Ktulhunun çağırışı Haqqinda Melumat - Vikipedia

Ktulhunun çağırışı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ktulhunun çağırışı

H.F. Lavkraft tərəfindən 1926-cı ildə yazılmış hekayə.

"Ktulhunun çağırışı" (ing. The Call of Cthulhu) — Hovard Fillips Lavkraft tərəfindən 1926-cı ildə yazılmış hekayə.[qeyd 1] Lavkraft qorxu janrında olan hekayə Ktulhu adlı bir tanrıdan və ona sitayiş edən qəddar bir kultdan bəhs edir. Hekayə ilk dəfə 1928-ci ilin fevral ayında "Weird Tales" pulp-jurnalında nəşr edilmişdir, ancaq Lavkraftın digər əsərlərində olduğu kimi hekayə müəllifin ölümündən sonra məşhurlaşmışdır.[3] Hekayə Ktulhu mifologiyasının ilk buraxılışıdır. 2005-ci ildə hekayənin ilk film adaptasiyası nümayiş etdirilmişdir.

Ktulhunun çağırışı
ing. The Call of Cthulhu
"Weird Tales" pulp-jurnalının üz qabığı (fevral 1928-ci il). Ktulhunun çağırışının çapda ilk görünüşü.
"Weird Tales" pulp-jurnalının üz qabığı (fevral 1928-ci il). Ktulhunun çağırışının çapda ilk görünüşü.
Müəllif Hovard Fillips Lavkraft
Janr Qorxu (Lavkraft)
qəribə fantastika
Dil ingiliscə
Orijinalın nəşri 1926
Tərtibat 1926-cı il
(avqustoktyabr)
Nəşriyyat Weird Tales
Nəşr fevral 1928-ci il
Növ Hekayə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Obrazlar redaktə

Corc Qemmel Encell (ing. George Gammell Angell) – protaqonistin babasının qardaşı. O, Ktulhu iblisanə kultu ilə əlaqədar olan qəribə hadisələri araşdırıb öyrənməyə başlayır. Corc Q. Encell sirli bir şəkildə vəfat edir. Encellin ölümünü onun nəvəsi araşdırmalı olur. Corc Qemmel Encellin adı H.F. Lavkraftın xalası Enni Qemvellə bir istinaddır.[4]

Frensis Ueylend Turston (ing. Francis Wayland Thurston) – baş qəhrəman, Boston antropoloqu. O, babasının qardaşı olan Corc Encellin əşyaları arasında qədim tanrı Ktulhunun barelyefini tapır. Bundan sonra o, Ktulhu və Corc Q. Encellin ölümünü araşdırmağa başlayır. Frensis Ueylend Turstonun adı 1827–1855-ci illərdə Braun Universitetinin prezidenti olmuş Frensis Ueylendə bir istinaddır.[4]

Henri Entoni Uilkoks (ing. Henry Anthony Wilcox) – yarıyuxu vəziyyətində ikən tanrı Ktulhunun barelyefini hazırlayan heykəltaraş. Qarabasmalar yaşayan Uilkoks Encelldən kömək istəyir. H.F. Lavkraft onun soyadını öz nəslindən götürmüşdür.[4] Personajın özü Gi de Mopassanın "Horla" hekayəsinə bir istinaddır.[5]

Con Reymond Leqrass (ing. John Raymond Legrasse) – Yeni Orlean polis müfəttişi. Leqrass və polis dəstəsi 1 noyabr 1907-ci ildə Böyük Ktulhuya sitayiş təriqətçiləri həbs etmişdir.

Kastro (ing. Castro) – yaşlı və metis olan Ktulhu kultu üzvü. O, Leqrassa kult barədə danışan yeganə üzvdür. Onun dəlisov hekayəsi müqəddəs Şambala haqda olan teosofik hekayələrə çox bənzəyir.[5]

Qustaf İohansen (ing. Gustav Johansen) – norçevli yelkənçi, "Emma" şxununun ikinci şturmanı. O, 1925-ci ilin mart ayında Sakit okeanın cənubunda yerləşən R'lehdə "ölü, ancaq yuxu görən" Ktulhunu sərbəst buraxırlar. Heyətin demək olar ki, bütün üzvləri ölür. İohansen Norveçə qayıtdıqdan sonra bu hadisəni təsvir edən bir əlyazma hazırlayır. O, qısa bir müddət sonra sirli şəkildə vəfat edir.

Məzmun redaktə

Hekayənin epiqrafı

Mövcud olduğu ehtimal olunan bütün böyük qüvvələr və varlıqlar arasında sağ qalması … huşun bəlkə də inkişaf edən bəşəriyyətin meydana gəlməsindən uzun müddət əvvəl yoxa çıxmış yollarla və formalarla bəyan edildiyi … şairliyin və əfsanələrin belə uçan bir xatirə tutmuş və onu tanrılar, bədheybətlər və hər cürdəki mifik məxluqlar adlandırdığı formalarda … son dərəcə ucqar bir dövrün sağ qalması …

Hekayə bir-birləriylə əlaqəli üç hissədən ibarətdir. I hissə – Gildə təcəssüm edilmiş qorxu, II hissə – Polis müfəttişi Leqrassın hekayəsi və III hissə – Dənizdən çıxan dəlilik. Hekayə Ktulhunu araşdıran bostonlu Frensis Turstonun rəvayətçiliyi ilə təqdim edilir.

Gildə təcəssüm edilmiş qorxu redaktə

Frensis Turston babasının qardaşı olan Braun Universitetinin dilşünaslıq üzrə professoru Corc Encellin 1926-cı ildə müəmmalı ölümündən sonra onun qeydlərini tapır. Qeydlər arasında "insanabənzər oktapod və əjdaha qarışığı" bir məxluqu təsvir edən barelyef də var idi. Bu barelyef rod-aylendli həvəskar heykəltaraş Uilkoks tərəfindən 1925-ci ilin mart ayında hazırlanmışdı. Heykəltəraş bu barelyefi yuxu vəziyyətində ikən hazırlanmışdı. Bu vaxtlarda Uilkoks "nəhəng bloklardan və havada uçan monolitlərdən təşkil olunmuş böyük siklop şəhərlər"dən ibarət əsrarəngiz qarabasmalar görürdü. Encell bütün dünyada kütləvi bir isteriyanın baş verdiyini öyrənir. Şəhər əhalisinin digər üzvləri də eynən bu cür qarabasmalar görürdü. Onlar əsasən rəssamlar, yazıçılar, heykəltaraşlar, memarlar və digər incəhissli ruha malik olan insanlar idi.

Səhərisi gün Uilkoks hazırladığı barelyefi görüb heyrətlənir və onu tez professor Encellin yanına aparır. Uilkoksun hazırladığı barelyef 1907-ci ildə Yeni Orleanda təriqətçi bir ayinə keçirilən polis reydində tapılan heykəlciyə çox bənzəyirdi.

Polis müfəttişi Leqrassın hekayəsi redaktə

Yeni Orlean şəhərində polis müfəttişi olan Con Leqrass 1908-ci ildə arxeoloq icmasının keçirdiyi beynəlxalq müşavirədə yaşılaçalan bir heykəlciyi nümayiş etdirir və onun nə olduğunu soruşur. Leqrass onu Ktulhu adlı bir tanrıya sitayiş edən iblisanə kulta keçirilən reyddə götürmüşdü. Bu kult tamamilə kişilərdən ibarət idi və qadın və uşaqları qurban verirdi. Kultistlərin beşini öldürüb və qalan 47-ni həbs etdikdən sonra Leqrass istintaqa başlayır, ancaq bir nəticə əldə edə bilmir. Kultistlərin hamısı dəli olmuşdular və inanclarına sadiq idilər.

Sorğu-sualda iştirak edən yeganə kultist Kastro idi. Kastro kultun üzvlərinin eyş-işrətlə məşğul olduğunu, orgiyalar keçirdiyini və insanları qurban verdiyini açıqlayır. O daha sonra kult üzvlərinin "Böyük köhnələr"ə (ing. The Great Old Ones) ibadət etdiklərini və Ktulhu adlı nəhəng bir məxluqun qayıtmasını gözlədiklərini deyir. Kultistlər heykəlcikdə təsvir edilən məxluqu "Böyük Ktulhu" (ing. The Great Cthulhu) adlandırırdılar. Kastronun dediyinə görə Ktulhu ulduzlar müəyyən bir cərgədə düzüləndə qayıdacaq. Arxeoloqları təəccübləndirən kultistlərin işlətdiyi cümlə idi: Ph'nglui mglvnah Cthulhu R'leh vga'nagl fhtagn. Bu cümləsinin təxmini tərcüməsi belədir: "R'lehdəki evində, ölü Ktulhu yuxu görərək gözləyir". Müşavirədə olan akademiklərdən biri – Prinston Universitetinin professoru Uilyam Çenninq Uebb bir eskimos tayfasının buna bənzər inanclara malik olduğunu deyir.

 
KtulhuR'lehin təsviri.

Dənizdən çıxan dəlilik redaktə

Tədqiqatına davam edən Frensis Turston bir Avstraliya qəzetində 1925-ci il tarixli məqaləyə rast gəlir. Bu məqalə "Çevik" (ing. Alert) adlı tərk edilmiş bir şxun haqda idi. Turston İohan barədə yazılan qeydləri tapır.

İoahansen "Emma" şxununun ikinci şturmanı idi. O, 10 nəfərlə birlikdə səyahətə çıxır. Bu zaman bir qasırğa baş verir və şxunu yolundan yayındırır. Onlar "Çevik" adlı bir quldur gəmisinə rast gəlirlər. Bu gəminin heyəti tamamilə qaradərililərdən ibarət idi. Quldurlar yelkənçilərin evlərinə qayıtmaqlarını əmr edir. Yelkənçilər onların dediklərinə riayət etmədikdə quldurlar onlara hücum etdi. Yelkənçilər qalibiyyət əldə etdilər, ancaq şxunun bir yelkənçisi, birinci şturmanı və kapitanı həlak olmuşdu. Buna görə də İohan rəhbərliyi öz boynuna götürür. Gəmiləri çox ağır zədə görmüş yelkənçilər məcburən "Çevik" gəmisinə mindilər.

Yelkənçilər quldur gəmisində qorxu və nifrət yayan özgə bir pərəstişgah aşkar edirlər. Bu, Ktulhunun heykəlciyi idi və Yeni Orlean şəhərində polis müfəttişi Leqrassın kultistlərdən götürdüyü heykəlciyə çox bənzəyirdi. Yelkənçilər yollarına davam edirlər və nəhayət 47°09′ c. e. 126°43′ q. u. kordinatları yaxınlıqlarında naməlum bir ada-şəhərə çatırlar. Adadan sadəcə İohansen və bir digər yelkənçi sağ çıxır, amma İohansen digər yelkənçilərin ölüm səbəblərini açıqlamır.

Tədqiqatına Avstraliyaya səyahət edərək davam edən Turston "Çevik" gəmisində götürülən heykəlciyə baxır və digər ikisi ilə identik olduğunu təsdiqləyir. Turston İohansenin burada yox, Norveçdə olduğunu öyrənir. Norveçə gedən Turston İoahansenin "iki Laskar gəmiçi"ylə rastlaşdıqdan sonra qəfildən həlak olduğunu aşkar edir. İohansenin dul arvadı Turstona ərinin hazırladığı əlyazmanı verir. Əlyazmada yelkənçilərin aşkarladığı adanın "kabus ölü şəhər" R'leh olduğu yazılır. Onlar bu yeri görüb vahimələnmişdilər. Adanın həndəsəsi çox fövqəladə və qeyri-Evklid şəkildə idi.

Yelkənçilər nəhəng bir qapı görürlər. Onlar qapıya yaxınlaşdıqda onun heç də vertikal olmadığını görürlər. Onlar qapını açmağa çalışırlar, ancaq müvəffəqiyyətsiz olurlar. Qapı qəflətən açılır və oradakı üfunət və qorxu sərbəst buraxılır. Qapının girişində yenicə oyanmış Böyük Ktulhu peyda olur. Səkkiz yelkənçinin ikisi qorxudan ölür. Onların üçü Ktulhu tərəfindən əzilir. Digər üç yelkənçi qaçmağa çalışır. Onlardan biri küncdə ilişib qalır və Ktulhu tərəfindən öldürülür. Geridə qalan iki yelkənçi (onlardan biri İohansen idi) şxuna çatırlar, ancaq onlardan biri qorxudan dəli olur, saçları ağarır və gözündən qan gəlir. Həmin yelkənçi bir neçə gündən sonra vəfat edir. İohansen şxunu əməliyyata başladır, ancaq Ktulhunun yanında çox yavaş olduğunu anlayır. İohansen gəmini Ktulhuya tərəf çevirir və son sürətlə ona doğru sürür. Gəmi Ktulhu ilə toqquşur və onu yarqlayır, ancaq Ktulhu tez bir şəkildə sağalmağa başlayır. Buna baxmayaraq, İohansen oradan qaça bilir.

Bir neçə gün sonra R'leh yenidən dənizin dibinə batır və kütləvi isteriya sona çatır. İohansenin də müəmmalı bir vəziyyətda vəfat etdiyini öyrənən Turston babasının qardaşının həmin iblisanə kult tərəfindən qətlə yetirildiyini düşünür. O, Ktulhu pərəstişkarlarının yeni hədəfi olduğunu anlayır.

İlham redaktə

 
Nəhəng bir oktapodun təsviri (Pyer Denis de Montfort, 1801). Bu uydurma məxluq Ktulhu personajının yaradılmasında böyük əhəmiyyət kəsb edir.

Ktulhu mifologiyası üzrə mütəxəssis Robert Prays 1830-cu ildə Alfred Tennison tərəfindən yazılmış "Kraken" (ing. The Kraken) sonetinin Lavkraftın yazdığı hekayə üçün əsas ilham mənbəyi olduğunu irəli sürür.[6] Bu əsərlərin ikisi də uzunmüddətli bir yuxu görən və müəyyən vaxtda yenidən peyda olacaq nəhəng su məxluquna istinad verir.[7] Prays Lavkraftın Lord Danseni tərəfindən 1905-ci ildə yazılmış "Peqana tanrıları" (ing. The Gods of Pegāna) əsərini çox sevdiyini də qeyd etmişdir. Bu əsər yenidən oyanmasının qarşısını almaq üçün yatızdırılan qəddar bir tanrını təsvir edir. Praysın qeyd etdiyi Lord Danseni tərəfindən yazılan başqa bir əsər "Aralıq küçədə bir dükan" (ing. A Shop in Go-by Street, 1919) idi. Əsərdə "yatan tanrıların cənnəti" və "onlar hələ də dərin mürgüdə yuxulayan bəzi köhnə tanrıların danışmağını eşitdiklərinə görə məyyusdular" kimi cümlələrdən istifadə edilib.[8][9]

ABŞ ədəbi tənqidçiləri Sunand Coşi və Deyvid Şults Lavkraftın başqa əsərlərdən də ilhamlandığını irəli sürmüşdür. Onlardan biri – Gi de Mopassan tərəfindən 1887-ci ildə yazılmış "Horla" (fr. Le Horla) hekayəsidir. Lavkraftın 1925–1927-ci illərdə yazdığı "Ədəbiyyatda fövqəltəbii qorxu" (ing. Supernatural Horror in Literature) essesində əsərin antaqonisti olan Horlanı "başqalarının ağlına təsir edən və bəşəriyyəti özünə tabe etmək və onu məhv etmək üçün Yerə gələn yerdənkənar orqanizmlərə avanqardlıq edən … görünməz varlıq" olaraq təsvir edir. Lavkraftın ilham aldığı başqa bir əsər Artur Meken tərəfindən 1895-ci ildə yazılmış "Qara möhrün hekayəsi" (ing. The Novel of the Black Seal) əsəri idi. Bu hekayə də vahiməli qədim bir varlığı aşkar etmək üçün əlaqəsiz məlumatları (məsələn, qəzetin kəsilmiş parçası) bir araya gətirir.[10] Coşi Abraham Merrit tərəfindən 1918-ci ildə yazılmış Lavkraftın həmişə haqqında "hay-küylə danışdığı" "Ay bataqlığı" (ing. The Moon Pool) əsərini də qeyd edir. Coşi "Merritin bəhs etdiyi ay qapısı açılanda personajları möcüzə və qorxu dünyasına aparması yelkənçilərin nəhəng qapını laqeydcəsinə açması və Ktulhunu R'lehdən sərbəst buraxmasına bənzəyir" deyir.[11]

H.F. Lavkraftın Uilyam Skott-Elliot tərəfindən 1896-cı ildə yazılmış "Atlantida hekayəsi" (ing. The Story of Atlantis) və 1904-cü ildə yazılmış "İtmiş Lemuriya" (ing. The Lost Lemuria) əsərlərindən də ilham aldığına inanılır. Lavkraft bu ədəbiyyt nümunələri 1926-cı ildə, "Ktulhunun çağırışı" hekayəsini yazmağa başlamazadan bir qədər əvvəl oxumuşdur.[12]

Hekayədə 1925-ci ildə gerçəkləşmiş və R'lehin okeandan çıxmasına səbəb olmuş zəlzələ reallıqda 28 fevral 1925-ci il tarixində gerçəkləşmiş Şarlevua-Kamurask zəlzələsi[en] ola bilər.[4] Rixter şkalası ilə 6.2 ballıq olan bu zəlzələ Kanadada XX əsrdə baş vermiş ən böyük zəlzələlərdən biri idi. Zəlzələnin təsir radiusu 1000 kilometr idi.[13] Bu sahəyə o dövrdə Lavkraftın yaşadığı Nyu-York şəhəri də daxil idi.

İnkişaf və nəşr tarixi redaktə

 
Hekayənin müəllifi – H. F. Lavkraft. Onun yaradıcılıq fəaliyyəti Lavkraft qorxu janrının yaranması ilə nəticələnmişdir.

Ktulhunun çağırışı əsəri bir çox halda Lavkraft tərəfindən 1917-ci ildə yazılmış "Daqon" (ing. Dagon) hekayəsinə bənzəyir. Əsərin digər bir mənşəyi Lavkraftın təxminən 1920-ci ildə yazdığı iş dəftərindədir. Burada muzeyə bir heykəlcik gətirən kişidən bəhs edilir.[5] Lavkraft 1925-ci ilin avqust ayında Nyu-York şəhərində yaşadığı dövrdə "Ktulhunun çağırışı" adlı bir hekayə yazmağa başlayır, ancaq yaradıcılıq fəaliyyətini bir il təxirə salır. Lavkraft 1926-cı ilin yazında Providensdəki evinə qayıtdıqdan qısa bir müddət sonra növbəti ilin yayına qədər davam edən yaradıcılıq fəaliyyətinə başlayır. Lavkraft avqust–oktyabr aylarında "Ktulhunun çağırışı" hekayəsini yazmağı bitirir.[14][qeyd 2]

Həkayə ilk dəfə "Weird Tales" pulp-jurnalının fevral 1928-ci il buraxılışında nəşr edilmişdir.[16] Əsərə görə Lavkrafta 165 ABŞ dolları (indiki valyuta ilə təxminən 4.000 Azərbaycan manatı) verilmişdi.[17] Növbəti ilin avqust ayında T. Everett Hayr tərəfindən tərtib edilmiş "Qaranlıqdan sonra ehtiyatlı ol!" (ing. Beware After Dark!) antologiyasının bir parçası olaraq yenidən nəşr edilmişdir.[18] Hayr əsərdən istifadə etmək üçün Lavkrafta 15 ABŞ dolları (indiki valyuta ilə təxminən 350 Azərbaycan manatı) ödəmişdi. Hekayə 1939-cü ildə Lavkraftın "Yad və digərləri" (ing. The Outsider and Others) kolleksiyasının bir parçası olaraq nəşr edilmişdi. Bu buraxılışın tam olaraq, 1.268 nüsxəsi nəşr edilmişdir.[19] Bundan sonra hekayə müntəzəm surətdə müxtəlif kolleksiyalarda və antologiyalarda nəşr edilməyə başlamışdır.

Lavkraftın "Ktulhunun çağırışı" əsəri digər dillərə onun ölümündən sonra XX əsrin növbəti illərində nəşr edilməyə başlamışdır. Hekayə alman,[20] fransız,[21] fin,[22] ispan,[23] italyan,[24] Niderland,[25] polyak,[26] portuqal,[27] rus,[28][29] türk,[30] ukrayn[31]yapon[32] dillərində nəşr edilmişdir.

Qəbul redaktə

İstifadəçi reytinqi*

4.3 - 5 ulduzdan  Amazon[33]
4.13 - 5 ulduzdan  Fantastika Laboratoriyası[34]
4.04 - 5 ulduzdan  Goodreads[35]
3.96 - 5 ulduzdan  LiveLib[36]

*noyabr 2018-ci ilin məlumatları.

Lavkraftın özü hekayəni "kifayət qədər orta – ən pisi qədər bərbad deyil, ancaq ucuz və yorucu toxunuşlarla doludur" olaraq qiymətləndirmişdir.[37] "Weird Tales" pulp-jurnalının redaktoru Fernsuort Urayt ilkin danışıqlarda hekayəni nəşr etdirmək təklifini rədd etmişdir. O, hekayəni jurnala yerləşdirməyə sadəcə Lavkraftın dostu Donald Uondri ona Lavkraftın hekayəni başqa bir nəşriyyata göndərəcəyi yalanını dedikdən sonra razı olmuşdur.[38]

Nəşr edilmiş hekayə R. İ. Hovard tərəfindən (Barbar Konanın qurucusu) "ədəbiyyatın ən böyük uğurların biri olaraq yaşayacaq bir şahəsər" hesab edilmişdir. O, müəllif barədə "Cənab Lavkraft ədəbiyyat dünyasında özəl bir mövqeyə malikdir; o, bizim cılız görüş dairəmizdən kənarda olan dünyaları hər bir mənada kəsb edib" demişdir.[39] Lavkraftın əsərləri üzrə mütəxəssis olan Piter Kennon hekayəni "şöhrətpərəst və mürəkkəb … qorxunun addımbaaddım kosmik proporsiyalara qalxdığı sıx və dərin düşüncəli bir hekayə" adlandırmışdır. O, əsəri "Lavkraftın insanın kainatındakı əhəmiyyətsiz yerini başa salan ən tutqun uydurma ifadələrindən biri" hesab etmişdir.[40] Ədəbi tənqidçi E. F. Bleyler hekayəni "povest xarakterli fraqmentləşdirilmiş esse" olaraq təsvir etmişdir.[41]

Layon Spreq de Kamp "Ktulhunun çağırışı" əsərini "sadə formada, rəvayətçinin nəsrində yazılmış möhtəşəm bir hekayə" adlandırmışdır. O, Lavkraftın bu əsərdə öz konsepsiyalarını ilk dəfə mənqitli şəkildə təqdim etdiyini də qeyd edir.[14] Fransa roman yazıçısı Mişel Uelbek 1991-ci ildə yazdığı "H. F. Lavkraft. Bəşəriyyətə qarşı, həyata qarşı" kitabında hekayəni Lavkraftın "ən yaxşı işlərindən biri" adlandırmışdır.[42] Onun fikrinə görə hekayə oxucunu "strukturunun zənginliyi ilə təəccübləndirir və heyran edir".[43]

Qorxu janrında olan bir çox antologiyanın redaktoru və tərtibatçısı Stefen Cons hekayəni Lavkraftın ən önəmli əsərlərindən biri hesab edir.[44] Kanada riyaziyyatçısı Bencamin K. Tipett İohansenin jurnalında təsvir edilən hadisənin "kosmos-zamanının əyilməsinin lokallaşdırılmış qovuqlarının nəticələri" olduğunu irəli sürmüş və uyğun bir riyazi model ola biləcəyini demişdir.[45]

Adaptasiyalar və təsiri redaktə

2005-ci ildə hekayənin eyniadlı film adaptasiyası buraxılmışdır. Film 1920-ci illərin kinematoqrafiyasının estetikasını vermək üçün "mifoskop" üsulu ilə bir qrup Hovard Lavkraft azarkeşləri tərədindən çəkilmişdir. Az bir büdcə ilə çəkilmiş film çox yaxşı qarşılanmışdır.[46]

2012-ci ildə hekayənin radiotamaşa adaptasiyası "Dark Adventure Radio Theatre: The Call of Cthulhu" buraxılmışdır. 77 dəqiqəlik olan bu radiotamaşa "H. P. Lovecraft Historical Society[en]" tərəfindən hazırlanmışdı.[47]

1974-cü ildə argentinalı illüstrator Alberto Breşia hekayənin 11 səhifəlik bir komiks adaptasiyasını hazırlamışdır. Komiks 1975-ci ildə onun "Ktulhu mifologiyası" (isp. Los mitos de Cthulhu) kolleksiyasında nəşr edilmişdir.[48][49] 1988-ci ildə Britaniya illüstratoru Con Kulthart "Ktulhunun çağırışı" hekayəsinin qrafik adaptasiyasını hazırlanmışdır.[50][51] 2017-ci ildə ssenaristliyini və illüstratorluğunu R. C. İvankoviçin etdiyi "Oxumağa yeni başlayanlar üçün H. P. Lavkraftın Ktulhunun çağırışı" (ing. H.P. Lovecraft's the Call of Cthulhu for Beginning Readers) adlı bir illüstrasiyalı uşaq kitabı nəşr edilmişdir.[52]

2005-ci ildə hekayənin ilk videooyun adaptasiyası "Call of Cthulhu: Dark Corners of the Earth" PlayStation 2Xbox konsolları üçün satışa çıxarılmışdır,[53] lakin 2006-cı ildə PC platformasına port edilmişdir.[54] Videooyunun adına baxmayaraq, Ktulhu oyunda görünmür. Videooyunun süjeti Lavkraftın 1931-ci ildə yazdığı "İnnsmut üzərində kölgə" povestinə əsaslanıb və müəllifin digər əsərlərindən elementlər götürüb.[55] 2018-ci ildə hekayənin ikinci videooyun adaptasiyası "Call of Cthulhu: The Official Video Game" Microsoft Windows, Xbox OnePlayStation 4 platformaları üçün satışa çıxarılmışdır. Videooyunun süjeti hekayəyə yox, 1981-ci ildə satışa çıxarılmış stolüstü oyuna əsaslanmışdır.[56]

"Metallica" treş metal musiqi qrupunun "Ride the Lightning" musiqi albomundakı insturmental kompozisiyalarından birinin adı – "The Call of Ktulu".[57] Musiqi qrupunun basisti Kliff Börton Lavkraftın bir azarkeşidir.[58] "Draconian" dum metal musiqi qrupu "Dark oceans we cry" musiqi albomunun bir parçası olaraq "Cthulhu Rising" kompozisiyasını buraxmışdır.[59]

Həmçinin bax redaktə

Qeydlər redaktə

  1. Əsər həcminə görə bəzən povest hesab edilir. İngilisdilli mənbələrdə qısa hekayə[1] (ing. short story) və ya noveletta[2] da adlanır.
  2. S. T. Coşi Lavkraftın hekayəni 1926-cı ilin avqust və ya sentyabr ayında yazıb bitirdiyini irəli sürür,[5] ancaq digər mənbələrdə sadəcə “1926-cı ilin yayı” verilir.[15]

İstinadlar redaktə

  1. Coşi və Şults, 2004. səh. 27
  2. "Bibliography: The Call of Cthulhu" (ingilis). ISFDB. 21 sentyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2018. (#apostrophe_markup)
  3. Straub, Piter. Lovecraft: Tales. The Library of America. 2005. səh. 823. ISBN 1-931082-72-3.
  4. 4,0 4,1 4,2 4,3 Coşi və Şults, 2004. səh. 29
  5. 5,0 5,1 5,2 5,3 Coşi, 1996, XVII
  6. "The Kraken" (ingilis). The Victorian Web. 12 yanvar 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2018.
  7. Prays, Robert M. The Other Name of Azathoth // The Cthulhu Cycle: Thirteen Tentacles of Terror. Price credits Philip A. Shreffler with connecting the poem and the story.
  8. "Lord Dunsany (1878–1957)". Works; Short bibliography (ingilis). Dunsany. dekabr 2003. 2018-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2018.
  9. Prays, Robert M. The Other Name of Azathoth // The Cthulhu Cycle. This passage is also believed to have inspired Lovecraft's entity Azathoth, hence the title of Price's essay.
  10. S. T. Coşi, Deyvid E. Şults. The Call of Cthulhu // An H. P. Lovecraft Encyclopedia. 28–29.
  11. Coşi, S. T. I am Providence: The Life and Times of H. P. Lovecraft. II, pages=639. Nyu-York: Hippocampus Press. 2010. (#missing_pipe)
  12. Harms, Danyel. "H.P. Lovecraf" (ingilis). ForteanTimes. iyun 2004. 12 yanvar 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2018.
  13. "The 1925 Magnitude 6.2 Charlevoix-Kamouraska earthquake" (ingilis). Kanadanın Təbii Sərvətlər Nazirliyi. 2014-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  14. 14,0 14,1 de Kamp, 2008, «Sağ Ktulhu»
  15. "Lovecraft's Fiction (Chronological Order)" (ingilis). The H.P. Lovecraft Archive. 25 mart 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018. (#apostrophe_markup)
  16. Lavkraft, H.F. Ştraub, Pit (redaktor ). Lovecraft: Tales. The Library of America. 2005. 823. ISBN 1-931082-72-3.
  17. Coşi, 1996, XVIII
  18. "Beware After Dark! — Publication Listin" (ingilis). ISFDB. 25 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018. (#apostrophe_markup)
  19. Coşi, S. T. Sixty Years of Arkham House: A History and Bibliography. Sok-Siti Viskonsin: Arkham House. 1999. 21–22. ISBN 0-87054-176-5.
  20. "Bibliography: Cthulhus Ruf" (ingilis). ISFDB. 25 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018. (#apostrophe_markup)
  21. "Lovecraft Phillips Howard - L'appel de Cthulhu" (fransız). Histoire E-book. 2018-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018. (#apostrophe_markup)
  22. Lavkraft, H. F. Kuiskaus pimeässä. Jalava. 1989. 196. ISBN 951-8954-15-1.
  23. "LA LLAMADA DE CTHULHU (Icaro) (Spanish Edition)" (ispan). Amazon.com. 24 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018. (#apostrophe_markup)
  24. "Bibliography: Il richiamo di Cthulhu" (ingilis). ISFDB. 25 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018. (#apostrophe_markup)
  25. "Bibliography: De Lokroep van Cthulhu" (ingilis). ISFDB. 25 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018. (#apostrophe_markup)
  26. Borovska, Aleksandra. H.P. Lovecraft's style in translation (PDF) (ingilis). Torun: Uniwersytet Mikołaja Kopernika. 2011. 2022-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-26.
  27. "Horror em red hook, O" (portuqal). Editora Iluminuras Ltda. 9 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  28. "Жители ада" (rus). Fantastika Laboratoriyası. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  29. "В склепе" (rus). Fantastika Laboratoriyası. 2 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  30. "Cthulhu'nun Çağrısı" (türk). D&R. 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  31. "Всесвіт, 2010 г., №5-6" (rus). Fantastika Laboratoriyası. 2017-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  32. "ラヴクラフト全集 (2) (創元推理文庫 (523‐2)): H・P・ラヴクラフト, 宇野 利泰: 本" (yapon). Amazon.com. 14 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2017. (#apostrophe_markup)
  33. "Customer Reviews, The Call of Cthulhu" (ingilis). Amazon.com. 26 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018. (#apostrophe_markup)
  34. "Говард Филлипс Лавкрафт «Зов Ктулху»" (rus). Fantastika Laboratoriyası. 26 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  35. "The Call of Cthulhu by H.P. Lovecraft" (ingilis). Goodreads. 26 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018. (#apostrophe_markup)
  36. "Зов Ктулху" (rus). LiveLib. 26 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018. (#apostrophe_markup)
  37. Lavkraft, H. F. Avqust Derlet (redaktor ). Selected Letters V. Sok-Siti, Viskonsin: Arkham House. 1976. səh. 348. ISBN 0-87054-036-X.
  38. Coşi və Kennon, 1999. səh. 173
  39. Coşi və Kennon, 1999. səh. 7, Introduction, by Peter Cannon
  40. Coşi və Kennon, 1999. səh. 6–7, Introduction, by Peter Cannon
  41. Bleyler, Everett F. Supernatural Fiction Writers. Nyu-York: Scribners. 1985. 478.
  42. Uelbek, 2006. səh. 28–29
  43. Uelbek, 2006. səh. 87
  44. Cons, Stefen. "The Top 10 Horror Stories" (ingilis). Publishers Weekly. 21 sentyabr 2012. 12 oktyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018. (#apostrophe_markup)
  45. Tippett, Bencamin K. "Possible Bubbles of Spacetime Curvature in the South Pacific" (ingilis). Cornell University Library. 29 oktyabr 2012. 25 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  46. Qryemlyov, Pavel. "Экранизации Говарда Лавкрафта" (rus). Mir fantastiki. 18 iyun 2012. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2018.
  47. "The Call of Cthulhu". H. P. Lovecraft Historical Society. 4 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2018.
  48. Ximenes, Xesus. "'Los mitos de Cthulhu', la obra maestra de Breccia y Lovecraft" (ispan). rtve.es. 18 oktyabr 2011. 5 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2018. (#apostrophe_markup)
  49. "Lovecraft - Breccia. Los Mitos de Cthulhu" (ingilis). AbeBooks.com. 26 sentyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2018. (#apostrophe_markup)
  50. "H.P. Lovecraft's The Haunter of the Dark and other Grotesque Visions" (ingilis). Comics.org. 28 may 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2018. (#apostrophe_markup)
  51. "Starry Wisdom: A Tribute to H. P. Lovecraft" (ingilis). 26 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2018.
  52. İvankoviç, R. C. H.P. Lovecraft's the Call of Cthulhu for Beginning Readers. Chaosium. 2016. 102. ISBN 9781568821122. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-27.
  53. "Call of Cthulhu: Dark Corners of the Earth (Xbox)" (ingilis). GameSpy. 21 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2018. (#apostrophe_markup)
  54. "Call of Cthulhu: Dark Corners of the Earth – Release Details". GameFaqs (ingilis). GameSpot. 26 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2018.
  55. Artyomov, İqor. "Обзор игры Call of Cthulhu: Dark Corners of the Earth" (rus). Absolute Games. 8 aprel 2006. 2 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2018. (#apostrophe_markup)
  56. Uels, Mett. "Here's the first gameplay trailer for Call of Cthulhu, the other new Lovecraft video game" (ingilis). Eurogamer. 23 avqust 2018. 27 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2018. (#apostrophe_markup)
  57. "The Call Of Ktulu" (ingilis). Encyclopedia Metallica. 2018-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2018. (#apostrophe_markup)
  58. Rivadaviya, Eduardo. "TOP 10 Cliff Burton Metallica songs" (ingilis). Ultimate Classic Rock. 11 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2018. (#apostrophe_markup)
  59. "Draconian – Cthulhu Rising Lyrics" (ingilis). LyricsMode. 16 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2018. (#apostrophe_markup)

Ədəbiyyat redaktə

  • Uelbek, Mişel. H. P. Lovecraft: Against the World, Against Life. San-Fransisko: Believer Books. 2005. 144. ISBN 5-9757-0031-0.
  • de Kamp, Layon Spreq. Lovecraft: A Biography. Qarden-Siti: Doubleday. 1975. 664. ISBN 978-5-367-00815-9.
  • Lavkraft, Hovard Fillips. The Call of Cthulhu // S. T. Coşi və Piter Kennon(ed.) (redaktor ). More Annotated Lovecraft (I). Nyu-York: Dell. 1999. ISBN 0-440-50875-4. ([[:Category:|link]])[[Category:]]
  • Coşi, S. T. H.P. Lovecraft: A Life. Necronomicon Press. 1996. ISBN 0-940884-88-7.
  • Deyvid E. Şults, S. T. Coşi. An H. P. Lovecraft Encyclopedia. Hippocampus Press. 2004. 364. ISBN 097487891X.

Xarici keçidlər redaktə

П:   Ədəbiyyat portalı П:   Qorxu portalı


Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023