Ləzə şəlaləsi Haqqinda Melumat - Vikipedia

Ləzə şəlaləsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ləzə şəlaləsi

Ləzə şəlaləsi — Unikal coğrafi əraziyə malik Azərbaycanın dağlıq bölgələrində bir-birinin təkrarı olmayan şəlalələr mövcuddur. Böyük Qafqazın ən əzəmətli dağlarından biri – Şahdağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur.

Ləzə şəlaləsi
Yerləşməsi
Ölkə  Azərbaycan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında redaktə

Ləzə şəlaləsi Şəlalə Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində yerləşir. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir.

Şəlalədə qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir.[1]

İstinadlar redaktə

  1. Elxan Yusifli. "Azərbaycanın şəlalələr diyarı - Ləzə" (az.). https://azertag.az/. Qusar, 25 may. 2019-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.

Həmçinin bax redaktə

Mənbə redaktə

"Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013


Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024