Kudaro mağarası Haqqinda Melumat - Vikipedia

Kudaro mağarası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kudaro mağarası

Kudaro mağarası.

Haqqında redaktə

Kudaro mağara düşərgələri Böyük Qafqaz dağları ərazisində Cənubi Osetiyanın Cav rayonunda, Adcori çayının sol sahilində yerləşir. Mağara dəniz səviyyəsindən 1600 metr yüksəklikdədir. Kudaro I mağarasının çöküntülərində altı mədəni təbəqə qeydə alınmışdır. Abidənin ilk təbəqəsi Aşel dövrünə aiddir. Abidənin V-VI təbəqələrindən Aşel dövrünə aid olan maddi mədəniyyət nümunələri tapılmışdır. Düşərgənin əmək alətləri kobud əl çapacaqları və qaşovlardan ibarətdir.

Kudaro III mağara düşərgəsi Kudaro I düşərgəsinin yaxınlığında olub, 7 mədəni təbəqədən ibarətdir. Abidənin II təbəqəsi mezolit, III-IV təbəqəsi Mustye, V-VI təbəqəsi isə Aşel dövrünə aid edilmişdir.

Abidədə 1955-1990-cı illər arasında V.P.Lyubinin rəhbərliyi ilə qazıntı işləri aparılmışdır.

Mənbə redaktə

  • İradə Avşarova, Qənirə Pirquliyeva. Qafqaz arxeologiyası. Bakı,2010.

Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024