Kuhgiluyə bəylərbəyliyi Haqqinda Melumat - Vikipedia

Kuhgiluyə bəylərbəyliyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kuhgiluyə bəylərbəyliyi


Kuhgiluyə bəylərbəyliyiSəfəvilər dövlətinə bağlı bölgələrdən biri.

Əyalət
Kuhgiluyə bəylərbəyliyi
Bayraq
Bayraq
 
 

Rəsmi dilləri Fars dili, lur dili
Bəylərbəyi
 • 1505 Mənsur bəy Avşar  (ilk)
Səfəvilər dövlətinin bayrağı
və gerbi


Tarixi redaktə

Kuhgiluyə əyalətini Avşarlar idarə edirdilər.

B. Nikitine Kuhgiluyə qrupu haqqında yazır: «Kuhgiliyə qrupunda olan Ağaçəri, Bavi və Jaki olaraq adlandırılan üç büyük boyu özəlliklə ayırır. Bunlardan ilkinin yapay olaraq oluştuğu düşünülür. Kuhgili qrupunu meydana gətirən doqquz qəbilənin dördü Türkdür və Afşar, Begdeli, Çagatay ve Karabağlı olarak adlandırılırlar».[1] Faruq Sümer Kuhgiluyə qrupunu təşkil edən avşar oymaqları haqqında yazır: «Kuhgiluyə avşarının mühüm bir qisminin gündüzlü və araşlı oymaqları təşkil edirdi. Ehtimal ki, araşlı bir yer adıdır. Hazırda Şuştər yörəsində yaşayan gündüzlülər Kuhgiluyədəki gündüzlü avşarların törəmələridir.

Kuhgiluyədəki gündüzlü avşarların bir bölüyü sonralar Xorasanda Abivərd dolaylarına, digər bir bölüyü isə bir qrup avşarla bərabər Urmiyə bölgəsinə göndərilmişdir». Faruq Sümer Kuhgiluyə avşarlarının başçıları ilə bağlı özəl bir araşdırma aparıb. Faruq Sümer daha sonra yazır: «Daha əvvəl də deyildiyi kimi, Avşar Mənsur bəy Uzun Həsən bəyin hələ ağqoyunluların başçısı olmazdan əvvəl onun yaxın nökərləri (yoldaşı) arasında idi. Qüvvətli bir ehtimala görə, Mənsur bəy Suriya avşarların mənsub idi. Həsən bəyə sədaqətlə xidmət etdikdən sonra İran fəth olunanda tabeliyindəki avşarlarla bu ölkəyə gəlmiş və Kuhgiluyə valisi təyin olmuşdu.

Uzun Həsən bəyin oğlu Fars valisi Xəlil mirzənin 1467-ci ildə təşkil etdiyi rəsmi keçiddə (yasalda) Mənsur bəy də öz əsgəri birliyi ilə iştirak eləmişdi. Mənsur bəyin Otluqbeli (paytaxt) müharibəsində iştirakına dair Rumlu Həsən bəyin sözlərinə inanmaq müşküldür. 1497-ci ildə ağqoyunlu taxtına ələ keçirmək üçün hərəkətə keçən Məhəmmədi mirzə Şirazı Pörnək Qasım bəyin əlindən alaraq Mənsur bəyə vermişdi. Pörnək Qasım bəy Azərbaycan hakimi ağqoyunlu Əlvənd və onun bəylərbəyisi Ibə sultan tərəfindən Farsa göndərilsə də, avşarlar onu məğlub etmiş, hətta Qasım bəyi əsir almışdılar. Məhəmmədi mirzənin Piri bəy adlı avşar bəyi vardı ki, o, Məhəmmədi mirzə ilə Sultan Murad bəy arasında baş verən bir döyüşdə ölmüşdür. Mənsur bəyi sonra İraqi-Əcəmə və Farsa hakim olan Ağqoyunlu Sultan Murad bəyin, 907-ci ildə isə Farsı idarə edən ağqoyunlu Əbülfət bəyin xidmətində olduğunu görürük. Az sonra Şah Ismayıl qızılbaş türk oymaqlarının başında ağqoyunlu hakimiyyətinə son qoyaraq Səfəvi dövlətinin qurmuşdur. Mənsur bəy də bir çox digər ağqoyunlu bəyləri kimi gənc qızılbaş hökmdarına itaət etdiyini bildirmiş və 911-ci ildə (1505) Fars valisi təyin olunmuşdur. Lakin Mənsur bəyin valiliyi çox az müddət davam etmiş, onun tutduğu vəzifə Xəlil sultan titulu ilə zülqədər (dulqədir) boyundan Sarışeyxli oymağının rəisi Əhməd bəyə verilmişdir.

Ağqoyunluların yüksəliş, tənəzzül və nəhayət süqutuna şahid olan, axırda isə qızılbaş tacını geyən avşar Mənsur bəyin ölüm tarixi bilinmir.

941-ci ildən (1534) əvvəl Kuhgiluyə valisi olan Əlvənd xan hər halda Mənsur bəyin oğlu idi. Şahrux sultandan sonra Kuhgiluyəyə 965-ci ildə Rüstəm xan təyin edilmişdir. Ondan sonra burada Xəlil xanı görürük ki, o da Mənsur bəyin soyundan idi. Xəlil xan 10.000 avşara sərkərdəlik edirdi. Xəlil xan və oğlu Rüstəm bəy 1580-ci ildə (988-ci ildə) Düzməcə İsmayıl tərəfindən öldürüldükdə Kuhgiluyə valiliyinə Xəlilin qardaşı oğlu İskəndər xan təyin olundu. O, Farsdakı zülqədərlilərin köməyi ilə Yalançı İsmayılı öldürsə də, özü Xəlil xanın kiçik oğlu Şahqulu bəy tərəfindən öldürülmüşdür. Lakin Şahqulu bəy də öz qohumu Əbdüllətif bəy oğlu Həsən bəyin müxalifəti ilə qarşılanmış, bir müddət hər ikisi Kuhgiluyədə düşmən kimi yaşamış, nəhayət Şahqulu xan 998-ci ildə Şirazda Həsən xan tərəfindən qətlə yetirilmişdir.

Daxili qarışıqlıqdan faydalalan Həsən xan Kuhgiluyəni bir müddət müstəqil idarə etdikdən sonra 1003-cü ildə (1596-1595) şahın əmri ilə xan tərəfindən qardaşı və oğulları ilə birlikdə Qəhqəhə qalasında həbs olunmuş və 1018-ci ilədək (1609-1610) burada qalmışlar.

Həmin il orada vaqe olan bir hadisədə şaha sədaqət göstərərək, bağışlanmış və qorçular sırasına qəbul olunmuşlar.

Kuhgiluyə valiliyinə Kazerun hakimi Əmir xan Avşar təyin edilmişdi.

Ancaq avşarlar Əmir xanı vali kimi tanımayaraq Xəlil xanın nəvəsi Əbülfət bəyi özlərinə başçı seçdilər. Şah Abbas avşarların bu itaətsizliyinə qəzəblənərək, Fars əyalətinə qul nəsildən Allahverdi xanı göndərdi. Allahverdi xan Farsa gələrək üsyankar avşarları cəzalandırdı və özü kimə qul nəslidən olan bir adamı Guhgiluyə valisi təyin etdikdən sonra geri qayıtdı».[2]

İnzibati bölgüsü redaktə

Azərbaycanca Orjinal adı (farsca) Qeydlər)
Dehdəşt دهدشت
Çəram چرام
Lendə لنده
Suq سوق
Dişmok ديشموك
Qala Rəisi قلعه رئيسي
Kərrəşahbazi كره شهبازي
Rak راك
Bərdiyan برديان
Cavradə جاورده
Çəngəlva چنگلوا
Dərğək درغك
Şutavar شوتاور
Eydanak ايدنك
İsfəndan اسفندان
Canxani جان خاني

Mahalları redaktə

Nahiyələri redaktə

Hakimləri redaktə

Mənbə redaktə

İstinadlar redaktə

  1. B. Nikitin, Urmiya avşarları, Asiya jurnalı, 1929, CCXIV, səh.71.
  2. F. Sümer, Oğuzlar, Bakı, 1992,səh.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023