Kvaqqa Haqqinda Melumat - Vikipedia

Kvaqqa Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kvaqqa (lat. Equus quagga quagga) — əvvəllər ayrı bir zebr olaraq hesab edilən məhv olmuş canlı. Müasir tədqiqatlara görə isə Düzənlik zebrin yarımnövü. Kvaqqalar Cənubi Afrikada yayılmışlar. Ön tərəfdən zebr kimi zolaqlı formaya malik idilər, arxa tərəfindən isə nisbətən solğun rəngə sahib olurlar. Bədən uzunluğu 180 sm olmuşdur. Əsasən burlar tərəfindən ovlanan bu canlıların dərisindən tulublar hazırlanırdı. Kvaqqa demək olar ki, insanlar tərəfindən əhəliləşdirilmiş nadir nəsli nəsilmiş heyvan növləeindən biridir. Onlar keçilər, inəklər, toyuqlar və digər ev heyvanlarından xeyli əvvəl, yırtıcıların yaxınlaşdığını xəbər verirdilər. Təhlükə anında yüksək səslə "kuaxa" səsi çıxarırdılar. Öz adlarınıda burada almışlar. Son yabanı Kvaqqa 1878-ci ildə öldürülmüşdür. Dünyadakı son Kvaqqa 1883-cü ildə Amsterdam Zooparkında ölür

Kvaqqa
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kvaqqa
Beynəlxalq elmi adı

Dünyaya mövcud olan dörd kvaqqa müqəvvasından biri Kazan Dövlət Universitetinin muzeyindədir.

Kvaqqanın ilk DNT müayinəsi 1984-cü ildə qurudulmuş kvaqqa əzələsindən alınmışdır.

Kvaqqa layihəsi redaktə

 
1793-cü ildə çəkilmiş təsvir

1987-ci ildə bioloji növlərin bərpası layihəsi olan Quagga Breeding Project layihəsinə başlanıldı. Layihə mütəxəssislərin — zooloqlar, damazlıqçılar, baytarlar və genetiklərin iştirakı ilə təşkil edilmişdir. Layihə üçün Namibiya və Cənubi Afrikadan olan bədənin arxa tərəfindəki zolaq sayı az olan 19 zebr nümunəsi seçilmişdir. Bu populyasiyaya əsaslanaraq, doqquz heyvan Namibiyanın Etoşa Parkında və Robertson yaxınlığında yerləşən Cape Nature Conservancy farm Vrolijkheid heyvan yetişdirmə məntəqəsinə buraxılmışdır. 20 yanvar 2005-ci ildə üçüncü nəsil kvaqqqa doğulur — Henri. Bəzi mütəxəssislər bu heyvanın orijinal dərilərdən hazırlanmış muzey eksponatlarından daha da kvaqqaya bənzədiyini bildirirlər. Lakin istifadə edirlən atların və ya eşşəklərin kəllələri orijinaldan sapmalara səbəb olur. Layihənin qurucularından biri, təbiətşünas Reynqold Rau layihənin uğurlu olacağına və qısa müddətdə bərpa edilmiş atların Cənubi Afrikanın genişliyində buraxılacağına əmin olduğunu bildirib[1]. Bununla belə onu qeyd etmək lazımdır ki, genetik olaraq bu "Rau kvaqqa" adlı atlar nəsli kəsilmiş kvaqqalardan fərqlənirlər. Bu səbəbdən layihə tənqid olunur.

İstinadlar redaktə

  1. Edward R. Winstead. "In South Africa, the Quagga Project Breeds Success" (ingilis). genomenewsnetwork.org. 2000-10-20. 2013-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-07.

Xarici keçidlər redaktə


Saytda 249 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024