Levan Kobiaşvili Haqqinda Melumat - Vikipedia

Levan Kobiaşvili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Levan Kobiaşvili

Gürcü futbolçu

Levan Kobiaşvili (gürc. ლევან ზურაბის ძე კობიაშვილი; doğum 22 fevral 1973, Tbilisi, Gürcüstan SSR, SSRİ) — sol cinah yarımmüdafiəçisimüdafiəçisi mövqelərində oynamış keçmiş gürcüstanlı futbolçu.

Levan Kobiaşvili
gürc. ლევან ზურაბის ძე კობიაშვილი
gürc. ლევან კობიაშვილი
Ümumi məlumatlar
Doğum tarixi (46 yaş)
Doğum yeri Tbilisi, Gürcüstan SSR, SSRİ
Vətəndaşlığı Gürcüstan Gürcüstan
Boyu 1.83 m
Çəkisi 75 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Klub karyerası[* 1]
1993—1994 Gürcüstan Avaza Tbilisi 23 (0)
1994—1995 Gürcüstan Metallurq Rustavi 25 (0)
1995—1997 Gürcüstan Dinamo Tbilisi 36 (3)
1997   Rusiya Alaniya 21 (5)
1998   Almaniya Frayburq 26 (3)
1998—2003 Almaniya Frayburq 123 (27)
2003—2009 Almaniya Şalke 04 168 (9)
2010—2014 Almaniya Herta 105 (7)
Milli yığma[* 2]
1996—2011 Gürcüstan Gürcüstan 100 (12)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1996-2011-ci illər ərzində Gürcüstan milli futbol komandasının heyətində 100 oyun keçirib və 12 qol vurub. Milli komandanın tarixində ən çox oyun keçirmiş futbolçudur. 2015-ci ilin oktyabrından Gürcüstan Futbol Federasiyasının prezidentidir.[1]

Klub karyerası redaktə

Avaza, Dinamo, Alaniya redaktə

1984-cü ildə, Levanın 7 yaşı olarkən atası onu keçmişdə futbolçu olmuş dostu Piruz Rexviaşvilinin məsləhəti ilə Tbilisidə direktoru Mixail Mesxinin olduğu "Avaza" futbol məktəbinə aparıb. Doqquz il ərzində "Avaza]" futbol məktəbində çıxış edib. Uşaq komandası onunla birlikdə dəfələrlə müxtəlif respublika turnirlərinin qalibi olub. 1980-ci illərin sonunda Leninqrad-da uşaq ümumittifaq turnirinin qalibi olublar.

1993-cü ilin əvvəlində "Avaza" klubunun Gürcüstan çempionatının üçüncü dəstəsində uğurlu çıxışı aparıcı məşqçilərin diqqətini cəlb etdi. Həmin vaxt "Dinamo Tbilisi" komandasını çalışdıran Revaz Coduaşvili onu klubun əvəzedicilərdən ibarət komandasına cəlb etdi. Ancaq o klubda cəmi 1,5 ay oynadı: Coduaşvili "Dinamo"dan gedib, Kobiaşvili isə bir müddətlik köhnə klubu olan "Avaza"ya qayıdıb.

1994-cü ildə Coduaşvili "Metallurq Rustavi" komandasına baş məşqçi təyin olunub. Coduaşvili özünün keçmiş tanışı Levanı öz yeni klubuna transfer edib. Onun yeni klubunda rəsmi oyunlarda debütü 30 oktyabr 1993-cü ildə "Dinamo Tbilisi" klubuna qarşı oyunda olub, bu görüşdə Metallurq rəqibinə 3:5 hesabı ilə məğlub olub.

1995-ci ilin yayında David Kipiani onu "Dinamo Tbilisi" klubuna baxışa çağırıb və bəyənərək komandada saxlayıb. Levan Gürcüstanın 1995-96 mövsümünün yekunlarına əsasən 15 ən yaxşı futbolçu siyahısına düşməyi bacarıb.

1997-ci ildə Vladiqafqazın "Alaniya" klubunun heyətində icarə əsasında bir mövsüm oynayıb. Mövsümün yekunlarına əsasən "Sport-Ekspress" qəzetinin versiyasına görə: ən yaxşı debüt, ən yaxşı əcnəbi futbolçu və Rusiya çempionatının ən yaxşı gənc oyunçusu adına layiq görülüb.[2]

Frayburq, Şalke 04 redaktə

Mövsüm bitəndən sonra Gürcüstana qayıdıb, orada öyrənib ki onunla "Frayburq"un məşqçisi maraqlanır. Klublar keçidlə bağlı tezliklə razılığa gəliblər və 10 yanvar 1998-ci ildə "Frayburq" klubuna 6 ay müddətinə icarəyə verilib. Komandanın məşqçisi Kobiaşvilini onun üçün qeyri-adi olan dayaq yarımmüdafiəçisi mövqeyində oynatmağa başlayıb. Lakin o bu mövqedə yerini möhkəmlədə bilib və mövsümün sonunda komandada qalıb.[3]

Gürcü futbolçular Aleksandr İaşviliLevan Çkitişvili bir neçə mövsüm ərzində onunla birlikdə "Frayburq" komandasında çıxış ediblər. 2003-cü ildən "Şalke 04" komandasında oynamağa başlayıb, bu klubla 2010-cu ilə qədər müqavilə imzalayıb.

Herta redaktə

2010-cu ildə "Herta Berlin" klubuna keçib.[4] 2012-ci ildə Bundesliqada qalma uğrunda "Fortuna Düsseldorf" ilə oynanılan oyunun gedişində Kobiaşvili görüşün baş hakimi Volfqanq Ştarkın hansısa qərarı ilə razılaşmayaraq onun sifətinə zərbə vurmuşdur.[5] Almaniya Futbol Federasiyasının nizam-intizam komitəsi ilkin olaraq onu iki il müddətinə diskvalifikasiya etmək qərarını vermişdir, lakin bir neçə həftədən sonra ilkin qərar dəyişilərək "Herta"nın 34 yaşlı müdafiəçisinin cəzasının müddətini 2012-ci ilin sonunadək azaltmışdır. Kobiaşvili 2012-ci il dekabrın 31-dək rəsmi oyunlarda iştirak etməyib.[5]

10 may 2014-cü ildə Levan Kobiaşvili karyerasında sonuncu oyununu keçirib.[6]

Milli komanda karyerası redaktə

1996-ci ildən milli komandaya dəvət olunur. İlk oyununu 1 sentyabr 1996-cı ildə yoldaşlıq görüşü çərçivəsində Norveç yığmasına qarşı keçirmişdir. Yığmada ilk qolunu 6 iyun 2001-ci ildə 2002-ci il Dünya çempionatının seçmə mərhələsi zamanı Macarıstan milli futbol komandasının qapısına vurmuşdur.

Gürcüstan milli futbol komandasında indiyə qədər ən çox oyun keçirmiş futbolçudur. 1996-2011-ci illər ərzində Gürcüstan yığmasının heyətində 100 oyun keçirib və 12 qol vurub.

Milli komandada vurduğu qollar redaktə

Mənbə:[7]

# Tarix Yer Rəqib Hesab Nəticə Yarış
1. 6 iyun 2001 Ferents Puşkas stadionu, Budapeşt   Macarıstan 1–4 1–4 FİFA Dünya Kuboku 2002 seçmə mərhələ
2. 27 mart 2002 Mixail Mesxi adına stadion, Tbilisi   Cənubi Afrika Respublikası 1–0 4–1 Yoldaşlıq oyunu
3. 29 mart 2003 Mixail Mesxi adına stadion, Tbilisi   İrlandiya 1–1 1–2 UEFA Avropa Kuboku 2004 seçmə mərhələ
4. 4 iyun 2005 Kemal Stafa stadionu, Tirana   Albaniya 2–3 2–3 FİFA Dünya Kuboku 2006 seçmə mərhələ
5. 16 avqust 2006 Svanqaskard, Toftir   Farer adaları 4–0 6–0 UEFA Avropa Kuboku 2008 seçmə mərhələ
6. 15 noyabr 2006 Boris Payçadze stadionu, Tbilisi Şablon:Flaqifikasiya/fb 1–0 2–0 Yoldaşlıq görüşü
7. 2–0
8. 11 oktyabr 2008 Boris Payçadze stadionu, Tbilisi   Kipr 1–1 1–1 FİFA Dünya Kuboku 2010 seçmə mərhələ
9. 28 mart 2009 Antonis Papadopoulos stadionu, Larnaka   Kipr 1–2 1–2 FİFA Dünya Kuboku 2010 seçmə mərhələ
10. 14 oktyabr 2009 Vasil Levski stadionu, Sofiya   Bolqarıstan 2–6 2–6 FİFA Dünya Kuboku 2010 seçmə mərhələ
11. 3 mart 2010 Boris Payçadze stadionu, Tbilisi   Estoniya 1–0 2–1 Yoldaşlıq görüşü
12. 26 mart 2011 Boris Payçadze stadionu, Tbilisi   Xorvatiya 1–0 1–0 UEFA Avropa Kuboku 2012 seçmə mərhələ

Uğurları redaktə

Klub redaktə

Gürcüstan  Dinamo Tbilisi
Almaniya  Şalke 04

Şəxsi redaktə

İstinadlar redaktə

  1. "Леван Кобиашвили избран президентом Федерации футбола Грузии". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
  2. "Лучшие в сезоне". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-31.
  3. "sport-express.ru. 1998-05-21". 2014-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-31.
  4. "Kobiashvili kommt" (German). herthabsc.de. 20 December 2009. 16 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2009.
  5. 1 2 "Дисквалификация Кобиашвили сокращена до семи с половиной месяцев". 2013-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-31.
  6. "Abschied von Kobiashvili – "Ich bereue keinen Tag bei Hertha"". 2014-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-31.
  7. "Levan Kobiashvili – Goals in International Matches". RSSSF. 2011-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2011.

Xarici keçidlər redaktə


Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024