Larisa Məmmədova Haqqinda Melumat - Vikipedia

Larisa Məmmədova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Larisa Məmmədova

Larisa Məmmədova (tam adı: Larisa Fərman qızı Məmmədova; 11 avqust 1977, Bakı20 yanvar 1990, Bakı) — Qara Yanvar şəhidi və məktəb şagirdi. O, 20 yanvar faciəsinin az yaşlı şəhidlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixli fərmanı ilə Larisa Məmmədova və digər 146 şəhidə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir[1].

Larisa Məmmədova
Doğum tarixi 11 avqust 1977(1977-08-11)
Doğum yeri
Vəfat tarixi 20 yanvar 1990(1990-01-20) (12 yaşında)
Vəfat yeri
Dəfn yeri Şəhidlər xiyabanı
Atası Fərman Məmmədov
Anası Qalina Məmmədova
Milliyyəti Azərbaycanlı

Həyatı redaktə

 
Məmmədovlar ailəsi: Fərman Məmmədov, Larisa MəmmədovaQalina Məmmədova

Larisa Məmmədova 1977-ci il 11 avqust tarixində Bakı şəhərində anadan olmuşdur.

Ölümü redaktə

1990-cı ilin 19 yanvardan 20 yanvara bağlayan gecə Larisa atası Fərman Məmmədov ilə birlikdə atasının işlədiyi L. Şmidt adına zavoda getmişdir. L. Şmidt adına zavodun yanında İkarus avtobusunda oturduqları yerdə maşın gülləbaran edilmiş, Larisa ürək nahiyəsindən güllə yarası almış, yerindəcə həlak olmuşdur. Atası Fərman Məmmədov ağır yaralanmışdır.[2]

1990-cı ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Ailəsi redaktə

Larisanın ailəsi beş nəfərdən ibarəti idi və onun Emil adlı qardaşı, Nərminə adlı bacısı vardı.

Larisa Məmmədovanın atası Fərman Məmmədov Hamlet Talıbovun ardından 19 noyabr 2020-ci ilədək Azərbaycan Vətənpərvərlər Partiyasının sədri olmuşdur. Həmin tarixdə isə sədrliyi Elvin Mahmudzadəyə həvalə etmişdir.

İrsi redaktə

Larisa Məmmədovanın adına Bakı şəhərində küçə yerləşir. Azərbaycanın şairi Bəxtiyar Vahabzadə Larisa ilə bağlı "On üç yaşlı körpə bala" şeirini yazmışdır:

On üç yaşlı körpə bala,
Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana,
Kuklan sənə laylay çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu…

"On üç yaşlı körpə bala", Bəxtiyar Vahabzadə[3]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Qulu Kəngərli, "Qara Yanvar şəhidləri", Bakı, "Gənclik", 1992" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
  3. Aynur Tağıyeva. "13 yaşlı 20 yanvar şəhidi" (az.). karabakhinfo.com. 20.01.2015. 2015-08-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.

Xarici keçidlər redaktə


Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023