Kuinsi Cons Haqqinda Melumat - Vikipedia

Kuinsi Cons Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kuinsi Dilayt Cons (ing. Quincy Delight Jones, Jr.; d.14.3.1933, Çikaqo, İllinoys, ABŞ) — amerikalı musiqiçi, aranjmançı, musiqi prodüseri və truba ifaçısı.[1] 28 dəfə Qremmi mükafatı laureatı[2] və 80 dəfə nominantı,[2] o cümlədən 1991-ci ildə "Grammy Legend Award" mükafatçısı, tarixdə ən çox satılan musiqi albomunun prodüseri.

Kuinsi Cons
ing. Quincy Delight Jones, Jr.
Kuinsi Cons (may, 2014)
Kuinsi Cons (may, 2014)
Ümumi məlumatlar
Doğum adı Quincy Delight Jones
Doğum tarixi (91 yaş)
Doğum yeri Çikaqo, İllinoys, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Uşaqları 7 (Rəşidə Cons, Kenya Kinski-Jones daxil olmaqla)
Partnyoru
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, truba ifaçısı[d], bəstəkar, qrup rəhbəri[d], cazmen, avtobioqraf[d], musiqi prodüseri, şair, mahnı müəllifi[d], musiqi şirkəti idarəçisi[d], film prodüseri, aktyor, televiziya prodüseri[d], aranjimançı[d], humanist
Fəaliyyət illəri 1951 — h/h
Janrlar Ritm-n-blyuz, fank, soul, svinq, bossa nova, caz, hip-hop, rok-n-roll
Musiqi alətləri truba, Valtorn, zərb qurğusu[d], klavişli alət[d], piano, sintezator
Albom şirkətləri Columbia Records, Mercury Records, Qwest Records
Təhsili
  • Berkli Musiqi Kolleci[d]
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri Legion" ordeni komandoru Order of the Companions of O. R. Tambo National Humanities Medal Kennedi Mərkəzinin fəxri mükafatı National Medal of Arts
quincyjones.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kuinsi Consla əməkdaşlıq edən məşhur müğənnilər arasında Rey Çarlz, Maykl Cekson, Frenk Sinatra, Din Martin, 2Pac, Marvin Gey, Stivi Uander, Vill Smit və bir çox başqaları var.

1960-1970-ci illər redaktə

1964-cü ildə Kuinsi Cons ilk dəfə Sidni Lümetin "Sələmçi" (ing. Pawnbroker) filminə musiqi bəstələdi. Filmin uğurundan sonra Cons "Mercury Records"dan ayrıldı və Los-Ancelesə köçdü. Burada o, bir çox filmlərə musiqi bəstələdi, o cümlədən, "Nazik sap" (ing. The Slender Thread) (1965), "Soyuqqanlılıq" (ing. In Cold Blood) (1967), "İsti cənub gecəsində" (1967), "Makkennanın qızılı" (1969), "İtalyansayağı oğurluq" (1969), "Bob və Kerol, Ted və Elis" (Bob & Carol & Ted & Alice) (1969), "Sonuncu insan" (ing. The Lost Man) (1969), "Kaktus çiçəyi" (1969), "Qaçış" (1972) və s.

Bu dövrdə Kuinsi Consun yaratdığı ən məşhur musiqi əsəri onun "Big Band Bossa Nova" albomuna daxil olan "Soul Bossa Nova" mahnısı idi.

Bu dövr, həmçinin, 21 studiya albomunun, o cümlədən "Walking in Space", "Gula Matari", "Smackwater Jack" və "Body Heat" kimi uğurlu albomların buraxılması ilə də yadda qalmışdır.

İstinadlar redaktə

  1. "Quincy Jones". October 20, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2014.
  2. 2,0 2,1 Callaway, Sue. "Fortune test drives a Mercedes Maybach with Quincy Jones – February 5, 2007". CNN. January 28, 2007. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2009.

Xarici keçidlər redaktə


Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023