhbərlik etdiyi Krunk təşkilatı ortaya çıxdı. Bu təşkilat anti-gürcü mövqeyi tutdu və ermənilərə təbliğatla izah edirdi ki, Abxaziya abxazlar kimi onların da vətənidir. Müharibə başlayanda, bir çox ermənilər vətəni müdafiə etmək üçün silahlandı.[1] " 

Dağlıq Qarabağda fəaliyyəti redaktə

Qarabağdakı Krunk təşkilatı məqsədini rəsmən regionun tarixi onun Ermənistan ilə əlagələrini öyrənmək, eləcə də, tarixi abidələri bərpa etmək olduğunu bəyan etsə də, əslində təşkilat silahlı dəstələr yaratmaq, kütləvi etirazlar və tətillər təşkil etmək ilə məşğul idi.[1] Abxaziyada yaradılan Krunkun Qarabağla əlaqələrinə baxdıqda təşkilatlarda dil, mədəniyyət, ekologiya və tarixi məsələləri ilə əlaqədar idi.[1] Qarabağdakı Krunkun ideoloji bölməsinin rəhbəri Xankəndi ipək fabrikinin partkokomu, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan idi.[1]

Britaniyalı jurnalist və yazar Tomas de Vaal öz kitabında qeyd edir:

"  Krunk Qorbaçov dövründə Sovet İttifaqında ilk təşkilat idi ki, tətili siyasi silah kimi istifadə etməyə başladı.[1] " 

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 1,8 "Abxaz separatizminin gizli erməni kökləri". az.azvision.az. az.azvision.az. 2016-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2016.
  2. Hewitt, B George. Discordant Neighbours: A Reassessment of the Georgian-Abkhazian and Georgian-South Ossetian Conflicts. Leiden: Brill. 2013. səh. 87. ISBN 9789004248922.
  3. Kvarchia, VE. Из истории национально-освободительного движения абхазкого народа 1967-1992 годов. Sukhumi: ГПП Дом печати. 2011. səh. 272. 27 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 February 2016.
  4. Kuchuberia, Anzhela. "В Абхазии создана новая общественная организация "Армянская община Республики Абхазия"". Caucasian Knot. 16 April 2004. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 February 2016.

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023