Lev Tornik Haqqinda Melumat - Vikipedia

Lev Tornik Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Lev Tornik

Bizans zadəganı və sərkərdəsi

Lev Tornik (yun. Λέων Τορνίκιος) — XI əsr Bizans generalı və zadəganı. O, 1047-ci ildə əmisi, Bizans imperatoru IX Konstantin Monomaxa qarşı üsyan qaldırır. Lev Tornik Frakiyadakı ordusu ilə paytaxt Konstantinopol şəhərinə doğru yürüş etmiş və onu mühasirəyə almışdır. İki uğursuz hücum cəhdindən sonra geri çəkilən Tornikin ordusu fərarilik etmiş, özü isə imperatora sadiq qüvvələr tərəfindən əsir götürülmüşdür. O, 1047-ci ilin Milad bayramında kor edilmişdir. Onun sonrakı həyatı haqqında heç bir məlumat yoxdur.

Lev Tornik
yun. Λέων Τορνίκιος
Tornikin Konstantinopol şəhərinə hücumu. "Madrid Skilitsa" əsərindən.
Tornikin Konstantinopol şəhərinə hücumu. "Madrid Skilitsa" əsərindən.
Şəxsi məlumatlar
Doğum tarixi XI əsr
Doğum yeri
Vəfat tarixi ən tezi 24 dekabr 1047
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi
Döyüşlər Konstantinopolun mühasirəsi (1047)
Əlaqələri Torniklər

Həyatı redaktə

Lev Tornik Adrianopol şəhərində anadan olmuşdur. O, erməni və ya gürcü əsilli tanınmış torniklər zadəgan ailəsinin üzvü idi.[1] Onun həməsri Mixail Psell Lev Torniki "qısaboylu, hiyləgər, qürurlu və iddialı" bir insan kimi təsvir etmişdi.[2] Psellin dediyinə görə, onun "Makedon[en] lovğalığından zəhləsi gedirdi".[3]

Əmisi IX Konstantin tərəfindən sevilən Tornik tez bir zamanda imperatorun bacısı Evprepiyaya dəstək çıxır. Evprepiya imperatorun siyasətinə qarşı çıxır[4] və Lev Torniki imperator ilə müqayisə edəndə Tornikin ondan daha yaxşı olduğunu dilə gətirirdi.[5] O, Bizans imperiyasının şərq sərhədlərindəki vilayətlərin birinin patrikiduksu təyin edilir. Bu, Mixail Attaliata görə Melitin, Psellə görə isə İberiya[en] idi.[2] Lev şərqdə xidmət edərkən paytaxtı Konstantinopol şəhərinin 240 kilometr (150 mil) qərbindəki Adrianapol şəhərinə yerləşdirilmiş Frakiya ordusu daxilində üsyan qaldırılır. Tornikin hərbi aristokratiya arasındakı populyarlığından qorxan IX Konstantin onu dərhal Konstantinopol şəhərinə geri çağırır. Orada Tornikin saçı kəsilir, daha sonra isə azadlığa buraxılır.[3]

Üsyan və Konstantinopolun mühasirəsi redaktə

 
Tornik üsyanından 22 il əvvəl Bizans imperiyasının xəritəsi. Ölkə sərhədləri imperiyanın şimal-şərqindəki Ani şəhəri istisna olmaqla demək olar ki, dəyişməmişdi. Tornik üsyanı dövründə şəhər formal şəkildə ilhaq edilmişdir.[6]

Azadlığa buraxılmasından istifadə edən Lev Tornik 14 sentyabr 1047-ci il tarixində paytaxtdan qaçaraq Adrianapol şəhərinə sığınır. O, təqibi gecikdirmək üçün hər postdakı atları öldürür. Lev Tornik Adrianapol şəhərində özünə yoldaşlar tapır. Krala qıcıqlanmış generallar da ona qoşulur. Tornik iddia edir ki, imperator IX Konstantin vəfat edib. O, tərəfkeşlərinə öndərlik etməyi təklif edir. Ordu onu imperator elan edir və ordunun komandirləri ənənəvi şəkildə onun şərəfinə qalxan qaldırır. Onlar daha sonra paytaxt Konstantinopola yürüş edir və 25 sentyabr 1047-ci il tarixində şəhər divarları önündə düşərgə salır.[4][5]

Bizans bürokratiyası hərbi aristokratiyaya güvənmirdi və onları sistematik şəkildə dağıdırdı.[7] Məsələn, hər vilayətin hərbi qüvvələrinin rəhbərliyinin ənənəvi formada aristokratik olan strateqlərdən alınması və mülki məmurlar olan pretorlara verilməsi.[8][9] İmperator IX Konstantin həmin bürokratik fraksiyanın üzvü idi və beşillik hakimiyyət dövründə ordunun ölçüsünü qızğın surətdə kiçiltmişdi.[10] Bu, Frakiyada yaranan qarışıqlığın və Tornikin öz narazılığının əsas səbəbi idi. Bundan daha əhəmiyyətlisi o idi ki, yaranmış daxili mübarizə ordunun effektivliyini darmadağın etmişdi. Ən yaxın işlək, sadiq hərbi qüvvə Anadoludakı ordu idi, hansı ki, cəbhə bölgəsini qoruması üçün İberiyaya yerləşdirilmişdi. IX Konstantin buna görə də şəhərin müdafiəsində saratin muzdlular, mülki vətəndaşlar və əfv edilmiş məhbuslara arxalanmağa məcbur olmuşdu.[9]

Tornik ilə vuruşması üçün silahlı mülki vətəndaşlardan təşkil olunmuş bir qüvvə göndərilir, ancaq üsyançıları onları asanlıqla məğlub edir. Bu, şəhərin müdafiəçiləri arasında panikanın yaranmasına səbəb olur. Onlar divar və darvazadakı postlarını dərhal tərk edir.[11] Buna baxmayaraq, Tornik müdafiəsiz şəhər divarlarına hücum edib etməməkdə qərarsız qalır. Onun həməsri olan tarixşünas Psell qeyd edir:

"  O, arxayın şəkildə bizim taxt-tacı ona həvalə etmək təklifimizi gözləyirdi. O, fərz edirdi ki, alovlanan məşəllər ilə ali bir kütləvi yerişdə saraya aparılacaq.[12] " 
 
Tornikin əmisi IX Konstantinin mozaikası. Aya Sofya, İstanbul, Türkiyə.


Müasir tarixşünas Con Norviç Tornikin bu qərarı haqda yazır: "O, böyük ehtimalla yaxında onun olacaq bir şəhəri yağma edilməsindən qurtarmaq istəyirdi".[12] O, səbəbindən asılı olmayaraq, şəhəri zəbt etmək imkanını həmin gecə itirir. İmperator IX Konstantin şəhərdəki nizam-intizamı bərpa edir, divarları yenidən gücləndirir və Anadolu ordusunun şəhərə gəlməsini gözləyir. IX Konstantin səhərisi gün imperator reqaliyası ilə şəhəri mühasirə edən ordunun onu görə biləcəyi bir yerə gedir. Bu da Tornikin irəli sürdüyü imperatorun ölməsi iddiasının yalan olduğunu ortaya çıxarır.[12]

Şəhərin mühasirəsi 25 sentyabrdan 28 sentyabra qədər davam edir. Tornikin əsgərlərinin həyata keçirdiyi iki hücum cəhdi imperator IX Konstantin rəhbərliyindəki müdafiəçilər tərəfindən geri çevrilir. İmperator, baxmayaraq ki, həm kəskin podaqraartritdən əziyyət çəkir, həm də ki heç bir hərbi təcrübəsi yoxdur, şəhərin müdafiəsində hünər və coşğunluq göstərmişdi.[4][12] Şəhərin müdafiəsi zamanı imperatorun yanındakı bir leytenant atılan ox ilə öldürülür və onun keşikçiləri imperatoru dərhal oradan çəkir. Uğursuz hücum cəhdlərindən sonra Tornikin asan qələbə gözləyən ordusunun ümidi kəsilir. İmperator IX Konstantin onların düşərgələrinə casuslar göndərir ki, əsgərlərə rüşvət verərək onların fərarilik etməsinə nail olsun. Bu siyasət müəyyən dərəcədə uğurlu olmuşdu. Əlacsız qalan Tornik müdafiəçilərə müraciət etmək üçün şəhər divarlarına yaxınlaşır, ancaq o, atılan oxlarla qovulur. İnadkarlıq göstərən Tornik oktyabr ayının əvvəllərində ordusunu qərbə çəkir.[13]

Məğlubiyyət redaktə

Vəziyyəti ələ almağı arzulayan Lev Tornik Rodost şəhərinə hücum edir, ancaq yenə məğlub olur. Onun tərəfkeşlərinin əksəriyyəti fərarilik etmişdi.[2] Anadolu ordusu Konstantinopol şəhərinə çatır və təqibə başlayır. Beləliklə, Tornikin geridə qalan tərəfkeşləri də onu tərk edir. O, əsgərlər tərəfindən bir kilsədə yaxalananda yanında sadəcə bir yoldaşı qalmışdı – kiçik zadəgan ailəsindən gələn İoannis Vatatsis. Tornik kilsəyə sığındığını iddia edir, ancaq dərhal kilsədən qovulur və əsgərlər tərəfindən əsir götürülür.[2]

Lev Tornik 1047-ci ilin Milad bayramında, Konstantinopol şəhərində Vatatsis ilə birlikdə ictimaiyyət önündə kor edilir. Bu, Bizans imperiyasında üsyançıları cəzalandırmaq üçün həyata keçirilən bir ənənə idi. Onun sonrakı həyatı haqqında heç bir məlumat yoxdur.[2][14]

Nəticə redaktə

Üsyan Bizans imperiyasının Balkanlardakı müdafiələrini zəiflətmişdi. Oğuz tayfalarından biri olan peçeneqlər 1048-ci ildə əraziyə basqın təşkil edir[15] və bölgəni növbəti beş il ərzində müntəzəm şəkildə yağmalayır. Qonşu Böyük Səlcuq imperiyası Anadolu ordusunun şərq cəbhəsindən olduqca uzaqda olmasından istifadə edir və Armeniakon[en] femasına böyükmiqyaslı basqın təşkil edir. Heç bir müqavimətə rast gəlməyən səlcuq türkləri "800 kilsəsi və ucquz-bucaqsız var-dövləti" olan Artse şəhərini ələ keçirir.[16] Müasir tarixşünaslar ehtimal edir ki, şəhərin talan edilməsilə 150.000 insan qılıncdan keçirilmişdir.[14][16] Bu, türklərin Bizans ərazisini ilk uğurlu hücumu idi. Daha sonra bu hücumlar hər il həyata keçirildi.[17] 24 il sonra Alp Arslan öndərliyindəki səlcuq ordusu Malazgird döyüşündə Bizans qüvvələrini darmadağın edir və imperatoru əsir götürür.[18][19]

Mənbə redaktə

İstinadlar redaktə

  1. ODB, "Tornikios" (A. Kazhdan), pp. 2096–2097
  2. 1 2 3 4 5 ODB, "Tornikios, Leo" (C. M. Brand), pp. 2097–2098
  3. 1 2 Norviç, 1991. səh. 311
  4. 1 2 3 Breye, 1946. səh. 245
  5. 1 2 Norviç, 1991. səh. 312
  6. Kurkciyan, 1964. səh. 200
  7. Ostroqorski, 1957. səh. 284, 293
  8. Ostroqorski, 1957. səh. 293
  9. 1 2 Norviç, 1991. səh. 312–313
  10. Encyclopædia Britannica. səh. 387
  11. Ostroqorski, 1957. səh. 294
  12. 1 2 3 4 Norviç, 1991. səh. 313
  13. Norviç, 1991. səh. 313–314
  14. 1 2 Norviç, 1991. səh. 314
  15. Finli, 1906. səh. 515
  16. 1 2 Kurkciyan, 1964. səh. 207
  17. Norviç, 1991. səh. 341
  18. Holdon, 2001. səh. 46, 180
  19. Norviç, 1991. səh. 338–358

Ədəbiyyat redaktə

  • Breye, Lui. Le monde byzantin: Vie et mort de Byzance (PDF) (fransız). Paris: Éditions Albin Michel. 1946. OCLC 490176081.
  • Leo Tornikios // Encyclopædia Britannica (ingilis). 6. London: William Benton. 1964. OCLC 14609512.
  • Finli, Corc. History of the Byzantine Empire from 716–1057 (ingilis). London: William Blackwood & Sons. 1906 [1853]. OCLC 459585297.
  • Holdon, Con. The Byzantine Wars: Battles and Campaigns of the Byzantine Era (ingilis). Straud: Tempus. 2001. ISBN 978-0-7524-1795-0.
  • Kacan, Aleksandr, redaktor The Oxford Dictionary of Byzantium. Oxford and New York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8.

Xarici keçidlər redaktə

  • "Lev Tornik" (ingilis). Prosopography of the Byzantine World. March 4, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2020.

Ən Son Axtarılanlar

Fayl:Forest_Products_Laboratory_list_of_publications_on_the_growth,_stazcture,_and_identification_of Fayl:Il_Friuli_giornale_politico-amministrativo-letterario-commerciale_n._309_(1888)_(IA_IlFriuli_30 Fayl:Final_report_on_the_collapse_of_the_World_Trade_Cruter_towers-_federal_building_and_fire_safety KitabMənbələri5806614522 Fayl:Santo_Domingo,_past_and_present_-_with_a_glance_at_Hayti_(IA_santodomingopast00haza_0).pdf Şəkil:MET_NYC.jpg WhatLinksHereİİ_səviyyə_və_az_əhəmiyyətli_Azərbaycan_tarixi_məqalələri Fayl:An_analysis_of_automatic_idrutification_technology_applications_in_Naval_Logistics_(IA_analysis KitabMənbələri9782955943304 Fayl:The_Local_Government_Pension_Scheme_(Provision_of_Information,_Administrative_Expenses_and_Rest xeberruerbaycanda-sok-sutrcusu-icra-bascisinin-illerle-yigdigi-var-dovleti-satib-qacdi.html Fayl:Proceedings_of_the_North_Carolina_Dtrtal_Society_(serial)_(IA_proceedingsofnor601934nor).pdf Fayl:Flag_of_Villena.PNG Fayl:A_manual_of_palaeontology_for_the_use_of_studruts_with_a_grueral_inruoduction_on_the_principles Fayl:History_of_the_Irish_rebellion_in_1798-_with_memoirs_of_the_union,_and_Emmett's_insurrection_in Fayl:A_text-book_of_sanitary_and_applied_chemisruy_-_or,_The_chemisruy_of_water,_air,_and_food_(IA_t Fayl:Weymouth_Gazette_1924_February_(IA_WeymouthGazette192402).pdf Fayl:Attitudes_of_male_Unresazicted_Line_(URL)_officers_towards_integration_of_womaz_into_their_desi Fayl:Proceedings_of_the_American_Federation_of_Labor_1920-_Index_(IA_sim_american-federation-of-labo
Dostlarınla Paylaş

Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024