Lənkəran Beynəlxalq Hava Limanı Haqqinda Melumat - Vikipedia

Lənkəran Beynəlxalq Hava Limanı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Lənkəran Beynəlxalq Hava Limanı

Lənkəran Beynəlxalq Hava Limanı Azərbaycanın cənub-şərqində yerləşən Lənkəran şəhərinin beynəlxalq hava limanıdır. Lənkəran Hava Limanının yenidən qurulmasına 2005-ci ildə başlanmış və 2008-ci ildə isə başa çatdırılmışdır. Lənkəran aeroportunun yenidən qurulması üzrə işlərin dəyəri 51,1 mln. dollar təşkil edib.[1] Həmin ildə Lənkəran Hava Limanı beynəlxalq hava limanı statusunu qazanmışdır.

Lənkəran Beynəlxalq Hava Limanı
Xəritə

38°45′31″ şm. e. 48°48′23″ ş. u.


IATA: LLKICAO: UBBL
Məlumat
Hava limanı tipi Müştərək bazalı
Ölkə Azərbaycan Azərbaycan
Xəritə
LLK (Azərbaycan)
LLK
Aeroportun Azərbaycan xəritəsində yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ural Airlines'a məxsus təyyarə Lənkəran Beynəlxalq Hava Limanında

Tarixi redaktə

1930-cu ildən Lənkəran-Bakı istiqaməti ilə iki qanadlı təyyarə uçuş həyata keçirirdi. İlk vaxtlar aeroport şəhərin qərb hissəsində, Narbağı adlanan ərazidə, Lənkəran Dövlət Universitetinin indiki 1 nömrəli tədris korpusunun olduğu binanın önündə yerləşirdi. 40 hektardan çox ərazidə yerləşən və 1978-ci ildən istifadə edilən indiki Lənkəran aeroportu isə istismara yararsız olduğu üçün 2008-ci ildə yenidən qurulmuşdur. Tikinti işlərini Türkiyənin Zema şirkəti həyata keçirib. Dağ tərəfdən qrunt sularının qarşısını almaq üçün 5271 metr uzunluğunda kanal çəkilmişdir.

Texniki göstəriciləri redaktə

Hava limanının uçuş-enmə zolağının uzunluğu 3300 metr, eni 45 metrdir, sahəsi 325 hektardır[2]. Örtüyün materialı isə asfaltdandır.[3] Zolağın istiqamətləri 15/33.

Hava yolları redaktə

Bakıdan Lənkərana hava reysləri AN tipli təyyarələrlə həyata keçirilir. 2009-cu il dekabr ayından Moskvaya, 2010-cu il iyul ayından Sankt-Peterburqa, 2012-ci il iyulun 3-dən Yekaterinburqa, 2014-cü ildən İstanbula birbaşa hava reysləri açılmışdır.

Aviaşirkət Reyslər
AZAL Bakı — Heydər Əliyev adına Beynəlxalq Hava Limanı;
Ural hava yolları Moskva — Domodedovo; Sankt-Peterburq — Pulkovo; Yekaterinburq — Koltsovo
Utair Moskva — Vnukovo; Surqut — Surqut
Ankara hava yolları Novosibirsk — Tolmaçevo; 7 iyun 2015-ci ildən etibarən.

Statistika redaktə

Təqvim ilinə görə trafik. Rəsmi ACI Statistikası
Sərnişinlər Əvvəlki ilə nəzərən dəyişiklik Təyyarə əməliyyatları Əvvəlki ilə nəzərən dəyişiklik Karqo
(tonla)
Əvvəlki ilə nəzərən dəyişiklik
2013 53,435 - 556 - 10 -
2014 47,889 10.38% 442 20.50% 15 50.00%
Mənbə: Beynəlxalq Hava Limanları Şurası. Dünya Hava Limanları Trafiki Hesabatları
(İl 2013[4] və 2014[5])

İstinadlar redaktə

  1. Azərbaycanın Lənkəran və Zaqatala aeroportları sentyabrın sonunadək istifadəyə veriləcək – AZAL QSC-nin rəhbəri[ölü keçid]
  2. Lənkəran: Ensiklopedik Məlumat Arxivləşdirilib 2019-04-06 at the Wayback Machine II Nəşr
  3. "Lənkəran Hava Limanı". 2012-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-08.
  4. Airport Council International Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine's 2013 World Airport Traffic Report
  5. Airport Council International Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine's 2014 World Airport Traffic Report

Xarici keçidlər redaktə


Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023