Laqodexi Haqqinda Melumat - Vikipedia

Laqodexi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz


Laqodexi (gürc. ლაგოდეხი, azərb. Qabal‎) — Alazan vadisində (Gürcüstan) şəhər, Laqodexi rayonunun mərkəzi, Kaxetiya tarixi ərazisinin parçası olub.

Şəhər
Laqodexi
ლაგოდეხი
41°49′25″ şm. e. 46°16′20″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat VIII əsr
Mərkəzin hündürlüyü 435 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.700 nəf. (2023)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 354
Poçt indeksi 2700[2]
Xəritəni göstər/gizlə
Laqodexi xəritədə
Laqodexi
Laqodexi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi — 5918 nəfərdir (2014).[3] Laqodexi Azərbaycanın Balakən rayonu ilə sərhəddə yerləşir.

Laqodexinin adı "Leketi" sözündən yarandığı ehtimal olunur. "Leketi" tərcümədə "leklərin vətəni" deməkdir. Qafqaz Albaniyasının tayfalarından biri hesab edilən leklərin indiki ləzgilər olduğu qəbul edilir. Leklərin adının patriarx Foqarmanın nəslindən olan Lekosun adından aldığı hesab olunur. Gürcü əfsanələri də bunu qəbul edir.

Leklərin Alazan çayının sağ sahilində yaşadığı dəqiqdir. Gürcülər ləzgilərdən başqa avarları da "lek" adlandırırlar. Daha sonralar bu ərazidə gürcülərin güclü dövlətinin qurulmasıyla ləzgilərin çoxu buradan çıxarılır, bölgənin adı da "Leketi"dən "Lekoyeti"yə, "Leqodeti"yə çevrilərək, sonda indiki adını— "Laqodexi"ni almışdır. Şəhər olaraq, əsası Vlll əsrdə gürcü çarı Arçilin Lakuasti qalasının tikilməsiylə qoyulub.

Əhalisi

redaktə

Laqodexinin əhalisinin çox hissəsini gürcülər təşkil edir, 2-ci böyük etnos isə ərazinin 23,04 faizini təşkil edən azərbaycanlılar tutur. Azərbaycanlılar Laqodexinin Kabali kəndində (3238 nəfər), Gəncəli (2243 nəfər), Qaraçala (2012 nəfər) və Uzuntalada (1786 nəfər) yaşayırlar (2014).[4]

İstinadlar

redaktə
  1. https://www.geostat.ge/en/modules/categories/41/population.
  2. https://www.gpost.ge/?site-lang=ka&site-path=help/zipcodes/&group=3&letter=%E1%83%9A.
  3. "მოსახლეობის საყოველთაო აღწერა 2014". საქართველოს სტატისტიკის ეროვნული სამსახური. ნოემბერი 2014. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 ივლისი 2016.
  4. "georgia-ethnic-2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-12.



Saytda 373 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025