Leonid Yakuboviç Haqqinda Melumat - Vikipedia

Leonid Yakuboviç Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Leonid Yakuboviç

Rus aktyoru, teleaparıcı, ssenari müəllifi, prodüser, Rusiyanın xalq artisti

Leonid Arkadyeviç Yakuboviç (31 iyul 1945, Moskva, SSRİ) — SovetRus televiziya aparıcısı, aktyor, ssenarist, yazıçı, prodüser . Rusiya Federasiyasının xalq artisti (2002) . Rusiya Yəhudi Konqresi İctimai Şurasının üzvü . Daha çox "Pole çudes" verilişinin aparıcısı və bədii rəhbəri kimi tanınır.

Leonid Yakuboviç
rus. Леонид Аркадьевич Якубович
Doğum tarixi 31 iyul 1945(1945-07-31)[1] (78 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, televiziya aparıcısı, aparıcı, prodüser, ssenarist, televiziya aktyoru, film prodüseri, nasir
Fəaliyyət illəri 1980-ci ildən
Təhsili
  • Moskva Dövlət İnşaat Universiteti[d]
Mükafatları "Aleksandr Nevski" ordeni "Şərəf" ordeni "Dostluq" ordeni "Suriyadakı hərbi əməliyyatın iştirakçısı" medalı
Rusiyanın xalq artisti Rusiya Federasiyasının əməkdar artisti
"Hərbi əməkdaşlığın gücləndirilməsinə görə" medalı medal "For military cooperation" Medal of Military Valour
Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi
IMDb ID0945112
yakubovitch.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

31 iyul 1945-ci ildə Moskvada anadan olub.

Atası — Arkadi Solomonoviç Yakuboviç (1913–1983) — mühəndis, dizayn bürosunun müdiri, Böyük Vətən Müharibəsinin iştirakçısı, Qırmızı Ulduz ordeni sahibi Anası — Rimma Semyonovna Yakuboviç (qızlıq soyadı Şenker; 1919–2005) — həkim-ginekoloq

Moskva Elektron Mühəndislik İnstitutunada təhsil aldığı illərdə Tələbə Miniatürlər Teatrında oynamışdır. Sonra təhsilini V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisliyi İnstitutuna davam etdirir . Təhsil aldığı müddətdə 1960–70-ci illərdə institutun ŞHK komandasında oynayıb.

1976–1977-ci illərdə Lixaçyov adına zavodda tornaçı kimi çalışıb.

1979-cu ildən ədəbi fəaliyyətlə məşğul olur "Hə, oğlanlar!" və "Hə, qızlar!" verilişlərinin mətn və senarilərini yazmışdır. 1980-ci ildən — Moskva dramaturqları İttifaq Komitəsinin üzvüdür.

1988-ci ildə ilk Moskva gözəllik yarışının ssenari müəllifi və aparıcısı olmuşdur.

1984-cü ildən 1991-ci illərdə auksionçu kimi fəaliyyət göstərib.

1991-ci ildə o, yeni aparıcı " Pole çudes" verilişinin sınaq çəkilişlərinə qatılmış və uğur qazanmışdır. 1991-ci ilin noyabr ayından bu günə qədər televiziya oyununun daimi aparıcısı, eyni zamanda rəhbəridir.

"Rusiya Bilyard İdman Federasiyası"nın vitse-prezidenti olmuşdur .

1997-ci ildə Türkiyədə keçirilən ilk Dünya Aerokosmik Olimpiya Oyunlarında iştirak etmişdir .

Siyasi fəaliyyəti redaktə

 

1995-ci ildə Dövlət Dumasına seçkilərə qatılmış, amma təmsil olunduğu partiya 5%-lik həddi keçə bilməmişdir.

Şəxsi həyatı redaktə

  • İlk həyat yoldaşı Raisa
  • İkinci həyat yoldaşı Qalina Yakuboviç (qızlıq soyadı- Antonova)[2] — "Gorojankin" ansamblının keçmiş solisti
    • oğlu — Artyom Leonidoviç Antonov (05.04.1973-cü il-də anadan olmuşdur) Moskva İnşaat Mühəndisliyi İnstitutunu bitirib. "Pervıy kanal"da Məlumat Proqramları Müdirliyində (DIP) işləyir
      • nəvəsi — Sofya Artyomovna Antonova (04.10.2000 anadan olub)
  • üçüncü həyat yoldaşı — Marina Yakuboviç (qızlıq soyadı-Vidova), VID televiziya şirkətində işləyir . Cütlük hal-hazırda ayrı yaşayır .
    • qızı — Varvara Leonidovna (Varya) Yakuboviç (28 mart 1998-ci il təvəllüdlü)
 
"Pole çudes" şousunun Rusiya hərbi-aviasiyasının 100 illik yubileyinə həsr edilmiş buraxılışı — 6 iyun 2012-ci il

Kitablar redaktə

İstinadlar redaktə

  1. Deutsche Nationalbibliothek Record #13135826X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. "Арт Мозаика | Всеукраинский еженедельник". 2011-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-15.

Xarici keçidlər redaktə


Saytda 192 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024