Kutaisi Haqqinda Melumat - Vikipedia

Kutaisi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kutaisi (gürc. ქუთაისი) – Gürcüstanın ikinci ən böyük şəhəridir. Ölkənin qərbində, İmereti diyarında yerləşir və bu bölgənin ən böyük şəhəridir. Paytaxt Tbilisidən təxminən 221 km uzaqlıqdadır. Əhalisi 147.635 nəfərdir (2014). Kutaisi Sovet dövründə ağır metallurgiya sənayesi mərkəzi idi. O dönəmdə şəhərin əhalisi 300.000 nəfərdən çox idi. Ancaq bu gün bir çox əhalinin şəhəri tərk etməsindən sonra əhali azalmışdır. Qafqaz şəhərlərindən biridir.

Kutaisi
ქუთაისი
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
42°15′ şm. e. 42°42′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub təq. III əsr
Sahəsi
  • 67,7 km²
Mərkəzin hündürlüyü 120 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 129.305 nəf. (2022)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (431)
Poçt indeksi 4600–4699[2]
Digər
kutaisi.gov.ge
Xəritəni göstər/gizlə
Kutaisi xəritədə
Kutaisi
Kutaisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Kutaisi qədim Kolxida krallığının paytaxtı olmuşdur. Arxeoloji qazıntılar şəhərin əsasının hələ eramızdan 2000 il əvvəl qoyulduğunu göstərir. Eramızın 978-ci ilində Kutaisi yenicə müstəqil olmuş Gürcüstan krallığının paytaxtı seçilir. 1122-ci ildə Tbilisinin gürcülər tərəfindən tutulmasından sonra, paytaxt həmin şəhərə köçürülür. 1508-ci ildə Kutaisi Osmanlı İmperiyasının sultanı II Bəyazidin oğlu I Səlimin başçılıq etdiyi ordu tərəfindən tutulur. Şəhər 1770-ci ilə qədər Osmanlı hakimiyyəti altında qalır. Həmin il İmereti çarı I Solomon Rusiya qoşunlarının köməyi ilə şəhəri tutur. Daha sonra Rusiya imperiyasından asılı halda olan İmereti çarlığı 1810-cu ildə Rusiyaya birləşdirilir. 1918-ci ildə Gürcüstanın müstəqilliyini elan edir. Lakin bu müstəqillik uzun çəkmir və 1921-ci ildə Qırmızı Ordu Gürcüstanın işğalına başlayır. Gürcülər inadla muqavimət göstərsələr də onlar məğlub olurlar. Kutaisi şəhəri 10 mart 1921-ci ildə ruslar tərəfindən işğal olunur. Sovet hakimiyyəti illərində mərkəzi hökumət Kutaisinin inkişaf etməsi üçün burada çoxlu sayda sənaye müəssisələri tikir. Həmin illərdə Kutaisi Gürcüstanın ikinci böyük şəhəri statusuna sahib olur. 1991-ci ildə Gürcüstanın müstəqilliyini əldə etməsindən sonra ölkədə iqtisadi tənəzzül başlayır. Bu Kutaisi şəhərinin iqtisadiyyatına da təsir göstərir, şəhərdəki sənaye müəssisələrinin demək olar ki, hamısı bağlanır. Şəhərin əhalisi azalır. 2009-cu ildə Kutaisidə Gürcüstan parlamentinin binasının tikintisi başlanır. Bina İkinci dünya müharibəsində öldürülmüş gürcülərin xatirəsi üçün tikilmiş abidənin yerində tikildi. Bu məqsədlə həmin abidə partladıldı, bu zaman təhlükəsizlik qaydalarına əməl olunmadığından 2 nəfər partlayış nəticəsində öldü, 4 nəfər isə yaralandı.[3]

Mədəniyyət redaktə

  • Kutaisidə Qriqori Maysuradze rəssam yaşamışdı.
  • 1902–1906 illərdə Kutaisi Liseyində Vladimir Mayakovski təhsil almişdı.
  • 1905–1911 illərdə Kutaisi, Gürcüstan Liseyində Konstantin Qamsaxurdiya təhsil almışdır.
  • Kutaisi (1910–1911) əbədi "Meşə Mahnısı" böyük Ukrayna şairi, tərcüməçi, mədəniyyət xadimi Lesya Ukrainkanın tərəfindən yazılmışdır.
  • Kutaisi öz xüsusi yumorı ile meşhurdur. Kutaisi tarixi "Qeyri-adi sərgi" (1968 Gürcüstan-Film), "Təsüfflənmə" (1969 Mosfilm), "Bardaq", "Feola" (1968 Gürcüstan-Film), "Mimino" (1977 Mosfilm), "Kindza-za" (1987 Mosfilm) və s. sehrbaz Revaz Qabriadze tərəfinden, kinolarda qeyri-adi atmosfer yaradır.
  • Kutaisidə yerləşən Baqrati kilsəsi və Qelati Manastırı — YUNESKO-nun Dünya İrs abidələrindəndir.
  • Şəhərdə XIX əsrin sonundan bu yana Dram teatrı, Opera evi var.
  • Burada Gürcüstanın Şöhrət və İdman Muzeyi Dövlət Tarix Muzeyi var.
  • Kutaisinin yaxınlığında, Sataplia qoruğusunda dinazavr izləri saxlanılır.

İqlim redaktə

Kutaisidə əsasən subtropik iqlim hökm sürür. Şəhərdə və ətrafında subtropik bitkilər yetişir. Parklar, çay plantasiyaları və sitrus önəmli yer tutur. Kutaisidə orta illik temperatur 14 °C-dir. Ən soyuq ay olan yanvarda orta temperatur göstəricisi 6 °C, ən isti aylar olan iyul və avqustda isə 22 °C-dir. Kutaisidə qeydə alınmış ən aşağı temperatur −7 °C, ən yüksək temperatur isə 40 °C-dir.

Aylar Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İllik
Orta istilik [°C] 6 7 8 12 16 20 22 22 20 16 12 8 14

İqtisadiyyatı redaktə

Şəhərdə 1945-ci ildə tikintisi başlamış və 1951-ci ildən istehsala başlayan Kutaisi Avtomobil Zavodu yerləşir. Bundan başqa şəhərdə bir neçə metallurgiya zavodları da var. Bu zavodların demək olar ki, heç biri işləmir. Şəhərdən 14 km qərbdə beynəlxalq ahava limanı fəaliyyət göstərir. Bu Gürcüstanda fəaliyyətdə olan 3 beynəlxalq aeroportdan biridir. 2009-cu ildən Kutaisidə azad ticarət zonası fəaliyyət göstərir. Bundan başqa şəhərdə turizm inkişaf etdirilir, şəhərdə bir çox qədim abidələr, həmçinin Gelati Monastırı yerləşir.

Əhalinin etnik tərkibi redaktə

Qardaşlaşmış şəhərlər redaktə

İstinadlar redaktə

  1. http://pop-stat.mashke.org/georgia-cities.htm.
  2. Georgian Post. 1805.
  3. "Saakaşvili Kutaisi faciəsinin günahkarını tapdı". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.

Xarici keçidlər redaktə


Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023