Lavanda Haqqinda Melumat - Vikipedia

Lavanda Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Lavanda

bitki cinsi

Lavanda (lat. Lavandula)[3] digər adları: rəngli ot; levanda; lavenda və s. — dalamazkimilər fəsiləsinə aid bitki cinsi[4].

Lavanda
Elmi təsnifat
Beynəlxalq elmi adı

Lavanda çoxillik ətirli ədviyyat bitkisidir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur.Qədim Misirdə mumiyalaşdırma zamanı istifadə edilən maddənin əsas komponentlərindən biri olub. Bitkinin öz ətrini 3 min il saxlaya bilməsi məlumdur. Belə ki, 1922-ci ildə Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılmışdır.

Əhəmiyyəti redaktə

Lavanda bitkisinin bütün hissələrində efir yağları toplanır. Lakin çiçəklərdə onun miqdarı daha çox 0,8-3,0 %-ə qədərdir. Lavanda yağının əsas komponenti ( tərkib hissəsi) linalilasefat (30-56 %) və linalol (10-12 %) hesab edilir. Lavanda yağı və ondan alınan məhsullar (efir yağı, quru çiçək qrupu) ətriyyat - kosmetika sənayesində, qida və əczaçılıq sənayesində, tibdə və məişət kimyasında istifadə edilir. Lavanda yaxşı bal verən bitki hesab olunur və eroziya əleyhinə bitki kimi istifadə edilir.[5]

Yayılması redaktə

Avropada lavandanı XVI əsrin axırlarında becərməyə başlamışlar. Rusiya ərazisinə lavanda XIX yüzilliyin ikinci yarısında gətirilmişdir. Lakin, ilk dəfə sənaye halında plantasiyalar şəklində becərilməsinə 1929-cu ildə Krımda başlamışlar. 1937-ci ildə lavanda Krasnodar vilayətində, 1945-ci il-lər Moldovada becərilməyə başlanmışdır. Onun ümumi əkin sahəsi 9 min hektara yaxın, məhsuldarlığı isə 20-30 s/ha - dır.[5]

Növləri redaktə

Hibridlər redaktə

İstinadlar redaktə

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 249. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 572.
  3. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  4. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  5. 1 2 H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016

Lavanda:The Plant List saytında takson barədə məlumat. (ing.)


Saytda 135 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024