Lələ Qara Mustafa Paşa Haqqinda Melumat - Vikipedia

Lələ Qara Mustafa Paşa Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Lələ Qara Mustafa Paşa

Lələ Qara Mustafa Paşa (d. 1500 — ö. 7 avqust 1580) — III Murad səltənətində 28 aprel 1580 – 7 avqust 1580 tarixlərində, ümumilikdə 3 ay 9 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.

Lələ Qara Mustafa Paşa
الا قرة مصطفى باشا
28 aprel 1580 – 7 avqust 1580
ƏvvəlkiSəmiz Əhməd Paşa
SonrakıQoca Sənan Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bosniya
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşları Fatma Xatun, Hümaşah Sultan
Uşaqları Mehmed Paşa, Sultanzadə Əbdülbaki bəy
Dini islam
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk böyük hərbi uğurunu Kipr adasının fəthində göstərdiyi üçün "Kipr fatehi" olaraq tarixdə qeyd olunur. "Lələ" olaraq anılmasında əsas səbəb isə şahzadəlik dönəmində II Səlimə lələlik etməsi idi. Şahzadə BəyazidŞahzadə Səlim arasındakı mübarizəni qızışdırması və Şahzadə Bəyazidi edama aparan yolu hazırlaması səbəbilə "Qara" ləqəbi almışdır.

İlk illəri redaktə

Bosniya əsilli olub, Sokullu Mehmed Paşa ilə eyni kənddə dünyaya gəlmişdir. Böyük qardaşı Dəli Hüsrəv Paşanın dəstəyilə I Səlim dönəmində saraya girdi.[1] Sultan bərbəri olaraq sarayda işlədi və I Süleymanın gözünə girdi. Daha sonra çeşnigar və mirahor vəzifələrinə gətirildi. 1555 tarixində Kürəkən Rüstəm Paşanın sədrəzəm olması ilə saraydan uzaqlaşdırıldı və Fələstin-Safed sancaqbəyi oldu. 1556 tarixində Manisa hakimi Şahzadə Səlimin lələsi oldu. Bu vəzifədə ikən Şahzadə SəlimŞahzadə Bəyazid arasındakı mübarizəni qızışdırdığı və Şahzadə Bəyazid üsyanında önəmli rol oynadığı tarixi mənbələrdə qeyd olunur.[2] 1559-cu ildə Konya yaxınlığında qarşı-qarşıya gələn iki şahzadə və orduları qanlı mübarizəyə girişdilər. Bu qarşıdurmada Lələ Mustafa Paşa Şahzadə Bəyazidə qarşı döyüşmüş[3]Şahzadə Bəyazid məğlub olaraq Amasiyaya qaçmışdır.

Lələ Mustafa Paşa 14 sentyabr 1560 tarixində əvvəlcə Budin sancaqbəyi, daha sonra Van bəylərbəyi seçildi.[4] Ərzurum, HələbŞam bəylərbəyliyinə də gətirilən Lələ Mustafa Paşa II Səlim dönəmində 1567 tarixində Yəməndə Zeydi imamlarından Topal Mutahhar üsyanına qarşı mübarizəyə göndərildi. Misirdə Yəmən səfərinə hazırlaşarkən yerinə Qoca Sənan Paşa təyin edildi və altıncı vəzir olaraq divana seçilib paytaxta çağırıldı.[5]

Siyasi fəaliyyəti redaktə

Kiprin fəthi redaktə

 
Lələ Mustafa Paşa Tiflisdə (Nüsrətnamə)

1570 tarixində venesiyalıların əlindəki Kipr adasının yunan əahlisinin çağırışı ilə Kipr adasına səfər təyin olundu. Sədrəzəm Sokullu Mehmed Paşanın səfərə qarşı çıxmasına baxmayaraq Lələ Mustafa Paşa səfəri dəstəkləmişdir. Piyalə Paşanın idarəsindəki donanma ilə öz idarəsindəki 60 min nəfərlik piyada qüvvəni 2 iyul 1570 tarixində Limasol sahilinə çıxardı.[6][7] 15 sentyabr 1570 tarixində böyük bir mərasimlə Lefkoşa şəhərinə girdi.[8] 15 sentyabr 1571 tarixində adadan ayrıldı və İstanbula geri döndü.

İran səfəri redaktə

III Murad dönəmində İran səfəri əsnasında Ərzurum qüvvələrinin sərdarlığına gətirildi. 5 aprel 1578 tarixində səfərə çıxdı və eyni il Səfəvi ordusunu məğlub edərək Tiflisə girdi. GürcüstanŞirvanı ələ keçirdi və ardından sərdarlığı Özdəmiroğlu Osman Paşaya buraxaraq İstanbula geri döndü. İbrahim Pəçəvinin qeydlərinə görə, Səfəvi xalqı ondan aldığı zərbəni heç bir sərdardan almamışdı.[9]

Sədarət dönəmi redaktə

28 aprel 1580 tarixində Səmiz Əhməd Paşanın[10] ani ölümüylə sədarətə gəldi və 3 ay 9 gün sonra İstanbulda vəfat etdi. Məzarı Əyyub Sultan məscidindədir.

 
Lələ Mustafa Paşanın məzardaşı

Evlilikləri redaktə

İlk evliliyi Məmlük sultanı Kansu Qavrinin nəvəsi Fatma Xatunla baş tutmuşdur. Bu evlilikdən dünyaya gələn oğlu Mehmed Paşa atasından 5 il əvvəl, Hələb bəylərbəyi ikən vəfat etmişdir.[4] İkinci evliliyi isə Qanuni Sultan Süleymanın oğlu Şahzadə Mehmedin qızı Ayşə Hümaşah Sultanla baş tutdu. Bu evlilikdən isə Sultanzadə Əbdülbaki bəy adlı oğlu olmuşdur.[4]

Həmçinin bax redaktə

Mənbə redaktə

  1. "Arxivlənmiş surət". 2016-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-29.
  2. "Arxivlənmiş surət". 2012-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
  3. "Arxivlənmiş surət". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
  4. 4,0 4,1 4,2 Eker, Aydın (1994) (Türkçe). Yeni Rehber Ansiklopedisi. Türkiye Gazetesi. s. C. 12 209. ISBN.
  5. "Arxivlənmiş surət". 2016-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-29.
  6. Hacı Osman Yıldırım, Hasan Çağlar, Vahdettin Atik, a.g.e., s. 51.
  7. (Türkçe) Hürriyet ansiklopedik yıllığı. Hürriyet Yayıncılık. 1975. s. 198. ISBN.
  8. Küçükdağ, Yavuz (2005) (Türkçe). Türk tasavvuf araştırmaları. Kultur ve. s. 209. ISBN.
  9. Ibrahim Peçevi Efendi (haz. Bekir Sıtkı Baykal) (1999), Peçevi Tarihi (2 Cilt), İstanbul:Kültür ve Turizm Bakanlığı) ISBN 975-17-1109-6
  10. "SEMİZ AHMED PAŞA". TDV İslâm Ansiklopedisi (türk). 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.

Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024