Kutriqurlar Haqqinda Melumat - Vikipedia

Kutriqurlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

KutriqurlarBulqarların qolu.

Tarixi redaktə

Kutriqurlar utiqurlar, haylantürklər və başqa türk kökənli tayfalarla V-VI yüzilliklərdə Don və Dunay çayları arasında qərar tutmuşdular.[1]. Bizans tarixçisi Prokopi Qeysərli bir məlumata dayanaraq yazır ki, kutriqurlar və utriqurlar ilk zamanlarda bir dövlət ətrafında birləşmişdilər. 463-cü ildə bulqarlar hunları məğlub etdilər.[2]

Bulqarlar bir çox türk soylarının birləşməsiylə 630-cu ildə ortaya çıxdılar. Böyük Bulqar xanlığını Kubrat xan qurdu. VII əsrin ilk yarısında Xan Kubrat Qaradənizin şimalında dağınıq yaşayan türk Kutrigurlar, Utiqurlar, SabirlərOnoqurlar kimi soyları və bundan başqa 7 slavyan qövmünü, Bizansın razılığı ilə qurduğu ilk böyük bulqar dövlətinin tərkibində birləşdirmişdir. Beləliklə Bulqar adında yeni bir boy əmələ gəlmişdir. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. VII əsrin ikinci yarısında, Kubrat xanın 665-ci ildə ölümündən sonra digər bir Türk xalqı olan Xəzərlər bu dövləti məğlub etməyi bacarmışlar.

Kubratın böyük oğulu Batbayan (Bayan) Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara Quru Bolqarlar deyilir. Xalqın ən əhəmiyyətli hissələrindən bir qismi şimala köç edib İdil bulqarları dövlətini qurdular və və şimala köç edən İdil bulqarlarına Ağ Bulqarlar da deyilər. Ağ bulqarlardan bugünkü Çuvaşlar xalqı meydana gəlmişdir. Xan Asparuhun tabeliyi altında cənub-qərbə köç edən hissə isə 678-ci ildə Tuna bolqar dövlətini qurmuşlar və Bugünkü Bolqarıstanın təməlini qoymuşdular. Digər bir qrupun isə avarlara qatılaraq daha da qərbə, orta Avropaya doğru köç etdiyi güman edilir.

Kutriqurların xanı redaktə

Ədəbiyyat redaktə

  • Златарски, Васил. История на Българската държава през Средните векове, т.1, ч.1. Второ фототипно издание. София, Академично издателство "Марин Дринов", 1994. (Болгарский язык).

İstinadlar redaktə

  1. "Хронология Болгарии". 2009-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-20.
  2. Л. Н. Гумилёв Древняя Русь и Великая степь.
  3. "Аваро-славянские отношения". 2010-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-20.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024