Kökatan nargülü Haqqinda Melumat - Vikipedia

Kökatan nargülü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kökatan nargülü

Kökatan nargülü

Kökatan nargülü
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması redaktə

Şimali Amerika, Çin və Vyetnamda yayılmışdır.

Botaniki təsviri redaktə

Hündürlüyü 15 m-ə qədər olan, iri, qalın gövdəsi üzərində külli miqdarda hava kökləri əmələ gətirən sarmaşıqdır. Budaqda xırda yarpaqların sayı 9–11 ədəd olub, qarşılıqlı, lələkvari, ellipsvari, uzunluğu 3–6 sm-dir, üst hissəsi yaşıl, kənarları dişli, çılpaq, alt hissəsi isə açıq-yaşıl, kənarları bütöv, damarcıqları damarcıqları tüklüdür. Qıfabənzər iri çiçəkləri, 10 sm uzunluğunda, 5 sm enində, kənarları tünd-narıncı rəngli, çiçəkləri dəstədə 4–12 ədəd olmaqla süpürgə çiçək qrupunda toplanır. Çiçək tacının uzunluğu 5–7 sm, diametri 3–4 sm olub, uzunsov-boruşəkilli, üstdən narıncı, içəridən sarıdır. Çiçəkləməsi yay aylarına təsadüfən edir və uzun müddət çiçəkləyir. Meyvələrin uzunluğu 12 sm-ə qədər olan, uzunsov-silindrik qutucuqlardır. Toxumlarla, kök qələmləri və zoğlarla çoxaldılır.

Ekologiyası redaktə

Zəngin və orta miqdarda nəmişli torpaqlarda tez böyüyür. Quraqlığa davamlı, işıq və istisevəndir, ancaq qışda −20 °C temperaturda şaxta vurur. Budanmanı asanlıqla keçirir.

Azərbaycanda yayılması redaktə

1940-cı ildən mədəni şəraitdə becərilir. Abşeronda, Kür-Araz ovalığında, Lənkəranda, Kür-Araz ovalığında, Lənkəranda, Gəncədə, Qubada və s. şəhərlərdə yaşıllıqlarda təsadüf edilir.

İstifadəsi redaktə

İri lələkvari yarpaqları və çiçəkləri çox effektli görünür. Divarların, çəpərlərin şaquli yaşıllaşdırılması və qazonlarda piramida, şar formaları düzəldilməsi üçün istifadə edilir.

Məlumat mənbəsi redaktə


Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024